Dərc edildi: Baxış sayı: 268
Azərbaycan Mərkəzi Bankı təkrarsığorta ilə bağlı minimum tələblər müəyyənləşdirəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) təkrarsığorta ilə bağlı minimum tələblər müəyyən etməsi təklif olunur.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Sığorta fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Sənədə əsasən, təkrarsığorta zamanı sığorta risklərinin tənzimlənməsi məqsədilə sığortaçının və təkrarsığortaçının təkrarsığorta əməliyyatları üzrə siyasətinə və katastrofik risklərin təkrarsığortalanmasına dair minimum tələbləri AMB müəyyən edir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət