Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək
Sakura

Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlilər və iqtisadi modellərdə süni intellektin (Aİ) istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

"Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək", - deyə Bəyanatda qeyd olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR