Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı kredit bürosuna qarşı tədbirlər görə biləcək

Azərbaycan Mərkəzi Bankı kredit bürosuna qarşı tədbirlər görə biləcək
Sakura

Azərbaycan Mərkəzi Bankı kredit bürosuna qarşı tədbirlər görə biləcək

Azərbaycan Mərkəzi Bankına (AMB) “Kredit büroları haqqında və “Fərdi məlumatlar haqqında” qanunların, eləcə də özünün normativ xarakterli aktlarının tələblərinin pozulması və yaxud pozulmasına səbəb ola biləcək hallar aşkar etdikdə, kredit bürosuna qarşı təsir tədbirlərini tətbiq etmək hüququnun verilməs təklif olunur.

"Report" xəbər verir ki, bu, “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin tədbirlər aşağıdakılardır?

- pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması barədə kredit bürosundan öhdəlik məktubu tələb etmək. Kredit bürosu AMB-yə təqdim etdiyi öhdəlik məktubunda yol verilmiş pozuntuların və ya pozuntulara səbəb ola biləcək halların aradan qaldırılması üçün görüləcək tədbirləri və onların həyata keçirilməsi müddətlərini göstərir;

- kredit bürosuna pozuntunun və ya pozuntulara səbəb ola biləcək halların müəyyən müddətdə aradan qaldırılması barədə icrası məcburi olan yazılı göstəriş vermək;

- pozuntular və ya pozuntulara səbəb ola biləcək hallar aradan qaldırılanadək kredit bürosunun icra orqanının rəhbərinin (üzvlərinin) vəzifəsindən kənarlaşdırılmasını və ya vəzifəsindən azad edilməsini kredit bürosunun səlahiyyətli idarəetmə orqanından tələb etmək.

Bundan başqa, qanun layihəsində deyilir ki, kredit bürosunun fərdi məlumatların informasiya sistemlərinin mühafizə tələblərini pozması halları aşkar edildikdə, AMB müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu barədə yazılı məlumat verir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR