Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib

Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib
Sakura

Azərbaycan məhsullarının Hindistana ixracı müzakirə edilib

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədovanın rəhbərliyi altında nümayəndə heyəti Moskvada işgüzar səfərdədir. Səfərdə məqsəd sentyabrın 24-27-də Moskva Beynəlxalq Qida Sərgisində iştirak etməkdir.

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, sərgidən əvvəl, sentyabrın 23-də isə “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndə heyəti Hindistan Qida istehsalçılarının ənənəvi Forumunda iştirak edib. Görüş çərçivəsində “Hindistan və MDB ölkələrinin 2020-ci ildə qida ticarəti münasibətlərinə ümumi baxış” mövzusunda baş tutan plenar sessiyada qurumun İdarə Heyəti sədrinin müşaviri Vüqar Namazov və ixrac şöbəsinin müdiri Bahadır Rəşidli təqdimatla çıxış edib.

Daha sonra 25-dən artıq şirkət təmsilçisinin iştirak etdiyi Foruma fəxri qonaq kimi qatılan ATT İdarə Heyətinin sədri L. Məmmədova çıxış edərək Azərbaycanda kənd təsərrüfatının bugünkü vəziyyəti, investisiya imkanları barədə məlumat verib, tədbirdə iştirak edən Şirkət nümayəndələrini 2020-ci ildə Bakıda keçiriləcək “Caspian Agro” Beynəlxalq Sərgisinə dəvət edib.

Görüş barədə fikirlərini bölüşən L. Məmmədova davamlı olaraq müxtəlif beynəlxalq sərgilərdə iştirak etdiklərini, yerli fermer və qida istehsalçılarının sərgilərdə iştirakını dəstəklədiklərini bildirib.

“Moskva Beynəlxalq Qida Sərgisi bu sahədə ən böyük sərgilərdən biridir. Davamlı olaraq bu və digər ölkələrdə keçirilən sərgilərdə ölkəmizi təmsil edirik. Azərbaycan istehsalı kənd təsərrüfatı və qida məhsullarının ixrac coğrafiyasını genişləndirmək üçün mütəmadi olaraq ikitərəfli görüşlər keçiririk. Bu dəfə Hindistan Qida istehsalçıları ilə ikitərəfli görüşümüz oldu. Bu günə qədər ixrac əməliyyatlarımızda ənənəvi ölkələrlə yanaşı, Nigeriya, BƏƏ kimi qeyri-ənənəvi ölkələr də yer alıb. İxrac hədəflərimiz böyükdür və Hindistan nümayəndə heyəti ilə görüşümüzdə də Azərbaycan kənd təsərrüfatı və ərzaq məhsullarının ixracı prioritet müzakirə mövzusu oldu.”

Forumda iştirak edən Şirkət nümayəndələrini sabah start götürəcək Moskva Beynəlxalq Qida Sərgisində Azərbaycan stendini ziyarət etməyə dəvət edən L. Məmmədova Hindistan iş adamlarının ölkəmizdə kənd təsərrüfatı sahəsinə investisiya qoymaqda maraqlı olduqlarını, bunun üçün Aqrar Tədarük və Təchizat ASC tərəfindən lazımi dəstək göstəriləcəyini bildirib.

Xatırladaq ki, Moskva Beynəlxalq Qida Sərgisi sentyabrın 27-dək davam edəcək. “Aqrar Tədarük və Təchizat” ASC sərgidə “Kənddən Şəhərə” adı altında qablaşdırılmış yerli istehsal kənd təsərrüfatı və ərzaq məhsullarını nümayiş etdirəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR