Dərc edildi: Baxış sayı: 399
Azərbaycan məhsulları “Worldfood Moscow 2018” sərgisində nümayiş etdirilib
Bu gün Rusiya paytaxtında “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq sərgisi açılıb.
İqtisadiyyat Nazirliyindən "Report"a verilən məlumata görə, sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində 35 Azərbaycan şirkətinin istehsalı olan qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq, qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsullar nümayiş edilir.
Sərgi sentyabrın 20-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət