Dərc edildi: Baxış sayı: 322
Azərbaycan Mərkəzi Bankına iqtisadi müstəqillik verilir
Azərbaycan Mərkəzi Bankına (AMB) iqtisadi müstəqilliyin verilməsi təklif edilir.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB iqtisadi müstəqilliyə malikdir və aktivlərinin satışından və yaxud onlara digər tərzdə sərəncam verilməsindən daxil olan vəsaitlər onun gəlirlərinə aid edilir. Bu Qanunda nəzərdə tutulmuş hal istisna olmaqla, AMB dövlətin öhdəlikləri, dövlət isə AMB-nin öhdəlikləri üçün cavabdeh deyil.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət