Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan mədəniyyəti

Azərbaycan mədəniyyəti
Sakura

Azərbaycan mədəniyyəti

Azərbaycan mədəniyyəti – Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib.

XIV-XV əsrlərdə Azərbaycanda yaşayan əsas xalqın — Azərbaycan türk etnosununformalaşmasıylaAzərbaycan mədəniyyəti inkişaf edir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır. Müxtəlif mənbələrdə Azərbaycan Qafqaz və İslam mədəniyyət mühitlərinin daxilində götürülür. Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.

Arxeoloji tapıntılar və müasir dövrə qədər gəlib çatmış maddi abidələr Azərbaycan ərazisində qədim dövrdə (Qobustan petroqlifləri), həmçinin Qafqaz Albaniyası dövründə (Qum bazilikası və Ləkit məbədi) mədəniyyətin inkişaf etdiyini göstərir. Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir, əsasən dekorativ incəsənətin ornamental forması inkişaf edir. XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. Azərbaycan İslam dünyasında milli teatrın, operanın və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlət, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. Sovet Azərbaycanı dövründə Azərbaycan mədəniyyətinin inkişafında əsaslı dəyişiklik baş verir.XXI əsrdə isə Azərbaycan mədəni baxımdan müasirləşir.

Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektləri siyahısına 2, qeyri-maddi mədəni irs siyahısına 13, "Dünyanın yaddaşı" siyahısına 2 element daxil edilib.

 

Azərbaycanın adı

Kiçik və Böyük Ağrı dağın tatar kəndi Sirbağanla görünüşü. Tatar deyildikdə azərbaycanlılar nəzərdə tutulur.

"Azərbaycan" toponimi parf və ya orta dövr fars dilində Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (atur — atəş, pat — mühafizəçi) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərinişğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropatena adlandırılmışdır. Adın orijinalının mənbəyi bölgədə bir vaxtlar geniş yayılmış Zərdüşt dinidir və mənası "od tərəfindən mühafizə olunan" və ya "odun məkanı" deməkdir. Orta əsr ərəb coğrafişünasları bu ekzonimin şəxs adı olan Adarbadordan (adar — atəş, baykan — mühafizəçi) xalq etimologiyasının nəticəsi kimi əmələ gəldiyini fikirləşmişlər. Abbasqulu ağa Bakıxanov isə bu sözün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirmişdir. "Aturpatkan" toponimindən orta dövr fars dili toponimi "Adərbadqan" vasitəsilə "Azərbaycan" toponimi ortaya çıxmışdır.

Orta əsrlərdə Azərbaycan deyiləndə Atropatena çarlığının yerləşdiyi, Araz çayından cənuba doğru Urmiya gölü ətrafındakı ərazi nəzərdə tutulurdu. Məsudi və ibn Xordadbeh şimal-şərqdəki Muğan düzünü Azərbaycana aid edir, ancaq başqa coğrafiyaşünaslar isə bu ərazini Azərbaycana daxil etmirdilər. XIII əsrin əvvəllərindən bir qayda olaraq Azərbaycan anlayışı şimala qədər yayılır və onun mənası sürətlə dəyişirdi. Səfəvilər dövründə bir müddət üçün Arazdan şimaldakı müəyyən ərazilər Azərbaycan əyalətinə birləşdirildi. Ancaq Səfəvilərinsüqutundan sonra bu mənada istifadə qismən sıradan çıxdı. XIX əsrdə Rusiyadakı azərbaycanlı müəlliflər onu Arazdan cənubdakı ərazilərlə əlaqədar olaraq istifadə edirdi. Rus dilində yazılan sənədlərdə Araz çayından şimaldakı ərazilər ilk dəfə Azərbaycan kimi 1786-cı ildə Stepan Burnaşov tərəfindən göstərildi. XIX əsrin sonlarında avropalı alim və jurnalistlər Azərbaycan terminini Şirvan və Arran əraziləri üçün istifadə etməyə başladılar.

1917-ci ilin 15-20 aprel tarixləri arasında Bakıda Qafqaz müsəlmanlarının Konqresinin iclası ərzində Azərbaycan üçün muxtariyyət statusu tələbi açıqca dilə gətirildi. Ancaq Hacı Zeynalabdin Tağıyevin təklifi ilə "Azərbaycan" adı qətnamənin yekun mətnindən çıxardıldı. 27 may 1918-ci ildə "Azərbaycan" adı Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu elan edən Zaqafqaziya seyminin müsəlman fraksiyası tərəfindən rəsmi olaraq istifadə edilmişdir. Bu hadisə İranda, xüsusilə Azərbaycan intelektualları arasında təəccübə səbəb olmuşdu. Şeyx Məhəmməd Xiyabani və yoldaşları özlərini AXC-dən fərqləndirmək üçün İran Azərbaycanının adını Azadıstan qoydular. 1991-ci ildə müstəqillikdən sonra turizm məqsədi ilə Azərbaycan üçün "Odlar Yurdu" ifadəsi istifadə edilməyə başlandı.

 

Azərbaycanlıların adı

Kiçik və Böyük Ağrı dağın tatar kəndi Sirbağanla görünüşü. Tatar deyildikdə azərbaycanlılar nəzərdə tutulur.

XVI-XVII əsr mənbələrində azərbaycanlılar "qızılbaş" adlandırılırdılar. I Pyotrun manifestində Zaqafqaziyada və İranda yaşayan xalqlar arasında farslardan başqa əcəmlərin də adı çəkilir. Əlisöhbət Sumbatzadəyə görə burada azərbaycanlılarnəzərdə tutulur. Oxşar şəkildə XV-XVIII əsrlərdə Osmanlı imperiyasında da azərbaycanlılar "əcəm" adlandırılırdı. Cənubi Qafqazı işğal edən Rusiya imperiyası Azərbaycan türklərini "adərbaycanlılar" və ya "Qafqaz tatarları" adlandırmağa başladı. İnqilabdan əvvəlki Rusiyada azərbaycanlıları "farslar" da adlandırırdılar.

Azərbaycan xalqının keçmişdə özünü necə adlandırması məsələsində heç bir ortaq fikir yoxdur. Belə ki, adının özü ictimai inkişaf səviyyəsində müəyyənləşmişdi. Məsələn, yarımköçəri həyat tərzi keçirən və patriarxal-qəbilə münasibətlərinin qalıqlarını saxlayan əhali, özlərini tayfalarının, yaxud irsi mənsubiyyətlərinin adı ilə adlandırırdılar (əfşar, təkəli, kəngərli, ayrım və s.). Məskunlaşmış kənd və şəhər əhalisinin iqtisadi sahədə fəaliyyəti, Azərbaycanın ayrı-ayrı kiçik regionları səviyyəsində, dar çərçivədə məhdudlaşırdı, çox vaxt iqtisadi işlərdə bir-birindən fərqlənmək üçün özlərini ərazi əsasında da adlandırırdılar (şirvanlı, qarabağlı, şəkili, qubalı və bakılı). Ələsgər Ələkbərov sonuncunu, buna qədərki, kiçik Azərbaycan xanlıqları dövründəki, parçalanmaların qalığı hesab edir. Eyni zamanda dini əlamətlərə görə "müsəlman" adlanma da vardı. Məsələn, şair Mirzə Ələkbər Sabir uşaq yaşında yazdığı ilk şeirində öz milliyyətini "türək" (yaxud "türk"), kimi göstərsə də, böyüyəndə öz həmvətənlərinə "müsəlman" deyə müraciət etmişdi.

Azərbaycanın tarixi şəxsiyyətlərin və mədəniyyət xadimlərinin azərbaycanlılara, azərbaycan xalqına müraciət formaları da fərqlidir. Qubalı Fətəli xan 1782-ci il tarixli məktubunda, qarabağlı İbrahimxəlil xana işarə olaraq "azərbaycanlı" terminindən istifadə etmişdi. Onun həmdövrü, şair və Qarabağ xanlığının vəziri Molla Pənah Vaqifisə əksinə, Azərbaycanı yalnız köçəri tayfaların ellərinə bölürdü. Yazıçı və filosof-materialist Mirzə Fətəli Axundov isə azərbaycanlılara müraciətlərində "qafqazlı", "müsəlman" və "tatar" adlarından istifadə etmişdi. Azərbaycanlılar arasında "azərbaycanlılar", yaxud "azərbaycan türkləri" termini ilk dəfə 1891-ci il tarixli "Kəşkül" adlı liberal Bakı qəzetində ortaya atılmış və XIX əsrin sonundan bu termin Yelizavetpol quberniyasında özünüadlandırma kimi yayılmağa başlamışdı. "Azərbaycanlılar" etnonimi, yalnız 1936-cı ildən etibarən geniş şəkildə istifadə edilmişdir.

 

Mədəniyyətin inkişaf tarixi

Tarixdən əvvəlki dövr 

İnsanların və qayığın təsvir edildiyi Qobustan petroqlifi

Daş dövrünə aid Azıx mağarasında Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin orta Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insana məxsus olan çənə fiziki tipinə görə sinantrop tipli insanla neandertal adamı arasında keçid mərhələsindədir. Azıx mağara düşərgəsinin Aşel mədəniyyətinə aid təbəqəsindən tapılmış ibtidai insan qalığına şərti olaraq Azıxantrop, yəni Azıx adamı adı verilmişdir.

Qobustan dövlət tarixi-bədii qoruğunda Mezolit dövründən orta əsrlərə qədər dövrü əhatə edən 6000 qayaüstü rəsm vardır. Ancaq burada primitiv incəsənətin çiçəklənmə dövrü Mis dövrü hesab edilir. Bu dövrdə qədim tayfaların yüzilliklərin əsəri olan həyat təcrübəsi dini və bədii görüşlər baxımından tam ifadə edilirdi.

Təpəbaşından aşkarlanmış e.ə. III-II minilliklərə aid saxsı qadın bütü. Azərbaycan Milli İncəsənət Muzeyi

Təxminən eramızdan əvvəl 6000-4000-cü illərdə Zaqafqaziyada Şulaveri-Şomutəpə mədəniyyəti inkişaf etmişdir. Bu mədəniyyət adını Gürcüstanda yerləşən Şulaveridən və Azərbaycan yerləşən Şomutəpədən alır. Şulaveri-Şomutəpə mədəniyyətinin mənsubları yerli obsidianı alətlər düzəltmək üçün istifadə edir, üzüm kimi mədəni bitkiləri yetişdirir, maldarlıqla məşğul olurdu. Bir çox xarakteri mədəniyyətin Yaxın Şərqin neolit mədəniyyətlərindən törədiyini göstərir.

E.ə. IV minilliyin ortalarında Azərbaycanda (Ağdamda) Leylatəpə mədəniyyəti mövcud olmuşdur. Keramik qablarda dəfn bu mədəniyyət üçün xarakterikdir. Tipik Ön Asiya yaşayış məntəqəsi kimi Leylatəpə evlərin sıx yerləşdiyi məntəqədir. Bəzi rus alimlərinin fikrincə Leylatəpə mədəniyyətinin üzvləri Maykop mədəniyyətininyaradıcısı olub.

E.ə. IV-III minilliklərdə Azərbaycanın da daxil olduğu geniş bir ərazidə Kür-Araz mədəniyyəti mövcud olmuşdur. Bu mədəniyyət yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Bu dövrdə həmçinin dulusçuluq, bağçılıq, Mesopotamiya və Kiçik Asiya ilə ticarət inkişaf etmişdir.

Son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı – e.ə. I minilliyin əvvəlləri) Muğan düzündə və Talış dağlarında Muğan mədəniyyəti mövcud olmuşdur. Bu dövrdə əsas məşğuliyyət növləri maldarlıq və kənd təsərrüfatı idi. Qərbi Asiya tipində tunc və dəmir qılınclar bu dövr üçün xarakterikdir.

Naxçıvan MR ərazisində son tunc və erkən dəmir dövründə (e.ə. II minilliyin ikinci yarısı – e.ə. I minilliyin əvvəlləri) Boyalı Qablar mədəniyyəti mövcud olmuşdur. 1896, 1904 və 1926-cı illərdə Qızılvəng monastırı yaxınlığında Naxçıvan mədəniyyətinə aid daş qutu qəbir abidələri aşkar olunmuşdur. Naxçıvan mədəniyyətini səciyyələndirən əsas saxsı məmulatı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablardır.

Eramızdan əvvəl XIII-VII-ci əsrlərdə Şərqi və Mərkəzi Zaqafqaziyada Xocalı-Gədəbəy mədəniyyəti mövcud olmuşdur. Bu dövr əsasən qəbrlərdən öyrənilib. Xocalı kurqanında 1895-ci ildə E. Resler tərəfindən aparılmış arxeoloji qazıntılar zamanı Assuriya şahı II Adadnirarinin adı yazılmış muncuq tapılıb. İvan Meşaninova görə bu tapıntı Zaqafqaziyanın İkiçayarası və Mesopotomiya ilə münasibətlərini aydınlaşdırmaq üçün geniş imkanlar açır.

 

İşquz dövrü

 

Qızıl skif kəmər başlığı. Azərbaycan Tarix Muzeyi

E.ə. VII əsrdə skiflər hal-hazırki Azərbaycan ərazisinə köç etmişdilər. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılırdı. Düşünülür ki, Skif çarlığının özəyinin midiya dilindəki adı Sakaşen (Azərbaycan Respublikasının qərbində, indiki Gəncədə) idi. Riçard Nelson Fray və Anataliya Xazanova görə Skif çarlığının mərkəzi Muğan düzü idi. İşquz Midiya, Manna və Urartu dövlətləri ilə sərhəd idi. Eramızdan əvvəl VI əsrin əvvəllərində skiflər Urartunun inzibati mərkəzi olan Teyşebaininidağıtmışdılar. Şəhərin suvarma sisteminin də dağıdılması bizim eranın əvvəllərinə qədər şəhərdə həyatın yenilənməməsinə səbəb olmuşdur.

Skiflər yüksək oxçuluq bacarığına malik idi. Bunun sübutu skif abidələrində və onların istehsal etdikləri mallar üzərindəki şəkillərdə tapılan oxluqlardır. Skiflər mütəşəkkil xalq olmaqla bərabər tayfa şurası və hərbi başçılar tərəfindən idarə edilən tayfalar ittifaqına sahib idi. Onlar hərbi iş sahəsində Azərbaycan ərazisindəki yerli əhalinin mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir edirdilər. Skiflər aborigenlərə at belində ox atmaq taktikasını öyrədirdilər.

1946-1953-cu illərdə S.M.Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə aparılan ekspedisiya zamanı tapılmış ilk tunc dövründən orta əsrlərədək dövrü əhatə edən materiallar içərisində skif qəbirləri də olmuşdur. Ümumiyyətlə, kimmer-skif yürüşləriylə eyni dövrdə Cənub-şərqi Qafqazın müxtəlif rayonlarında yeni xalqa aid qəbir abidələri və dəfn adətləri ortaya çıxmışdır. Bu abidələrin skiflərə aid olması tapılmış üzük-möhürlərdəki təsvirlərlə sübut edilir. Həmçinin, skif qəbirlərində skif tipli ox ucluqları, əyri bıçaqlar, bülöv daşlar, qılınc və nizə ucluqları, bilərziklər, tunc güzgülər tapılmışdır.

 

Qafqaz Albaniyası dövrü

Şəkinin Kiş kilsəsi

Azərbaycan ərazisində eramızdan əvvəl təqribən IV-III əsrlərdən eramızın VIII əsrinə qədər Qafqaz Albaniyası adlandırılan dövlət mövcud olmuşdur. Bu dövlətin paytaxtı əvvəlcə Kabalaka (Qəbələ), sonra isə Partav (Bərdə) şəhəri idi. Ellinizm dövründə hər biri ayrı dialekt və başçıya sahib alban tayfalarının birləşməsi nəticəsində Qafqaz Albaniyası yaranmışdır. Strabona görə Alban dinində üç tanrıya: Günəş, Zevs və Ay tanrısına ibadət var idi. İberiya sərhədinə yaxın yerləşən Ay məbədi böyük əraziyə sahib idi və bu məbədi idarə edən baş keşiş bütün krallıqda ikinci ən hörmətli adam sayılırdı. Albaniyadakı Ay kultunun ən spesifik cəhəti insan qurban verilməsi mərasimi idi.

E.ə. IV əsr – eramızın VIII əsrlərində Cənubi Qafqazda, xüsusilə də Qafqaz Albaniyası ərazisində Küp qəbirləri mədəniyyəti yayılmışdır. Bu mədəniyyətdə ölülər bükülü vəziyyətdə sağ və ya sol böyrü üstə, əsasən, üfüqi şəkildə dəfn olunurdu. Qəbir invertarları metal (tunc və başlıca olaraq dəmir alət və silahlar, bürünc, gümüş və qızıl bəzək şeyləri), ağac, daş, gil, şüşə və pastalardan ibarət idi. Bu mədəniyyət əkinçilik, heyvandarlıq, ovçuluq, balıqçılıq və sənətkarlıqla məşğul olan oturaq əhaliyə aiddir. E.ə. III-I əsrlərdə Qafqaz Albaniyası ərazisində Yaloylutəpə mədəniyyəti mövcud olmuşdur. Mədəniyyəti günümüzə çatan nümunələri torpaq qəbirlərdə və kurqanlarda tapılmış müxtəlif alətlər mədəniyyətin nümayəndələrinin əkinçiliklə və şərabçılıqla məşğul olduğunu göstərir.

Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Alban çarı Yesuagenin dövründə, V əsrin əvvəllərində Albaniyada məktəblər mövcud idi. Müxtəlif qruplardan toplanmış uşaqlar burada savad öyrənirdilər. Hətta onların qidalanması üçün də dövlət tərəfindən pul ayrılırdı. Yesuagenin oğlu III Vaçaqan xristian dinin yayılması üçün savadlı ruhanilər hazırlayırdı. Bu məqsədlə dini məktəblər açılırdı. O, cadugər, sehrbaz, bütpərəst kahinlərin övladlarının bu məktəblərdə xristian kimi yetişdirilməsini əmr etmişdi.

Albaniyada Nax-Dağıstan dillərinin ləzgi dilləri qrupuna aid alban dilidanışılırdı. Həmçinin Alban tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində albanları qeyd edir. X-XII əsrlərə qədər bu dil Kür çayının sol sahilində geniş yayılmışdı, daha sonra isə tədricən türk dialektləri ilə əvəz edildi. Həqiqətən də alban dilinin qədim ədəbi abidələrinin mövcud olması sübut edilmişdir. Əşyalar və dini binalar üzərində həkk edilmiş bir çox alban epiqrafiya nümunələri tapılmışdır. Bu yazılar eramızın VI-VIII əsrlərinə aid edilir. 1947-1952-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı alban yazısı həkk edilmiş nümunələr tapıldı. Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı — Müqəddəs Yekaterina Monastırında Qafqaz albanlarının dilində yazılmış Sinay palimpsestitapılmışdır. Yazının mətni Həvari Pavelin Korinflilərə ikinci məktubundan ibarətdir. Palimpsest Zaza Aleksidze tərəfindən deşifrə olunmuşdur.

Üzərində alban dilində yazı olan daş kapitel. Azərbaycan Tarixi Muzeyi

Qafqaz Albaniyası ədəbiyyatı ilə bağlı məlumatlar azdır. Alban dilinə dini və digər mövzulu kitablar tərcümə edilsə də, alban ədəbiyyatının ömrü qısa olub. Bu tərcümələrə misal olaraq Əhdi-Ətiqvə Əhdi-Cədidə, həmçinin İncilə əsaslanan alban mətnlərini — lektionarini göstərmək olar. Alban lektionarisinin VII əsrə aid Septuagintadan daha qədim olması onu "dünya Biblaistikasının incilərindən biri" edir. Bibliya alban dilinə V əsrdə tərcümə edilib. Erməni tarixçisi Qevonda əsasən, Əhdi-Cədid alban dilinə tərcümə edilib. Alban dili İncilin tərcümə edildiyi on ikinci dildir. Tədqiqatçılar Alban kilsəsi və alban çar hakimiyyəti tərəfindən yaradılmış III Mömin Vaçaqanın qanunlarının da alban dilində yazıldığını inkar etmirlər. Murtuzəli Hacıyevin fikrincə alban dilində və yazısı ilə nəinki dini, həm də elmi ədəbiyyat yaradılıb. Mehranilər sülaləsindən Cavanşirinəmri ilə Moisey Kalankatlı alban tarixşünaslığı abidələrindən biri olan "Alban ölkəsinin tarixi" əsərini yazmışdır.

Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılırdı.yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi. Qafqaz Albaniyası incəsənətinə zərgərlik, daşişləmə, ağacişləmə, sümükişləmə, bədii şüşə, bədii metal, duluşçuluq və monumental heykəltəraşlığı misal çəkmək olar.

Qafqaz Albaniyasında xüsusi alban təqvimi var idi. Qafqaz albanları 352-ci ildən etibarən İsgəndəriyyə məktəbi təqvimini istifadə edirdilər. Ananiya Şiraklı, Ovannes İmastaserin və başqalarının əsərlərinə əsasən alban təqvimi Misir sistemi təqvimi idi. Alban dilində ayların adı Navasardos, T'ule, Namos', Çil, Bokavon, Mare, Boceone, J'qul, Bontoke, Orili, Exna, Baxnadır.

 

İslam dövrü

Üzərində ərəb dilində yazılar olan Gəncə qapıları 1062-ci ildə Əbüləsvar Şavurun əmri ilə tikilib, hal-hazırda Gürcüstandakı Gelati monastırındadır.

VIII əsrdə Qafqaz Albaniyasının Ərəb Xilafətinin tərkibinə daxil olması ilə Azərbaycanda İslamdini yayılmağa başlamışdır. İslamın yayılması İslam mədəniyyətinin inkişafına səbəb olmuşdur. Ərəb Xilafətinin zəifləməsi ilə Azərbaycan ərazisində Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilərkimi feodal dövlətləri yaranır. Şəddadi hökmdarı Fəzl bin Məhəmməd Araz çayı üzərində körpü, Əbüləsvar Şavur isə paytaxt şəhəri Gəncənin ətrafında sədd və xəndək qurmuşdur. Şirvanşahlar dövründə Bakıda çoxlu inşaat işləri həyata keçirilmiş və şəhər inkişaf etdirilmişdir. XII əsrdə qala divarları inşa edilmiş və şəhərin müdəfiə sistemi gücləndirilmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra şəhərin “Qala” adlandırılan qədim hissəsininhəyatında “kristallaşma” dövrü başlamışdır. XI əsrdə Şirvanşahların sarayında əl-Qəzzi kimi ərəb dilində yazan şairlər var idi. XII əsrdə Əbülüla Gəncəvi, Fələki Şirvani, Xaqani Şirvani və Mücirəddin Beyləqani kimi bir çox şairlər III Mənuçöhr və onun oğlu I Axsitanın sarayında toplaşmışdı.

Azərbaycan tarixi boyu dünyaya bir çox filosof, şair və alim vermişdir. Orta əsrlər alim və filosofları arasında riyaziyyat və fəlsəfə üzrə bir çox əsərlərin müəllifi Bəhmənyar Azərbaycani və "Astronomiya" əsərinin müəllifi Əbülhəsən Şirvani qeyd edilməlidir. Digər bir önəmli şəxsiyyət isə humanist, dünyəvi poeziya üslubunda yazan Nizami Gəncəvidir. Nizaminin yazdığı əsərlərə Ərzincan hakimi Bəhram şah ibn-Davuda həsr etdiyi “Sirlər xəzinəsi”, Atabəy Şəmsəddin Məhəmməd Cahan Pəhləvan Eldəgizə həsr etdiyi “Xosrov və Şirin”, I Axsitana həsr etdiyi “Leyli və Məcnun”, Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etdiyi “Yeddi gözəl” və Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə və Mosul hakimi Məlik İzzəddinə həsr etdiyi “İsgəndərnamə” daxildir.

Beyləqandan aşkarlanmış monqollar dövrünə aid saxsı boşqab. Azərbaycan Tarixi Muzeyi

ХI-ХIII əsrlərdə Şərqi Zaqafqaziyaya türk oğuz tayfasının gəlişi yerli əhalinin böyük hissəsinin türkləşməsinə səbəb oldu və bu da Azərbaycan xalqının formalaşmasının başlanğıcı idi. Səlcuqlar dövlətidövründə başlayan türk tayfalarının gəlişimonqolların dövründə də davam etmişdir. Beşinci monqol ulusu Elxanilərin ordusunun böyük bir hissəsini türklər təşkil edirdi. XV əsrin sonlarında Azərbaycan əhalisinin türkləşməsi başa çatdı və müstəqil Azərbaycan türk xalqı ortaya çıxdı. Anadolu türkləri və Azərbaycan türkləri arasında etnik sərhəd isə XVI əsrdə yarandı.

Azərbaycan türk etnosunun formalaşması Azərbaycan mədəniyyətinin inkişafına səbəb olur. Stabil mərkəzləri olmayan bu mədəniyyəti bəzi dövrlərdə Osmanlı mədəniyyətindən fərqləndirmək çətindir. XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. XVI-XVIII əsrlərdə bu mədəniyyət mərkəzlərinin formalaşması başa çatır. XIV-XV əsrlərdəki Azərbaycan mədəniyyətinin mənbəyindən danışılanda yadda saxlanmalıdır ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətin digər hissələri ayrılmaz surətdə dil ilə bağlıdır. Maddi mədəniyyət isə əhalinin türkləşməsindən əvvəl ortaya çıxmışdır. Müstəqil olduqdan sonra Azərbaycan mədəniyyətinin İran mədəniyyəti və Ərəb mədəniyyəti ilə güclü əlaqələri saxlanmışdır. Onların ortaq dini və ortaq mədəni-tarixi ənənələri vardır.

XVIII əsrdə Azərbaycanda türk mənşəli sülalələrin idarə etdiyi xanlıqlar əmələ gəlmişdir. 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsi ilə müasir Azərbaycan Respublikasının ərazisi Rusiya hakimiyyətinə keçmiş, Cənubi Azərbaycan isə İranın tərkibində qalmışdır. Beləliklə, Araz çayı sərhəd olmaqla azərbaycanlılar iki ayrı imperiyanın tərkibində qalmağa məcbur olmuş, İran və Rusiya mədəniyyətinin təsirində qalan azərbaycanlılar iki əsrlik sosial təkamül nəticəsində bir-birindən fərqlənməyə başlamışlar.

1822-ci ildə süqut etmiş Qarabağ xanlığının paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin mərkəzlərindən biridir. Bu şəhər müəyyən bir dövr ərzində bir çox Azərbaycan ziyalıları — şairlər, yazıçılar və xüsusən musiqiçilərin (Azərbaycan aşıqları, Azərbaycan muğam ifaçıları, qopuz ifaçıları) evi olmuşdur. Şuşa şəhərinin tarixi mərkəzində 549 qədim bina (bunlardan 72-si Azərbaycan tarixində iz qoymuş şəxslərin yaşayış evləri və ya ev muzeyləridir), 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastır, 2 qəsr və qala divarları yerləşir. Bu abidələrin çoxu XIX əsrdə yaşamış Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilmiş və həmin dövrün ən məşhur nəqqaşı Kərbəlayi Səfərəli tərəfindən bəzədilmişdir.

 

Müasir dövr

Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü çağırış Nazirlər Kabineti.

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olmuşlar. Bu dövrdə Tiflis şəhəri Azərbaycan mədəniyyətinin inkişafı üçün önəmli mərkəzlərdən birinə çevrilir. Tiflisdə yaşamış Azərbaycan mədəniyyətinin görkəmli nüməyəndələrinə Molla Vəli Vidadi, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Bülbülcan, Rəşid Behbudov, Qeysər Kaşıyeva, Xədicə Qayıbova misal göstərilə bilər.

28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul edərək rəsmən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan etmişdir. Sovet işğalına qədər 23 ay mövcud olan bu dövlət tarixə müsəlman Şərqindəki ilk demokratik və dünyəvi respublika (5 il sonra, 1923-cü ildə Türkiyə Cümhuriyyəti yaranıb) olaraq keçmiş və Azərbaycan qadınlara səs vermə hüququ verən ilk müsəlman xalqı olmuşdur. 19 noyabr 1918-ci ildə Milli Şuranın Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə keçən iclasında Azərbaycan ərazisində yaşayan bütün millətlərin təmsil edildiyi Azərbaycan parlamentinin yaradılması qərara alındı. Qərara görə 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 nümayəndə çıxarda bilərdi. Bir çox millətlərin nümayəndələri kimi parlamentin erməni Daşnaksütun fraksiyasından olan Abram Dastakov və Xoren Amaspür da Azərbaycan Nazirlər Kabinetinə seçilmişdir.

"Azad qadın" heykəli. Fuad Əbdürəhmanov

1920-1930-cu illərdə Bakı şəhəri bütün türk xalqlarının mədəni həyatının mərkəzinə çevrilir. Burada Tatarıstan, Özbəkistan, türkdilli Krım, Türkiyə və s. yerlərin görkəmli ziyalıları yaşayır və fəaliyyət göstərirdilər. Onların bir çoxu Stalin repressiyasının qurbanları olmuşdur. Qazax ədəbiyyatı ilə müqayisədə Azərbaycan ədəbiyyatınümayəndələri 1937-1938-ci illər repressiyalarından daha az əziyyət çəkib, ancaq Zaqafqaziyada ən çox repressiya qurbanı olanlar onlardır. Həmçinin Azərbaycanın bir çox elm və incəsənət xadimi Böyük Təmizliyin qurbanı olub.

1920-ci ildə Əli Bayramov adına Qadın klubunda 7 qadının öz çadrasını çıxartması ilə Azərbaycanda çadranın atılması kampaniyası başlamışdır. Ümumiyyətlə, Azərbaycan qadını XX əsrin əvvəllərindən başlayaraq ilklərə imza atmışdır. Təhsil sahəsində Nigar Şıxlinskaya, Sona xanım Vəlixan, Adilə Şahtaxtinskaya, Validə Tutayuq, teatr və kinoda Gövhər Qazıyeva, Şövkət Məmmədova, İzzət Oruczadə, Qəmər Salamzadə Qəmər Almaszadə, siyasətdə Ayna Sultanova, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumunun Sədri seçilərək ilk azərbaycanlı qadın parlament başçısı olan Səkinə Əliyeva[128] misal göstərilə bilər. 1931-ci ildə ilk uçuşunu həyata keçirən Leyla Məmmədbəyova isə nəinki Azərbaycanda, həmçinin Qafqazda, Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçi olur.

1939-cu ildə Moskvada Azərbaycan sovet memarları Sadıq Dadaşovvə Mikayıl Hüseynovun proyekti əsasında Azərbaycan pavilyonuqurulmuşdur. Pavilyondakı ekspozisiya Azərbaycan SSR-in və onun mədəniyyətinin inkişafına həsr edilmişdir. 1930-cu idə Aleksandr Şirvanzadə Azərbaycan SSR-in ilk xalq yazıçısı, 1931-ci ildə Qurban Pirimov Azərbaycan SSR-in ilk xalq artisti, 1956-cı ildə Səməd Vurğun Azərbaycan SSR-in ilk xalq şairi olmuşdur. Bakıda doğulmuş məşhurlara Mstislav Rostropoviç, Larisa Dolina, Vladimir Menşov, Yevgeni Petrosyan, Harri Kasparov misal göstərilə bilər. Sovet dövründə Yuli Qusmanın "Parni iz Baku" "Парни из Баку" KVN (rus. Клуб весёлых и нахо́дчивых) komandası məşhur olmuş və 1988-ci ildə yaradılmış eyniadlı Azərbaycan KVN komandası1992-ci il, 1993-cü il, 1995-ci illərdə MDB çempionu, 2000-ci ildə isə ən yaxşı 10 komanda arasından XX əsr çempionu olmuşdur.

1953-cü ilin may ayında Azərbaycan SSR-in Mədəniyyət Nazirliyi yaradılmışdır. 1988-ci ildə müğənni və bəstəkar Polad BülbüloğluMədəniyyət naziri olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il fərmanı ilə Azərbaycan Mədəniyyət Nazirliyi əsasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi yaradılmışdır. Həmin ildə Azərbaycanın Mədəniyyət naziri olaraq Əbülfəs Qarayev təyin edilmişdir. 14 fevral 2011-ci ildə "zəngin Azərbaycan mədəniyyətinin bəşəri dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini ölkəmizdə təbliğ etmək, gənc nəslin bədii-estetik zövgünü formalaşdırmaq" məqsədi daşıyan Mədəniyyət TV yayıma başlamışdır.

XXI əsrdə Azərbaycan bir çox beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Bunların ən məşhurları 57-ci Avroviziya mahnı müsabiqəsi və dünya tarixində ilk dəfə keçirilən Avropa Oyunlarıdır. 2009-cu il üçün Bakı şəhəri və 2018-ci il üçün Naxçıvan şəhəri "İslam mədəniyyətininpaytaxtı" seçilib. Şəki şəhəri 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", Gəncə şəhəri isə "Avropa gənclər paytaxtı" seçilib.

 

Memarlıq

Qədim və antik dövrlər memarlığı

 

Çıraqqala

Tarix öncəsi dövrlərə aid yaşayış yerləri olan meqalitik və siklopik tikililərin qalıqları (xalq yaşayış yerləri olan “qaradam”ların ilkin forması) Kiçik Qafqazın dağlıq hissələrində və Naxçıvanərazisində aşkarlanmışdır. Bu cür tikililər Azərbaycanda Eneolit və Erkən Tunc dövrünə aid edilir. Belə yaşayış yerlərinə nümunə olaraq Füzuli rayonu ərazisində Qaraköpəktəpə, Sədərəkrayonu ərazisində Sədərək qalası, Ağdam rayonu ərazisində Üzərliktəpə, Babək rayonu ərazisində Çalxanqala, Ağstafa rayonu ərazisində Qarğalar təpəsi, Babək rayonu ərazisində I Kültəpə, Cəlilabad rayonu ərazisində Əliköməktəpəsi və Şərur rayonu ərazisindəki Oğlanqala yaşayış yerlərini göstərmək olar.

Manna dövrünün memarlığı İranın Qərbi və Şərqi Azərbaycanostanları ərazisindəki abidələr əsasında qismən öyrənilmişdir. Manna dövrü memarlığını özündə əks etdirən abidələrə nümunə olaraq Urmiya gölü ətrafında yerləşən Həsənli, Dinhatəpə, Göytəpə, Həftəvantəpə və Gilan ostanı ərazisindəki Rudbar şəhəri yaxınlığında yerləşən Marlıqtəpə yaşayış yerlərini göstərmək olar. Manna dövrü kimi, Atropatena dövrü memarlığını əks etdirən əsas abidələr də İran İslam Respublikası ərazisindədir. Bu cür abidələrə nümunə olaraq Atropatenanın paytaxtı olmuş Qazaka şəhərinin qalıqlarını əks etdirən Təxti Süleyman yaşayış yeri və Kürdüstan ostanı ərazisində Saqqızşəhəri yaxınlığında yerləşən Kerefto mağara-məbədini göstərmək olar. Azərbaycan Respublikası ərazisində Atropatena dövrü memarlığı qismən Sabirabad rayonu ərazisindəki Ultan qalası yaşayış yeri əsasında öyrənilmişdir.

Qafqaz Albaniyasının memarlığı əsasən Azərbaycanın Şimal-Qərb və Qərb rayonlarında saxlanmış abidələr (Şəki rayonu ərazisindəki Kiş, Zəyzid, Bideyiz kilsələri və Dairəvi məbəd, Şabran rayonu ərazisində Çıraqqala, Qəbələ rayonu ərazisindəki Kabalaka yaşayış yeri və Kilsədağ kilsəsi, Qax rayonu ərazisindəki Qum bazilikası, Ləkit kilsəsi, Yeddi kilsə monastırı, Mingəçevir kilsə kompleksi, Qazaxrayonu ərazisində Avey kilsəsi, Xocavənd rayonu ərazisində Amaras monastırı, Laçın rayonu ərazisindəki Sisərnəvəng monastırı və sair) əsasında öyrənilmişdir. Azərbaycan ərazisində orta əsrlər xristian feodal dövlətlərinin memarlığı isə əsasən Qərb rayonları və Qarabağərazisindəki abidələr (Kəlbəcər rayonu ərazisində Gəncəsər və Xudavəng monastırları, Lex qalası, Gədəbəy rayonu ərazisində Həmşivəng monastırı, Ağdam rayonu ərazisində Müqəddəs Yelisey monastırı, Tərtər rayonu ərazisində Üç körpə və Xatirəvəng monastırları, Craberd və Xoxanaberd qalaları, Xocalı rayonu ərazisində Qaxaç qalası və s.) əsasında qismən tədqiq edilmişdir. Azərbaycan ərazisində dövrümüzə çatmış ən qədim tikililər Qum bazilikası, Ləkit kilsəsi və Bakıdakı Qız qalasının təməl hissəsi hesab edilir.

 

Orta əsrlər memarlığı

    Şirvanşahlar sarayı

  Gəncə İmamzadə türbəsi

Erkən feodal dövrü memarlığı Azərbaycanda nəhəng müdafiə qurğularının Beşbarmaq, Gilgilçay və Zaqatala sədlərinin inşası ilə xarakterikdir.Azərbaycan ərazisində ən qədim islami tikililər VII əsrdə Ağsuda inşa edilmiş məscid və Şamaxı cümə məscididir. VIII əsrdə Azərbaycanın ərəblər tərəfindən ələ keçirilməsindən sonra ölkə ərazisində İslam mədəniyyətininyayılmasına başlanılır, məscidlər, minarələr, mədrəsələr və türbələr inşa edilir.

IX-X əsrlərdə Ərəb Xilafətində mərkəzi hakimiyyətin zəifləməsindən sonra Azərbaycanda müxtəlif kiçik sülalələr qısa müddətli hakimiyyətlərini qurmağa müvəffəq olmuşlar. Həmin dövrdə əsas yaşayış məntəqələri olan Bərdə, Şamaxı, Beyləqan, Gəncə, Naxçıvan, Marağa, Təbriz, Urmiya şəhərləri ətrafında spesifik xüsusiyyətlərə malik yerli memarlıq məktəbləri (Şirvan-Abşeron, Arranvə Naxçıvan-Marağa) formalaşır. Bu memarlıq məktəblərindən Naxçıvan-Marağa məktəbi mükəmməl keramik-kaşı fasad işləmələri, Şirvan-Abşeron məktəbi hamar divar səthi və memarlıq elementlərinin plastik işləmələrinin kontrastı, Arran memarlıq məktəbi isə kərpic işləmələri ilə fərqlənir. XII-XIII əsrlər Azərbaycan memarlığının ən gözəl nümunələri Möminəxatun, Yusif Küseyir oğlu, Gülüstantürbələri, Bakıdakı Qız qalası, Qırmızı və Göy Günbəd türbələri, Mərdəkandakı dairəvi və dördkünc qəsrlər, Nardaran və Bayılqəsrləri, həmçinin Pirsaatçay xanəgahıdır.

XIV-XVI əsrlərdə şəhərlərin genişlənməsi ilə kərpic və daş inşaatı inkişaf edir ki, bunun da ən gözəl nümunəsi Şirvanşahlar sarayıhesab edilir. Yerli memarlıq məktəblərinin ənənələri bu dövrlərə aid bürc formalı türbələrdə (Bərdə, Qarabağlar və Xaçındərbətli türbələri) və Ramana qalasının, həmçinin ikiyaruslu və gümbəzli quruluşa malik olan Diribaba türbəsinin, Təbrizdə Göy məscid, Sultaniyyədə Olcaytu Xudabəndə türbəsi, Gəncə cümə məscidinin memarlığında davam etdirilir.

XVII-XVIII əsrlərdə Səfəvi-Osmanlı müharibələrinin baş verməsi səbəbi ilə monumental memarlıq nümunələrinin inşası azalır; buna baxmayaraq həmin dövrdə Gəncə imamzadə türbəsinin və Xan sarayının, Şəkidə divar rəsmləri ilə zəngin Xan sarayının, İrəvanda Sərdar sarayının və Göy məscidin inşası başa çatdırılır.

Müasir dövr memarlığı

Ismailiyye palace main façade, Baku, 2015.jpgHeydər məscidinin sol tərəfi yaxından.JPG

İsmailiyyə Sarayı və Heydər məscidi


1920-1930-cu illərin Sovet Azərbaycanı memarlığı üçün konstruktivizm ideyasının hakim olması xarakterikdir. Həmin dövr memarlar Aleksey Şusev, Vesnin qardaşları, S.S.Pen, Q.M.Ter-Mikelov, həmçinin memar Mikayıl Hüseynovun yaradıcılığının erkən dövrü ilə əlaqəlidir. 1934-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi İcrayə konstruktivizm üslubunu tənqid edən və milli memarlıq ənənələrinə qayıtmağa çağıran qərar verdi. Konstruktiv stil Azərbaycanda oturuşmağa imkan tapmamış, 30-40-cı illərdə yaradıcılığında klassik memarlıq ənənələri və milli memarlığın elementlərini birləşdirən S.A.Dadaşov, V.A.Munts və Mikayıl Hüseynovun təsiri Azərbaycan memarlığında hiss edilməyə başlayır. Bu sırada Mikayıl Hüseynovun yaradıcılığı xüsusilə fərqlənir. Həmin dövrün “klassik-milli memarlıq üslubu”nda inşa edilmiş əsərlər arasında Hökumət Evi (1934), Bakı Musiqi Akademiyası (1936), Azərbaycan Milli Kitabxanası (1947), Milli Ədəbiyyat Muzeyi (1940), AMEA binası (1948–1960) xüsusilə diqqəti cəlb edir.XIX əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə ictimai və mədəni həyatda da canlanma baş verir. XX əsrin əvvəllərində BakıRusiya imperiyasının əsas sənaye şəhərlərindən birinə çevrilir. Şəhərin iqtisadi baxımdan sürətli inkişafı aralarında Emanuel Nobel, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsi Əsədullayev, Aleksandr Mantaşev və s. milyonçuların şəhərə böyük sərmayələr yatırmasına şərait yaradır, çoxsaylı yeni binalar və komplekslər inşa edilir. Azərbaycan şəhərlərində messenatların sifarişi ilə çoxsaylı ictimai binalar, məktəb, xəstəxana və yaşayış binaları inşa edilir. Həmin dövrdə inşa edilmiş memarlıq abidələri arasında İsmailiyyə, Səadət, Tağıyevin sarayları, Opera və Balet Teatrının binası, Şəhər Dumasının binası, Sabunçu elektrik qatarı stansiyası binası, Bakı və Gəncədə dəmir yolu stansiyalarının binalarını qeyd etmək olar.

1936-cı ildə Azərbaycan Memarlar İttifaqının əsası qoyulmuşdur. 1969-1982-ci illərdə ölkəni idarə etmiş Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Azərbaycan memarlarını müasir və milli memarlıq elementlərini öz yaradıcılıqlarında birləşdirməyə çağırmışdı. Həmin dövrün memarlıq nümunələri arasında Bakı metropoliteninin Nizami (1970) və Elmlər Akademiyası (1976) stansiyaları, Zaqulba qonaq evi, Azadlıq prospektindəki yaşayış binaları, Gəncədə Kəpəz oteli (1973), Bakıda Abşeron oteli (1965) diqqət çəkir.

Müasir Azərbaycan memarlığı əvvəlki dövrlərin memarlıq ənənələrini özündə əks etdirməklə islam, qotik, klassik, barokko, modernmemarlıq stillərinin milli memarlıq elementləri ilə vəhdətindən ibarət binalarda əks olunur. Son dövrlərdə inşa edilmiş binaların fasadlarının işlənməsində aqlay daşından geniş istifadə olunur. Bundan başqa mərmər, qranit, alüminium panellər də fasadların həllində tətbiq edilir. Müasir Azərbaycan memarlığının maraqlı nümunələri arasında Alov qüllələri, SOFAZ Tower, SOCAR Tower, Baku Tower, Trump Tower Baku, Bakı Kristal Zalı, Bakı Olimpiya Stadionu, Gəncə Dövlət Filarmoniyasının binası, Heydər Əliyev Mərkəzi və Konqres Mərkəzinin binaları, Port Baku və Azure kompleksləri, The Cresent Development Project, Heydər məscidi və başqa memarlıq layihələrini göstərmək olar.

 

Təsviri incəsənət

Shah Abbas mosque in Ganja 2.pngLahic (cropped).jpg

Gəncənin Cümə məscidində şəbəkə nümunəsi və Lahıc misgərlik sənəti nümunəsi


VIII əsrdə Azərbaycanda İslamın yayılması təsviri sənətin inkişafına səbəb olmuşdur. Bu dövrdə dini memarlıq abidələrinin tikilməsi zamanı müxtəlif naxış və ornamentlərdən, kalliqrafiya elementlərindən, kaşıdan və barelyefdən istifadə olunmuşdur. Xilafətin zəifləməsi ilə Bərdə, Şamaxı, Beyləqan, Gəncə, Naxçıvan, Şabran kimi şəhərlərdə yerli incəsənət məktəbləri formalaşmışdır. Bunlardan ən vacibi Naxçıvan, Şirvan-Abşerondur. XV əsrdə Bakı, Şamaxı kimi şəhərlərdə miniatür sənəti inkişaf etmişdir. Bunlara misal olaraq Şamaxı (Antologiya əlyazısı 1468, kalliqraf Şərafəddin Hüseyn Sultani, Britaniya muzeyi, London) və Bakıdan (rəssam Əbdülbaqi Bakuvinin XV əsr albomundakı miniatürü, Topqapı sarayı, İstanbul) olan nümunələri göstərmək olar. İncəsənət ustalıq əsərləri arasında isə Məhəmməd Möminin hərbi yaraqları qeyd edilə bilər (XVI əsr, Hərbi palata, Moskva). Səfəvi-Osmanlı müharibələri və xanlıqlar arasındakı feodal çəkişmələri XVII-XVIII əsrlər incəsənətinin inkişafına ağır şəkildə təsir etmişdir.BSE-yə görə əsərlər boyunca tarixi mövcudiyyətin lokal şərtləri unikal Azərbaycan incəsənətinin yaranmasına gətirib çıxartmışdır. Bu incəsənət Yaxın Şərqin bədii irsində öz yerini tapmışdır. Qonşular və ətraf ölkələrlə tale birliyi onların bədii irslərinin qarşılıq əlaqəsinə xidmət etmişdir.

XVI-XVII əsrlərdə şəbəkə bədii taxta tərtibatı üsulu kimi geniş yayılmışdır. Şəbəkənin əsas xüsusiyyəti taxta parçalarının birləşdirilməsində nə mismardan, nə də yapışqandan istifadə edilməsidir. Şeyx Cüneyd türbəsindəki sənduqə və Gəncə Cümə məscidinin minbəri bu sənətin XVI-XVII əsrlərə aid nümunələrindəndir.

Lahıc uzun müddət misgərlik sənəti ilə məşhur olmuşdur. Mis yaradıcılığının inkişafı qalayçılıq və dəmirçilik kimi əlavə sahələrin inkişafına gətirib çıxarmışdır. Mis qab-qacaqlarda istifadə edilən bəzəklərə buta, üçləçəkli yarpaq, üçbucaq və içi ornamentlərlə doldurulan ovallar daxildir.

 

Xalçaçılıq

«Касымушагы».jpgOvçuluq carpet, Tabriz group of Azerbaijani carpets.jpgDervishs rug.jpg

Soldan sağa:Qarabağ, Şirvan və Təbriz xalçaları (Azərbaycan Milli İncəsənət Muzeyi)


XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatdı və sənaye əhəmiyyəti qazandı. Dövrün miniatür rəssamları, xəttatları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühim rol oynadı. Bu isə daha sonra Şərq incəsənətində və vahid Təbriz məktəbinin yaranmasında böyük təsirə səbəb oldu. XVI əsrin ikinci yarısından Cənubi Azərbaycandainkişaf edən əfşan, ləçək-turunc, gülbəndlik kompozisiyaları Şimali Azərbaycan şəhərlərindəki toxucular tərəfindən mənimsənildi. Tarixi statistikalara görə 1843-cü ildə Azərbaycanın 6 Xəzər əyalətində 18000 xalça toxunub. Şirvan və Qubadan olan xalçalar Bakıda, Qazax və Gəncədən olanlar Təbriz və İstanbulda satılıb. 1850 və 1857-ci illərdə unikal məmulatların birinci beynəlxalq Tiflis sərgisində azərbaycanlı ustalar mükafat əldə etdilər. XIX əsrin sonunda kommersiya neftinin istehsalı əlaqədar iqtisadi inkişaf Bakıda və Azərbaycanın digər ərazilərində xalça toxuçuluğunun inkişafına səbəb oldu.Azərbaycan xalçaları dedikdə Abşeron, Gəncə, Qazax, Şirvan, Qarabağ, Quba, Təbriz xalçaları nəzərdə tutulur. İranika ensiklopediyasına görə xalçaçılıq əsasən Şərqi Zaqafqaziyada, indi azərilər adlandırılan türk əhalisinin yaşadığı ərazidə yayılmışdı. Digər xalqların xalçaçılığı az əhəmiyyət daşıyırdı.

Quba, Şirvan, Qazax, Zəncan xalçaları mürəkkəb həndəsi naxışlarla xarakterizə olunur, buna çoxbucaqlı və ya ulduzşəkilli medalyonların mərkəzi sahəsindəki eyni ox üzərində yerləşən heyvan və insan sxematik fiqurları daxildir. Çiçək motivlərinin bol olduğu müxtəlif bitki ornamentləri isə Təbriz və Qarabağ xalçalarına xasdır. Azərbaycan xalçalarında görünən həndəsi formalara tarixi politeizm inanclarına gedib çıxan svastikanı və romb və kvadratlarla əhatə edilən səkkizbucaqlı ulduzu göstərmək olar. Daha sonra Təbrizmədəniyyətinin təsiri ilə digər məktəblərdə bitki aləmi elementləri ortaya çıxır.

Azərbaycan xalçalarında tapılan İslam simvolikasına misal olaraq Fatimənin əlini, beşbarmağı misal göstərmək olar. Beşbarmaq İslamın 5 ehkamını və İslamda hörmət edilən 5 şəxsiyyəti – Məhəmmədpeyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyni simvolizə edir. Bir çox Təbriz xalçalarının üzərində su bolluğunu təmsil edən “həyat ağacı”na rast gəlinir. Həmçinin xalçalarda çoxlu ağacın, bitkinin və quşun olduğu bağ təsvirlərinə rast gəlinir. Bu müsəlmanlar üçün uğur və müvəffəqiyyət deməkdir. Təbriz və Şamaxı xalçalarında rast gəlinən digər bir ikonoqrafik təsvir təbiətin möcüzəsini simvolizə edən nardır. Nar Səfəvilər dövründə xalça və miniatürlərin bəzədilməsində geniş istifadə edilirdi. Azərbaycan xalçalarında quş şəkillərinə (qartal və tovuzquşu) tez-tez rast gəlinir. Bir çox hallarda texniki cəhətdən və xalçanın ölçüsünə görə heyvanları birbaşa əlavə etmək mümkün olmur. Məsələn, qoyun və qoçların yalnız “S” şəkilli şərti buynuzları xalçanın mərkəzində və qıraqlarında göstərilir. Əjdaha təsviri də eyni şəkildə simvolikləşib. Talisman kimi istifadə edilən əjdaha təsviri XVII əsrdə Azərbaycanın saray manufakturalarında istehsal edilən dəbdəbəli xalçalarda ortaya çıxıb.

 

Rəssamlıq

İkinci mərtəbə mərkəzi zalda divar təsviri (qoşa güldan).jpgPortrait of young man by Irevani.jpg

Soldan sağa: Şəki xan sarayı divar rəsmi və Mirzə Qədim İrəvani Gənc oğlanın portreti (Azərbaycan Milli İncəsənət Muzeyi)

 

XVII əsrdən XIX əsrə qədər Azərbaycan rəssamları yağlı boyadan istifadə edərək yaşayış yerlərinin, sarayların, hamamların bəzədilməsində iştirak edirdi. Ancaq onlar yalnız dekorativ motivlər yox, həmçinin tarixi portretlər, ov və müharibə səhnələri çəkirdilər. XVIII əsrdə feodallara aid evlərdə əsasən nəbati motivlərdən ibarət divar rəsmləri ortaya çıxır. Bu rəsmlərə bəzən quş, heyvan və insan şəkilləri də daxil olur. Bu dövrdən qalma Şəki xan sarayının yuxarı mərtəbəsinin tavanındakı rəsmlər Abbasqulu adlı rəssam tərəfindən çəkilib. Azərbaycan ornamentalist rəssamı Qənbər Qarabaği Şəki xan sarayının interierində, həmçinin Şuşadakı Rüstəmov və Mehmandarovun evlərindəki yumurta temperası ilə (bitki və zoomorfik motivlər) çəkilmiş dekorativ rəsmlərin müəllifidir. Şəki xan sarayının aşağı zalının plafonunun stalaktitlərində Qarabağidən başqa onun qardaşı Səfər və oğlu Şükür (Şuşadan), həmçinin Əliqulu, Qurbanqulu və Cəfər (Şamaxıdan) işləmişdir.

Orta əsrlərdə Azərbaycan ərazisində rəssamlar əsasən kalliqrafiya ilə məşğul olurdu. Bu dövrdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. Bunlardan biri də XVIII əsrdə aid Azərbaycan dilində yazılmış “Kəlilə və Dimnə” əlyazmasındakı sulu boya, lələk və mürəkkəblə çəkilmiş rəsmlərdir. Dövrün məşhur miniatüristləri Əvəzəli Muğani ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılıdır ("Yusif və Züleyxa", 1887).

XIX əsrdə Azərbaycanda dəzgah rəssamlığı ağır-ağır inkişaf edirdi. Azərbaycan dəzgah rəssamlığının banisi Mirzə Qədim İrəvani idi. Bu dövrdə rəssamlar məkan kompozisiyası və həcm yaratma modelləşdirməsi kimi Avropa üslublarını rəsm və dekorativ rənglərlə birləşdirərək portret rəssamlığına keçirdilər. İrəvaninin "Gənc oğlanın portreti" və "Gənc qadının portreti" belə qəbildən olan rəsmlərdir. XIX əsrin 50-ci illərində o, İrəvandakı Sərdar sarayında yerləşən divar rəsmlərini bərpa etmişdi.

Firdovsinin dəfni (Q.Xalıqov).jpgS. Bəhlulzadə-Torpağın arzusu.JPG

Qəzənfər Xalıqov — Firdovsinin dəfni və Səttar Bəhlulzadə — Torpağın arzusu (Azərbaycan Milli İncəsənət Muzeyi)

XIX əsrdə dekorativ üslubda işləyən və heç bir təhsil almamış rəssamlar şöhrət qazanmağa başladı. Bunlardan biri olan Mir Möhsün Nəvvab akvarel rəsmləri, kitab miniatürləri və bina və məscidlər üzərində bəzəklər çəkirdi. Onun yaradıcılığı üçün müstəvi, dekorativ, ornamental divar rəsmləri, gül və quş təsvirli rəsmlər, onun şəxsi əlyazmalarındakı illustrasiyaları xarakterikdir. Bu sahədə həmçinin peyzajlar, çiçəklər və dekorativ tətbiqi incəsənət nümunələri müəllifi Xurşidbanu Natəvan qeyd edilməlidir.

Azərbaycanın realist dəzgah rəssamlığının banislərindən biri olan Bəhruz Kəngərlinin çəkdiyi mənzərə rəsmlərində təbiət gözəllikləri, mədəniyyət abidələri, ilin fəsilləri əks olunmuşdur. O, Əzim Əzimzadəilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. Əzim Əzimzadə Bakıda rəssamlıq məktəbi açan ilk peşəkar rəssamlardan biri idi. Müasir Azərbaycan yağlı boya rəsramlığının banisi isə "Bibi-Heybət məscidi" və "Şeyxülislamın portreti" kimi əsərlərin müəllifi Əli bəy Hüseynzadədir. Təhsil almış ilk Azərbaycan rəssamı isə Qeysər Kaşıyevadır.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra rəssamlığın yeni növü inkişaf etməyə başladı. 1920-ci ildə Bakıda ilk rəssamlıq məktəbi açıldı. 30-ci illərin məşhur rəssamları Qəzənfər Xalıqov, İsmayıl Axundov, Altay Hacıyev, Kazım Kazımzadə idi. 1932-ci ildə Azərbaycan Rəssamlar İttifaqı yaradıldı. 1940-cı ildə Azərbaycan rəssamlarının ilk qurultayı keçirildi. İkinci Dünya müharibəsi illərində isə əsasən siyasi plakatlar və satirik karikaturalar çəkilirdi. XX əsrin ikinci yarısının məşhur rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Sənan Qurbanov və Toğrul Nərimanbəyov idi. Azərbaycanda kitab illustrasiyası iki yolla inkişaf edirdi: əlyazma illustrasiyanın binövrələrini davam etdirənlər və qrafik üslub və ağ-qara rəng istifadə edənlər. 1990-cı illərdən sonra uğur qazanan rəssamlardan Aydan Salahova, Sabina Şıxlinskaya və Faiq Əhmədi qeyd etmək olar.

Heykəltəraşlıq

Azərbaycanlı qəbiristanlığında daş at heykəli

Orta əsrlərdə Azərbaycanın müxtəlif məntəqələrində əcdadların baba adlandırılan daş heykəlləri tikilmişdir. Qəbirdaşları və divarlar çox vaxt relyef naxışları ilə bəzədilirdi. Bu növ heykəltəraşlıq Abşeron yarımadasında pik səviyyəyə çatmışdır. Bakıda Şirvanşahlar sarayı muzeyində saxlanılan XIII əsrə aid Bayıl daşları insan və heyvan fiqurları ilə bəzədilmişdir. Bu antropomorfik yazının bir nümunəsidir.

Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın müxtəlif yerlərində tapılan qoyun və at formasındakı qəbirdaşları Azərbaycan orta əsrlər mədəniyyəti abidələrinin nümunəsi hesab edilir. Müasir Azərbaycan ərazisində IX əsrin II yarısından etibarən ərəblər tərəfindən ərazisi işğal edilmiş xalqların yaradıcılığı şəriət qanunlarına üstün gəlməyə başladı. Bu zaman xalq incəsənətində yenidən canlı varlıqların təsvirləri ortaya çıxmağa başladı. Hesab edilir ki, XV əsrdən başlayaraq qəbirdaşları əsasən qoyun və ya at forması almağa başladı. Bu qəbrdaşları İslam ehkamlarının pozulmasının nümunəsi kimi təhlil edilir. At heykəllər həmişə yəhərlənmiş və tam təchizatlı şəkildə təsvir edilir. Yazılardan başqa belə abidələrdə ölmüş şəxsin silahları — yay, ox, qılınc, qalxan, oxluq və s. təsvir edilir. Daş qoyun heykəllərində, yazılardan başqa, vəhşi keçilərin, maralların təsvirləri, bəzi hallarda bu heyvanların ovlanması səhnələri və bəzən də məişət səhnələri təsvir olunur.

XIX əsrin ikinci yarısında Bakının inkişafı və tarixi üsluba və heykəllərə ehtiyac olduğundan daşla yonulmanın bərpası müşahidə edilir. XX əsrin 20-ci illərində heykəllərdə abidə kompozisiyası ortaya çıxır. İlk azərbaycanlı peşəkar heykəltəraş Zeynal Abdin bəy Əliyevdir. 1920-ci illərdə Bakıda bir çox rus heykəltəraş yaşamışdır. İlk heykəltəraşlıq emalatxanası S. Qorodeçki tərəfindən təşkil edilmişdir. 1923-cü ildə E. Tripolskaya 26 Bakı komissarının heykəlini qayırmışdır. 1920-1930-cu illərdə bir çox şəhər bağçaları tarixi şəxsiyyətlərin heykəlləri ilə bəzədilmişdir.

1940-50-ci illərdə Azərbaycanda heykəllərin rolu daha da artmışdır. Əhəmiyyətli işlər arasında Mirzə Fətəli Axundova (Pinxos Sabsay, 1930), Nizami Gəncəviyə (Fuad Əbdürəhmanov, 1949), Hökumət Evinin qarşısında Leninə (Cəlal Qaryağdı, 1954), Xurşidbanu Natəvana (Ömər Eldarov, 1960), Üzeyir Hacıbəyova (Tokay Məmmədov, 1960), Mikayıl Müşviqə (Münəvvər Rzayeva, 1968), Qara Qarayevə (Fazil Nəcəfov, 1968) qoyulan heykəllər göstərilə bilər.

1970-ci ildən etibarən heykəltəraşlar öz əsərlərini ağac, mərmər və qranitdən hazırlayırdılar. F.E. Salayevin əsərlərində klassik heykəltəraşlığın üsulları öz əksini tapırdı. Zivər Məmmədova ilk azərbaycanlı qadın heykəltəraşdır.

 

Dil və ədəbiyyat

Azərbaycan dili

Ismail's letter in azeri.jpgSaksoniya şahzadəsi və Polşa kralı olan Frixdrix Avqusta yazılmış azərbaycanca məktub2.pngОбязательство, принятое Кубинским ханством перед Россией.jpg

Soldan sağa: Səfəvi hökmdarlarının diplomatik məqsədlə yazdıqları XVI və XVII əsrə aid məktubları və Quba xanlığının XVIII əsrə aid diplomatik sənədi

Azərbaycan dili türk dillərinin oğuz qoluna daxildir, Azərbaycan Respublikasının və Rusiyanın Dağıstan Respublikasının dövlət dilidir, həmçinin Cənubi Azərbaycanda, Gürcüstanda və Türkiyədə geniş yayılmışdır. Azərbaycan leksikasının önəmli bir hissəsini fars və ərəb sözləri təşkil edir. Filologiya elmləri doktoru Məmmədağa Şirəliyevtarixi-coğrafi prinsip əsasında Azərbaycan dilinin dialekt və şivələrini 4 qrupda cəmləşdirir: Şərq (Quba, Bakı, Şamaxı dialektləri, Muğan, Lənkəran şivələri), Qərb (Qazax, Qarabağ, Gəncə dialektləri, Ayrım şivəsi), Şimal (Şəki dialekti, Zaqatala-Qax şivəsi), Cənub (Naxçıvan, Ordubad, Təbriz dialektləri, İrəvan şivəsi). Azərbaycan dilinin dialekt və şivələrinin formalaşması Azərbaycan xanlıqları və sultanlıqlarının yarandığı XVIII əsrə gedib çıxır.

Ədəbi Azərbaycan dili bu dildəki poeziyanın yaranması ilə formalaşmağa və istifadə edilməyə başladı. Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlayıb, XIV-XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxıb. Yazılı, klassik Azərbaycan türk ədəbiyyatının başlanğıcı monqol işğalından sonrakı dövrə təsadüf edir, ancaq XVI əsrdən başlayaraq İranın azərbaycan dilində danışan hökmdarlar və sərkərdələr tərəfindən idarə edilməsi dilin daha çox inkişaf etməsinə səbəb olur. I İsmayılın qurduğu, rəsmi dili farsca olan Səfəvi imperiyasında Azərbaycan dili hakimlərin, sarayın və qızılbaş hərbi təşkilatının dili idi. Qızıbaşlar Səfəvi şahları kimi türk dilinin Azərbaycan növü ilə danışırdılar. Bu dövrdə yalnızca farslar azərbaycanca öyrənmirdi, həmçinin azərbaycan dilində danışanlar ölkənin bürokratik və ədəbi dili olan farscanı öyrənirdilər. Belələrinə qızılbaşların parlaq nümayəndələrindən olan Həsən bəy Rumlunu və İsgəndər bəy Münşini ("Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin müəllifi) misal göstərmək olar. Hərbi və siyasi məmurlardan başqa dini ruhani liderlər də bu dili istifadə edir, ancaq əsərlərini ərəbcə yazırdılar. Şah I Abbas paytaxtı Qəzvindən İsfahana köçürəndən sonra isə əvvəl türk dilini işlədən saray fars dilini istifadə etməyə başlayır. II Abbasdan sonra hakimiyyətə gələn Şah Süleyman Səfəvi saray hərəmində bağlı qaldığı üçün ana dili azərbaycanca idi, onun hansı səviyyədə farsca bilməsi hələ də tarixşünaslığa aydın deyil. Azərbaycan dili Səfəvi sülaləsinin hakimiyyətinin son dövrlərinə qədər sarayın dili olaraq qalmışdı. Əlisöhbət Sumbatzadəyə görə XVIII əsrdə müstəqil Azərbaycan dili ortaya çıxmışdır.

Sayat Novanın azərbaycan dilində şeiri

Əfşarlar dövlətinin qurucusu Nadir şahın doğma dilinin Azərbaycan dili olması elm tərəfindən qəbul edilir. Hətta Nadir şahın dövründə yaşamış erməni katalikosu Abraam Kretaçi "Təhkiyə" adlı əsərinə onun Azərbaycan dilindəki nitqini əlavə etmişdir. Qacarlardövründə Azərbaycan türkcəsi fars dili ilə birlikdə iki sarayda (Təbriz və Tehran) geniş yayılmışdı və atasının hakimiyyəti dövründə varis kimi Təbrizdə uzun müddət qalan Müzəffərəddin şah Qacar fars dilini Azəri türk aksenti ilə danışırdı. Qacarların hakimiyyətinin böyük bir hissəsində Türk dilinin sarayda istifadə edilən əsas dil olmasına baxmayaraq fars dili ədəbi dil kimi üstünlüyünü saxlayırdı. XVIII əsrin ikinci yarısında azərbaycan dili ilk dəfə inzibati müəssisələrdə, xüsusilə Qubalı Fətəli xanın yaratdığı şimal-şərqi birliyindəftərxanalarında dövlət sənədlərinin, rəsmi yazışmaların dili oldu. Azərbaycan dilində yazılmış sənədlərə 1768-ci ildə Qubalı Fətəli xanın köhnə və yeni Şamaxıya hücumunu xəbər verən sənədi və 1776-cı ildə Qubalı Fətəli xanın Cənubi Dağıstan feodalları ilə imzaladığı barış sazişini misal göstərmək olar.

Əsrlər boyunca Azərbaycan dili linqva franka kimi ticarət və etniklər arası qarşılıqlı münasibətdə bütün Persiyada, Qafqazda və cənub-şərqi Dağıstanda istifadə edilirdi. Onun trans-regional təsiri ən azı XVIII əsrə qədər davam edib. S.A. Raevski 1837-ci ildə öz məktubunda yazırdı: “Tatarca öyrənməyə başladım, dil, hansı ki, burada ümumiyyətlə bütün Asiyada, Avropada fransızcanın olduğu qədər lazımdır.” Bundan başqa bəzən qonşu xalqlarda azərbaycan dili doğma dili ünsiyyətdən sıxışdırıb çıxarırdı. Brokhauz və Efronun ensiklopedik lüğətinə görə “sonuncuyla yaxın qonşuluq və daimi münasibətə görə tabasaranlılar onların Azərbaycan dialektini mənimsədilər və tədricən öz doğma dillərini unutdular.” "Böyük Pyotrun erməni xalqı ilə əlaqələri" kitabında erməni sənədlərini şərh edərkən Q.A. Ezov qeyd edir ki, “böyük hissəsi erməni danışıq dilində yazılanlar tatar (azərbaycanlı) sözləri ilə aşıb-daşırdı”. F.T. Markov qeyd edir ki, assuriyalılar öz aralarında aysorsca danışır, “ancaq digər millətlərlə əlaqələrində tatarcanı (azərbaycanca) istifadə edirdilər”, hansı ki İrəvan qəzasında hamı tərəfindən qəbul edilirdi. Azərbaycan dili Qafqazda linqva franka olduğundan və gürcü sarayında yaxşı başa düşüldüyündən erməni aşığı Sayat Novabu dildə mahnılarını cəmiyyətdə, Tiflis və Telavinin içində və çölündə ifa edirdi. Ümumiyyətlə, azərbaycan mənşəli sözlər rus, gürcü, erməni, Nax-Dağıstan (ləzgi, avar, lak və s.) və İran (fars, tat, talış, kürd və s.) dillərində yer alıb.

“Azərbaycan dili” terminini ilk dəfə Sankt-Peterburq Universitetinin Şərq dilləri fakültəsinin birinci dekanı və şərqşünas Mirzə Kazım bəyəsaslandırdı və istifadə etdi. 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti 27 iyunda türk dilini dövlət dili elan etdi. İranda Qacarların Pəhləvilərlə əvəz edilməsilə təhsildə, mediyada və kargüzarlıqda Azərbaycan dilinin istifadə edilməsi qadağan edildi. 1941-ci ildə İranın şimalının SSRİ tərəfindən işğal edilməsindən sonra burada yaranan Azərbaycan Milli Hökuməti Azərbaycan dilini Cənubi Azərbaycanın dövlət dili elan etdi (6 yanvar 1946-cı il). Hökumətin süqutundan sonra azərbaycancanın ictimai istifadəsinə qoyulan qadağa davam etdi. 1979-cu il İran İslam İnqilabından sonra yeni konstitusiyada qeyd edildi ki, “yerli milli dillər fars dili ilə yanaşı mediyada və digər kütləvi informasiya vasitələrində, həmçinin milli ədəbiyyatın tədrisi üçün məktəblərdə azad istifadə edilə bilər.” 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına əlavə edilən maddə ilə Azərbaycan dili Azərbaycan SSR-in dövlət dili olur. 1991-ci ildə yaranan Azərbaycan Respublikası isə Azərbaycan dilini dövlət dili elan edir.

 

Azərbaycan əlifbası

Fərhad Agazadənin latın əlifbası layihəsi (1906).jpgAbdulla Əfəndizadənin layihəsi (1919).jpg

Fərhad Ağazadə (1906) və Abdulla bəy Əfəndizadənin (1919) latın qrafikasına keçidlə bağlı layihələri

1922-ci ilə qədər azərbaycanlılar ərəb qrafikalı Azərbaycan əlifbasından istifadə edirdilər. Bu əlifbaya yalnız türk dili üçün xarakterik olan bəzi hərflər (ڭ‎ گ ۋ ﭺ پ ژ‎) də daxil idi. Azərbaycan mədəniyyətinin müəyyən nümayəndələri tərəfindən ərəb qrafikası çox çətin bir sistem olaraq qeyd edilirdi. Azərbaycan əlifbasının ərəb qrafikasından latın qrafikasına keçməsi haqqında ilk layihələr hələ XIX əsrin ortalarında irəli sürülmüşdür. Bu layihələrdən ilkinin müəllifi Mirzə Fətəli Axundov idi. O, layihəsi İstanbulda qəbul edilmədikdən sonra latın və rus əlifbalarının əsasında 32 samit və 10 saitdən ibarət yeni əlifba yaratdı.

Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və Süleyman Sani Axundovun 1907-ci ildə Bakıda keçirilən İkinci Müəllimlər Qurultayı üçün hazırladığı xüsusi əlifba layihəsi müzakirə edildi. AXC dövründə Xudadad bəy Məlikaslanovla birlikdə əlifba islahatı ilə bağlı xüsusi komissiyanın yaradılması xalq maarifi nazirinə həvalə edilir və bu qərara uyğun olaraq xalq maarifi naziri yanında xüsusi komissiya yaradılır. Ancaq Bakı əməliyyatı əlifba islahatının keçirilməsinə imkan vermir.

SSRİ-də latın qrafikasına keçidin öncüsü Azərbaycan idi. 1925-ci ildə Bakıda Səməd ağa Ağamalıoğlunun sədrliyi ilə Ümumittifaq Yeni Türk Əlifbası Komitəsi yaradıldı. 1929-cu ildə ərəb qrafikası modifikasiya edilmiş latın qrafikası ilə, 1939-cu ildə kiril qrafikası ilə dəyişdirildi. 1958-ci ildə Azərbaycan kiril əlifbası Azərbaycan dilinin foneminə uyğun gəlsin deyə təkmilləşdirildi. Azərbaycan kirilcə əlifbası digər kiril əlifbalarından Ҝ və Ҹ hərfləri ilə fərqlənirdi. 1991-ci ildə Azərbaycan yenidən latın qrafikalı Azərbaycan əlifbasını istifadə etməyə başladı.

Hal-hazırda Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar yazı üçün latın qrafikasını, Dağıstan azərbaycanlıları kiril qrafikasını, İran azərbaycanlıları isə ərəb qrafikasını istifadə edir.

 

Azərbaycan folkloru

Molla Nəsrəddin fiquru.jpgMalikmammad and the Phoenix.jpg

Azərbaycan folkloru qəhrəmanları Molla Nəsrəddinvə Məlikməmməd (Simurq quşu ilə bir yerdə)

Azərbaycan şifahi xalq ədəbiyyatına xalq mahnıları, əfsanələr, sevgi və tarixi-qəhrəmanlıq dastanları, nağıllar, lətifələr, atalar sözləri, holavar, sayaçı sözlər,oxşamalar, ağılar, laylalar, tapmacalar, bayatılar və s. daxildir. Azərbaycan xalq nəğmələrinin əmək ("Zəhmətin işığı", "Biçinçi nəğməsu" və s), tarixi ("Qaçaq Nəbi", "Piyada Koroğlu" və s), lirik ("Bu gələn yara bənzər", "Ay bəri bax", "Qalanın dibində", "Ay, Laçın", "Sarı Gəlin" və s), mərasim, məzhəkəli ("Yeri, yeri" və s) və s. növləri olur.

Azərbaycan nağılları XIX əsrdən toplanmağa başlanmışdır. Yunan alimi Hann alman və yunan nağıllarına görə süjetlərini tərtib etmiş, A.Aarne isə oxşar nağıl süjetlərinin dünya nağılları əsasında kataloqunu yaratmışdır. 2000-ə yaxın süjet toplanmış və 3 qrupa bölünmüşdür: heyvanlardan bəhs edən nağıllar, əsl nağıllar və lətifələr. Əsl nağıllar isə sehirli nağıllar, nağıl-əfsanələr, nağıl-novellalar və cin haqqında nağıllar adlı dörd qrupa bölünmüşdür. Heyvanlar haqqında nağıllara "Çil madyan", "Armudanla tülkü", "Müqəddəs balıq", "Axmaq kişi", sehrli nağıllara "Fatma və öküz", "Fatmanın inəyi", "Göyçək Fatma", "Şahzadə Mütalib", "Şəms və Qəmər", "Qaraqaş", "Sehirli üzük", "Ax-vax", "Ovçu Pirim", məişət nağıllarına "Dərzi şagirdi Əhməd", "Daşdəmirin nağılı", "Nuşapəri xanım", "Yeddi qardaş bir bacı", "Yetim İbrahim və Sövdəgər", "İbrahimin nağılı" nağıllarını misal çəkmək olar.

Mikayıl Abdullayev. Basat və Təpəgöz.jpgKourroglou, Sand illustrée Hetzel vol 5, 1853, p001.pngAsiq qerib ve xidir ilyas.jpg

Soldan sağa: "Kitabi Dədə Qorqud" ("Basatın Təpəgözü öldürdüyü boy"), "Koroğlu" və "Aşıq Qərib" (Xıdır İlyasla bir yerdə) dastanlarına həsr edilmiş rəsm əsərləri

Azərbaycan şifahi xalq ədəbiyyatına həmçinin atalar sözləri və məsəllər daxildir. Azərbaycanda atalar sözündən misal çəkmək spikerin fikrini möhkəmləndirir, bədii ifadəliliyi və qulaq asanlar üzərində nitqin emosional təsirini artırır. Sovet türkoloqu və filoloqu Əfrasiyab Vəkilov qeyd edir ki, Azərbaycan atalar sözləri və məsəllərin çoxu orta əsrlərdə feodalizm dövründə yaranıb. Ona görə də onların çoxu kəndlilərin icbari iş və hüquqsuzluğu və onların bu qəddarlığa qarşı etirazı ilə bağlıdır. Azərbaycan atalar sözləri və məsəllərini ilk dəfə İrəvan müsəlman məktəbinin türk dili müəllimi Mirzə Məmmədvəli Qəmərlinski çap etdirmişdir.

"Kitabi Dədə Qorqud" dastanının mənşəyi Mərkəzi Asiya olsa da, oğuzların sıx məskunlaşdığı Azərbaycan ərazisində formalaşıb. Buradakı hekayə və mahnılar XIII əsrin başlanğıcından gec olmamaqla formalaşmış, XV əsrdən gec olmamaqla yazıya alınmış olmalı idi. Dastanın günümüzə azərbaycan dilindəki Drezden və XVI əsr türkcəsinə yaxın Vatikan əlyazmaları gəlib çatıb. Dastan oğuzların işğal edilmiş Qafqaz torpaqlarında “kafirlərlə” mübarizəsində bəhs edir. Oğuz xanla bağlı "Tarix-i Oğuz" dastanının Nizami Gəncəvinin "İsgəndərnamə"si ilə bənzər süjet xətlərinə malik olması bu dastanın da Azərbaycanda yaradılmasını sübut edir.

Həmçinin Səfəvi dövründə Azərbaycan xalq dastanları — "Şah İsmayıl", "Əsli və Kərəm", "Aşıq Qərib", "Koroğlu" dastanları yarandı. Yerli dialektlər və klassik dil arasında körpü rolunu oynayan bu dastanlar zamanla Osmanlı, özbək və fars ədəbiyyatlarına nüfuz edir, hətta azərbaycan xalqı ilə əlaqələr nəticəsində "Aşıq Qərib" dastanı erməni və gürcülərə keçir. Bu lirik və epik romansların türk ədəbiyyatının Osmanlı və Çağatay qolları ilə müqayisədə Azərbaycan ədəbiyyatının xarakterik bir xüsusiyyəti hesab edilə bilər.

 

Azərbaycan ədəbiyyatı

Türkoloq və etnoqraf N.A. Baskakov Azərbaycan ədəbi dilinin inkişaf tarixini üç mərhələyə bölür:

  • XIV-XVI əsrlər — ədəbiyyatda fars dilinin istifadə edildiyi və ərəb və fars sözləri ilə zəngin olan qədim Azərbaycan dilinin inkişaf etdiyi dövr.
  • XIX əsrin ikinci yarısı—XX əsrin əvvəlləri — ədəbi Azərbaycan dilinin canlı danışıq dilinə çevrildiyi və milli ədəbi dil normalarını əldə etdiyi dövr.
  • Oktyabr inqilabındansonra — Azərbaycan dilinin "Azərbaycan sosialist milləti"nin dilinə çevrildiyi dövr.[236]

İranikaya görə Azərbaycan türkçəsi ədəbiyyatının tarixi dörd mərhələdən ibarətdir:

  • XIII əsrdən 1828-ci ildə Şimali Azərbaycan xanlıqlarının İranın Rusiya tərəfindən məğlub edilməsinəticəsində Rusiyanın tərkibinə qatılmasına qədərki dövr.
  • 1828-ci ildən 1920-ci illərdə Sovet və Pəhləvilərin Rusiya və İranda hakimiyyətə gəlməsinə qədərki dövr (Məşrutə dövrü (1905–1911)də buna daxildir).
  • Pəhləvi dövrü (1925–1979). SSRİ və Böyük Britaniya qoşunlarının Cənubi Azərbaycanda qaldığı 1941-1946-cı illər istisna olmaqla bu dövr Azərbaycan dilində nəşrlər qadağan edildi, bu dilin İranda rəsmi dil kimi istifadə edilməsi çətinləşdirildi.
  • İran İslam İnqilabındanindiyə qədərki dövr. Bu dövrdə Azərbaycan dilində nəşriyyat qadağan edilməsə də, İran azərbaycanlılarının öz dillərində təhsil alma istəkləri qarşılanmadı.

Orta əsrlər ədəbiyyatı

 XV century Azeri translation of great Persian work Gulshan-i Raz. second page.pngPage from Nasimi's turkish divan.pngDiwan of Gazi Burhaneddin2.png

Soldan sağa: Əlvan Şirazinin "Gülşəni-raz"ı, İmadəddin Nəsiminin və Qazi Bürhanəddinin divanları

XIII-XIV əsrlərdə Xorasanda yaşamış İzzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatının banisi hesab edilir. Azərbaycan ədəbiyyatının inkişafında mühüm rolu XIV-XV əsrlərdə yaşamış hürufizm tərəfdarı İmadəddin Nəsimioynayıb. Nəsiminin müasirləri — Mustafa Zərir, Qazi Bürhanəddin və Şah Qasım Ənvar da azərbaycan dilində şeirlər yazırdılar. Qazı Bürhanəddinin divanının leksikası müasir Azərbaycan dili leksikasından fərqlənməsə də, o, digər türkdilli şairlərin divanlarının leksik quruluşundan fərqlənirdi. "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dilində şeirlər yazan Qaraqoyunlu hökmdarı Cahanşahın dövründə Azərbaycan ədəbi dili möhkəmlənmişdir. Digər bir XV əsr şairi Xətai Təbrizinin özü də azərbaycan dilində şeirlər yazan Ağqoyunlu hökmdarı Sultan Yaquba həsr etdiyi "Yusif və Züleyxa" poeması azərbaycan dilində yazılmış ilk poemalardan biri hesab edilir. Sultan Yaqubun sarayında həmçinin Əlişir Nəvai üslubu ilə azərbaycan dilində yazmış Kişvəri və Həbibi yaşamışdır. Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti də inkişaf etmişdir. Bunun ilkin nümunələri Mustafa Zəririn "Sirətün-Nəbi"si və "Fütuhüş-Şam"ı, Şirazinin "Gülşəni-raz"ı, Təbrizinin "Əsrarnamə"sidir. XVI əsrə aid nümunələr Məqsudinin "Möcüznamə"si, Həzininin "Hədisi-ərbəin"i, naməlum müəllifə aid "Mənaqibi-Şeyx Səfi"dir.

Azərbaycan mədəniyyətində aşıq ənənəsi Aşıq Qurbaninin dövründə, XV-XVI əsrlərdə inkişaf etməyə başladı. Bu sənətin tarixi ümumilikdə daha qədim olsa da, Qurbaninin dövründə qopuz çalan ozanlar saz çalan aşıqlarla əvəz edildi. Aşıq incəsənətinin inkişaf etməsində Şah İsmayıl Xətainin də böyük təsiri var idi. Qızılbaşların dövründə aşıqlar öz mahnılarını azərbaycanca yazırdılar. Orta əsrlərdə bu sənətin mahir icraçılarına Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Aşıq Abdulla, Aşıq Lələ, Miskin Məhəmməd, Xəstə Qasım, Şikəstə Şirin kimilərini misal çəkmək olar.

Əhmədi Təbrizini Yusif və Züleyxa əsəri.pngMejnun in the desert.pngQovsi Tabrizi's poem.JPG

Soldan sağa: Əhmədi Təbrizinin "Yusif və Züleyxa" əsəri, Məhəmməd Füzulinin "Leyli və Məcnun" əsəri, Qövsi Təbrizinin azərbaycan dilində divanı

XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl "Xətai" ləqəbilə əsasən doğma azərbaycan dilində, qismən fars dilində yazmışdır. Onun oğlu Sam mirzə Səfəvi, həmçinin bəzi sonrakı müəlliflər iddia edir ki, o, azərbaycan dilindəyazdığı qədər farsca da yazıb, ancaq dövrümüzə onun farsca şeirlərinin az bir hissəsi gəlib çatıb. Şah İsmayıldan başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Bu dövrdə İraqda yaşamış azərbaycanca, farsca, ərəbcə yazan Məhəmməd Füzuli Azərbaycan poeziyasının klassiki hesab edilir. Onun Azərbaycan dilində yazdığı əsərlərinə "Leyli və Məcnun", "Bəngü Badə", "Söhbətül Əsmar", "Şah və dilənçi", "Hədisi-ərbəin", "Hədiqətüs-süəda" və "Şikayətnamə" kimi əsərləri misal çəkmək olar. O, Azərbaycan poeziyasının inkişafında böyük rol oynayıb.

XVII-XVIII əsrlərin məşhur şairlərinə Saib Təbrizi, Qövsi Təbrizi, Məhəmməd Əmani, Məlik bəy Avcı, Mirzə Saleh Təbrizi, Kəlbəli xan Müsahib-Gəncəvi, Mürtəzaqulu xan Şamlı və Təsir Təbrizi daxildir. Rüknəddin Məsud Məsihinin yazdığı “Vərqa və Gülşa” poeması orta əsrlər Azərbaycan poeziyasının ən gözəl romantik poemalarından biridir. XVII əsrdə yaşamış II Abbas (Sani ləqəbi ilə) və onun tarixçisi və Şah Süleyman Səfəvinin vəziri Məhəmməd Tahir Vəhid Qəzvini azərbaycanca şeirlər yazırdı. Rey şəhərindən olan Tərzi Əfşar farsca və Azərbaycan türkcəsindəki yumoristik şeirlərdən ibarət kiçik divan müəlifi idi. Tərziçilik adlanan bu növ poeziya İsfahan sarayında məşhur idi.

Siyasi hadisələrə görə XVIII əsrdə İranın Azərbaycan vilayətində türk ədəbiyyatı geriləsə də, şimalda müasir Azərbaycan türk ədəbiyyatı inkişaf etmişdir. Cənubda ədəbiyyat həm Azərbaycan, həm də fars dilində olmağa davam edir, şimaldakı şəhər mərkəzlərində isə ədəbiyyat yalnızca Azərbaycan dilində idi. XVIII əsrdə Şirvan məktəbindən çıxmış Azərbaycan şairlərimə Şakir Şirvani, Nişat Şirvani, Məhcur Şirvani və Ağa Məsih Şirvani daxildir. Bu dövrdə ədəbiyyatda şifahi xalq ədəbiyyatının aşıq poeziyasının təsiri artır. Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyur. Onun əsərlərinin əsas mövzusu sevi və insanın ruhi gözəlliyi idi. Vaqifin dostu, Azərbaycan şairi Molla Vəli Vidadi isə onun əksinə olaraq düzlüyü, cəsarəti, ağıl və dərrakənin gücünü tərifləyir. daxili müharibələri və feodal qəddarlığını tənqid edirdi. Vaqif və Vidadinin yaradıcılığı XVIII Azərbaycan ədəbiyyatının zirvəsidir. XVIII əsr ədəbiyyatının ən önəmli ədəbi abidəsi anonim müəllifin "Şəhriyar və Sənubər" xalq dastanı əsasında yazdığı "Şəhriyar" dastanıdır. Ədəbiyyatın zəif dövrü olmasına baxmayaraq şiə ədəbiyyatı elegiyyə və təziələr şəklində geniş yayılmışdı. Belə dəfn nəğmələrinin məşhur müəllifləri Nizəməldin Məhəmməd Dehqaraqani, Seyid Fəttah İsraq Maraği, Hacı Xudaverdi Taib Xoy idi.

Dağıstan azərbaycanlılarından olan Azərbaycan ədəbiyyatının nümayəndələrinə XVI şairi Bayat Abbas, XVII əsr Dərbənd aşıqları Məhsumə Dərbəndi və Diləfruz Pəri, XVIII əsr şairləri Fətəli və Zərnigar Dərbəndli misal göstərilə bilər. Ümumiyyətlə, Dağıstan ədəbiyyatında türk dilinin vəziyyəti yerli dillərdən üstün idi. Şirvanda məşhur Azərbaycan aşıqları ilə görüşən ləzgi aşığı Küçxür Səid qoşma şəklində mahnılar yaza və ana dili ilə birlikdə azərbaycanca da şeirlər yaza bilirdi.

 

Müasir dövr ədəbiyyatı

Reside bey ve sadet xanim.pngAldanmis kevakib2 retouch.jpgHophopname.png

Soldan sağa: "Rəşid bəy və Səadət xanım" (İsmayıl bəy Qutqaşınlı), "Aldanmış kəvakib" (Mirzə Fətəli Axundzadə) və "Hophopnamə" (Mirzə Ələkbər Sabir)

Şimali Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra Azərbaycanın yerli əhalisi fars ənənəsindən rus-Avropa ənənəsinə doğru irəlilədi. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsr İran Azərbaycanı ədəbiyyatının görkəmli nümayəndələrinə isə Əbülqasım Nəbati və Heyran xanımı misal çəkmək olar. XIX əsrdə türk dili Qacarların sarayında geniş istifadə edilirdi. Bu dövrün elegiya (mərsiyə) ədəbiyyatının ən vacib nümayəndələri Axund Molla Həsən Dəkil Marağayi, Mirzə Əbülhəsən Raci Təbrizi və Məhəmməd Əmin Dəlsuz Təbrizidir.

Şimali Azərbaycan və Cənubi Dağıstan arasındakı tarixi-mədəni əlaqələrin artması XIX əsrdə Dağıstan müəlliflərinin Azərbaycan dilində yazılmış əsərlərinin artmasına səbəb oldu. Ləzgi yazılı ədəbiyyatının banisi Yetim Emin doğma ləzgi və ərəb dili ilə birlikdə azərbaycanca da yazırdı. Azərbaycan və ləzgi dillərində yazan Həsən Əlkədərinin 1892-ci ildə azərbaycanca yazdığı “Əsəri-Dağıstan” kitabı onun öz şərhləri, müşahidələri və şeir əlavələri ilə Dağıstan tarixi ilə bağlı Şərq yazılı məlumatlarını ehtiva edirdi. Azərbaycan dilinə üstünlük verən digər dağıstanlı müəlliflər isə Dağıstanın xalq şairi Süleyman Stalski və Dərbənd aşığı Şaul Simendu idi.

XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya ("Hekayəti Molla İbrahim-Xəlil Kimyagər", "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat", "Dərviş Məstəli Şah Cadükuni Məşhur", "Sərgüzəşti-vəziri-xani-Lənkəran", "Hekayəti Xırsi-Quldurbasan", "Sərgüzəşti Mərdi-Xəsis" və "Mürafiə vəkillərinin hekayəti") ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, "müsəlman dünyasının Molyeri" adlandırılmışdır. 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan "Müsibəti-Fəxrəddin"i yazmışdır. Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan "Nadir şah"ın müəllifidir. Səkinə AxundzadəAzərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.

XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur. Bu məktəbin nümayəndələri Mirzə Əli Möcüz, Əli Nəzmi, Əliqulu Qəmküsar, Bayraməli Abbaszadə idi. İranda Qacarların Pəhləvilərlər əvəz edilməsi ilə Azərbaycan dilinin istifadəsi məhdudiyyətlərlə üzləşdi. Ancaq buna baxmayaraq Məhəmməd Hüseyn Şəhriyar, Səməd Behrəngi, Behzad Behzadi kimi İran azərbaycanlıları doğma dillərində yazmağa davam etdilər. Azərbaycanca yazdığı “Heydərbabaya salam” poeması ilə şöhrətlənən Şəhriyarın yaradıcılığı hər iki ölkədə yüksək qiymətləndirildi. Onun yaradıcılığınını mövzularına Azərbaycan dilinin və onun məktəbdə öyrədilməsilə bağlı problemlər, Azərbaycan xalqının iki ölkə arasında parçalanması, 1945-47-ci illərdəki Cənubi Azərbaycan azadlıq hərəkatı daxil idi. Uşaq ədəbiyyatı yazarı Səməd Behrəngi isə fars şairlərinin əsərlərini tərcümə edərək Azərbaycan ədəbiyyatını zənginləşdirdi.

Sovet dövründə Azərbaycan ədəbiyyatı yaradıcılıq azadlığını təhlükə hesab edən bir sistemlə idarə edilirdi. Azərbaycan yazıçıları və intellektuallarının fəaliyyətinə nəzarət edilir və onlar təqibə məruz qalırdı. Bu dövrdə bir çox Azərbaycan yazıçısı Stalin repressiyasına məruz qaldı. 1927-ci ildə Azərbaycan Proletar Yazıçıları Assosiasiyası yaradıldı, 1932-ci ildə isə ləğv edildi. Həmin il Azərbaycan Yazıçılar Birliyi yaradıldı. Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı daxildir. Bu dövrdə Səməd Vurğunun yığcam və diskrit üslubu Azərbaycan ədəbiyyatının müasir formasının formalaşmasına səbəb oldu, onu arxaizmlərdən təmizlədi. XX əsrin sonlarına yaxın Bəxtiyar Vahabzadə 70 şeir məcmuəsi və 20 poeması ilə şöhrət qazandı. Onun "Gülüstan" poeması Rusiya və İran arasında bölünən Azərbaycan xalqı və onun birləşmək arzusuna həsr edilib.

Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər. Əkrəm Əylisli Azərbaycan-Ermənistan münaqişəsinə həsr edilmiş "Daş yuxular" əsərinə görə tənqidlərə məruz qalsa da, müxtəlif ölkələrin ictimai şəxsləri tərəfindən onun Nobel sülh mükafatına namizəd göstərilməsi üçün rəsmi tələb irəli sürüldü.

 

Musiqi

Xalq musiqisi

      Şuşa xanəndələri

    Təbriz aşıqları

Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu daxildir. Azərbaycan mədəni kimliyinin formalaşmasında önəmli rol oynayan və Azərbaycan musiqisinin simvolu olan tar Azərbaycan muğamının ifasında istifadə edilir. Azərbaycanda tar XVIII əsrdən məşhur olub. İranika ensiklopediyasına görə Azərbaycan musiqi sənəti Qafqazın digər regionlarında, xüsusilə muğam sistemini və tar və kamança kimi musiqi alətlərini mənimsəyən ermənilər arasında ifa edilirdi. XIX əsrdə Mirzə Sadıq tərəfindən təkmilləşdirilən Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur. Azərbaycanın zərb musiqi alətlərinə nağara, qaval, dəf, dümbək, laqqutu daxildir. Nağaranın ölçülərinə görə fərqləndirilən növləri mövcuddur: qoşanağara, böyük nağara, qoltuq nağara, cürə nağara. Qaval isə tar və kamança ilə birlikdə muğam üçlüyündə istifadə edilən alətlərdən biridir. Laqqutu Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilən, iki dördbucaq ağac qutudan ibarət zərb alətidir. Azərbaycanın nəfəsli musiqi alətlərinə tulum, ney, zurna, balaban, tütək daxildir. Azərbaycan xalqının milli musiqi aləti olan balaban həm İranın Şərqi Azərbaycan ostanında, həm də Azərbaycan Respublikasında düdük adlanır. Azərbaycan aşıqlarının öz ifalarında istifadə etdiyi saz qopuzun yerinə istifadə edilməyə başlayıb və Azərbaycan sazı son formasını Şah İsmayıl Xətainin dövründə (XVI əsr) alıb.

Muğam Azərbaycan musiqi sənətinin əsas janrlarından biridir. Erkən dövrlərdə muğam ərəb maqamı, türk makamı və fars dəsgahının daxil olduğu geniş Orta Şərq ənənəsinin bir hissəsi kimi tədqiq edilirdi. Ancaq indi isə dinləyicilərin muğamla müasir azərbaycanlıların həyatının daxili bir hissəsi kimi tanış olmaq şansı var. Azərbaycanda muğam əsasən tar, kamança və qaval ifaçılarından ibarət muğam üçlüyü müşayiətində ifa edilir. Çox vaxt qaval çalan həm də xanəndəlik edir. Hazırda Azərbaycan muğamına 7 əsas muğam (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Hümayun, Kürd-Ovşarı), zərbi muğamlar (Heyratı, Arazbarı, Səmayi–Şəms, Mənsuriyyə, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə) və rast muğamları (Mahur–Hindi, Orta Mahur, Bayatı-Qacar, Dügah) daxildir. Məşhur muğam ifaçılarına Səttar, Cabbar Qaryağdıoğlu, Məcid Behbudov, Xan Şuşinski, Bülbülcan, Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Alim Qasımov, Sadıqcan, Qurban Primov və başqaları daxildir. Muğam oxuyanların çoxu Qarabağdandır.

Aşıq sənəti Azərbaycan musiqi mədəniyyətinin vacib tərkib hissəsidir. Aşıqların repertuarı dastanlarla məhdudlaşmır. Janrlar fərqli olsa da, mövsu baxımından konkretdir, sosial mövzularda yazılır. Aşıqlar nağıl, sevgi mövzusunda lirik mahnılar, gözəlləmələr, ustadnamələr, satirik mahnılar bilirlər. Aşıqlar müxəmməs və dübeyt kimi poetik formalarda, həmçinin geniş surətdə dodaqdəyməz kimi şeir formalarında əsərlərini yaradırdılar. Göyçəli Aşıq Ələsgər kimi bir çox aşıqlar 50-60 dastanı, onlarca hekayə və nağılı yadda saxlaya bilirdilər. Müasir Azərbaycanda peşəkar aşıqlar iki kateqoriyaya bölünür: ifaçı olan aşıqlar və şair-aşıqlar. İfaçı aşıqlar peşəkar nağıl danışanlar kimi bədii yaradıcılıqla məşhur olmurlar. Bacarıqlarına və doğma folkloru başa düşmə qabiliyyətlərinə görə onlar dastan və hekayətlərdə, xüsusilə onların nəsr hissələrində dəyişikliklər edirlər. Bədii yaradıcılıqla məşğul olan şair-aşıqlar isə Azərbaycanda ustad adlandırılır və şagirdlərinə aşıq olmağın əsaslarını öyrədirlər. Ustad aşıqlara Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Valeh, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı və başqaları daxildir. Onlar yalnız Azərbaycan aşıq sənətinə deyil, həmçinin Azərbaycan yazılı ədəbiyyatına böyük təsir ediblər. Aşıq musiqisi Azərbaycan Respublikasının Gəncə, Qarabağ və Naxçıvan, həmçinin Salyan ərazilərində, Cənubi Azərbaycanın Təbriz, Qaradağ, Marağa, Xoy və Urmiya ərazilərində yayılıb. Tariyel Məmmədov isə 11 aşıq məktəbinin adını çəkirː Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd.

Meyxana Azərbaycan xalq musiqili-poetik yaradıcılıq nümunəsidir, xüsusi reçitativ (vokal musiqi əsərinin tərkibinə daxil olan danışıq; mahnı arasındakı danışıq) improvizasiya və ritmik poeziyadır. Meyxanada iki və daha artıq meyxanaçı müşayiət şəklində bədahətən söyləyir. Meyxananın tarixi orta əsrlərə şairlər, musiqiçilər və dərvişlərin öz əsərlərini ritm tutaraq musiqi ilə oxuduqları dövrlərə gedib çıxır.[295] SSRİ dövründə Əliağa Vahid meyxananı yazılı ədəbiyyata gətirir.

Müasir musiqi

Inside maestro niyazi.jpgQaya qrupu.jpgMüslüm Maqomayev.jpg

Soldan sağa: Niyazi, "Qaya" Vokal Kvarteti və Müslüm Maqomayev

1907-ci ildə "Leyli və Məcnun"u bəstələyən Üzeyir HacıbəyovAzərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[109][297]Onun ən məşhur operettası 1913-cü ildə yazdığı "Arşın mal alan"musiqili komediyasıdır. 40-cı illərdə "Xosrov və Şirin" (Niyazi), "Vətən"(Cövdət Hacıyev) və Qara Qarayev), "Nizami" (Əfrasiyab Bədəlbəyli) və s. operalar yazıldı. 1972-ci ildə Şəfiqə Axundova "Gəlin qayası" operasını yazaraq Azərbaycanda ilk opera yazan qadın bəstəkar oldu. Azərbaycan operasının müasir dövründə isə Süleyman Ələsgərov ("Bahadır və Sona", "Solğun çiçəklər"), Cahangir Cahangirov ("Xanəndənin taleyi", "Azad"), Vasif Adıgözəlov ("Ölülər", "Natəvan"), Ramiz Mustafayev ("Vaqif"), Zakir Bağırov ("Aygün"), Nazim Əliverdibəyov ("Cırtdan"), Məmməd Quliyev ("Aldanmış ulduzlar)" və başqalarının yazdığı operalar səhnələndi.

1930-cu illərdə, bəstəkar Tofiq Quliyevlə drijor Niyazi Bakıda ilk caz orkestrını qurduğu dövrdə Azərbaycan cazı ortaya çıxdı. Buna baxmayaraq, Azərbaycan cazının banisi Vaqif Mustafazadədir. O, Azərbaycan milli musiqisi ilə caz elementlərini sintez edərək yeni musiqi janrı — caz-muğamı yaratmışdır. Bu stilin məşhurlaşmasında Rafiq Babayev və onun "Qaya" Vokal Kvarteti də böyük rol oynamışdır. Müasir dövrün məşhur caz ifaçılarına Əzizə Mustafazadə, Əminə Fiqarova, İsfar Sarabski, Şahin Növrəslimisal göstərilə bilər.

Asəf Zeynallının 1931-ci ilə aid “Fraqmentlər” süitası Azərbaycan simfonik musiqisinin ilk nümunəsi hesab edilir. Qara Qarayev1943-cü ildə dramatik və lirik təsvirlərin iti təzadlarıyla xarakterizə edilən “1-ci simfoniya”sını yazdı. Onun 1946-cı ilə aid, faşizm üzərində qələbə münasibətilə yazılmış “2-ci simfoniyası”nda isə Azərbaycan musiqi ənənələri klassik üslubla birləşmişdir. 1948-ci ildə Fikrət Əmirov simfonik muğam janrını yaratdı. O, 3 simfonik muğamın: "Şur", "Kürd-ovşarı" və "Gülüstani Bayatı-Şiraz"ın müəllifidir. Bu janrda muğam dəstgaha xas olan bir çox xüsüsusiyyətlər istifadə olunur. Fikrət Əmirovdan başqa simfonik muğam janrına Niyazi, Süleyman Ələsgərov, Asəf Zeynallı, Eldar Mansurov, Arif Məlikov, Aqşin Əlizadə, Fərəc Qarayev, Vasif Adıgözəlov, Məmməd Quliyev, Tofiq Bakıxanov müraciət etmişdir. Qara Qarayevin “Leyli ilə Məcnun” simfonik poeması isə Azərbaycanda lirik-dramatik simfoniyanın başlanğıcı olmuşdur.

2011 Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Eldar & Nigar cütlüyü

Azərbaycan pop musiqisininyaranması XX əsrinortalarına təsadüf edir. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri, 1957-ci ildə Tofiq Əhmədovun rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada ansamblı Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Sonralar Natəvan Şeyxova, İlhamə Quliyeva, Rauf Adıgözəlov, Mobil Əhmədov, Yalçın Rzazadə, Mübariz Tağıyev, Akif İslamzadə, Flora Kərimova, Elmira Rəhimova Tofiq Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinə qədəm qoydular. 1961-ci ildə "Qaya" kvarteti Azərbaycanda və SSRİ-də böyük uğurlara imza atmışdır. Bu dövrdə klassik pop-xalq musiqisi, o cümlədən Rəşid Behbudov, Müslüm Maqomayev, Polad Bülbüloğlu, Anatollu Qəniyev və Şahlar Quliyevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir. 1970-ci illərdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi. Tofiq Quliyev tərəfindən yaradılan və 1980-cı illərdə "Bakı Payızı” Beynəlxalq festivalı Azərbaycan pop musiqisində yeni musiqi "dalğasının" yaranmasında böyük rol oynamışdır. Festival Almaz Ələsgərova, Faiq Ağayev, Aygün Kazımova, Sərxan Sərxan, Samir Bağırov, Zülfiyyə Xanbabayeva, İlqar Xəyal kimi sənətçilərin erkən inkişafında mühüm rol oynamışdır.[318][319] 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın Avroviziyada ilk qalibiyyəti olaraq yarışmanın tarixinə düşmüşdür.[320]

Azərbaycanda rok 1960-cı illərdən yaranmağa başlamışdır. Azərbaycanın məşhur rok qruplarına "Eskulap", "Xürrəmilər", "Üç alov", "Eksperiment OK", "Aşıqlar", "Coldünya", "Unformal" misal göstərilə bilər. 1980-ci illərdə isə Azərbaycanda rep inkişaf etməyə başlamışdır. 1983-cü ildə ildə Çingiz Mustafayev Azərbaycan dilində yazılmış ilk rep janrlı mahnını — "Dünənki keçdi"i səsləndirmişdir. 2000-ci illərdə "Mən də varam" kimi televiziya verilişləri və kütləvi repçilərin ortaya çıxmasına baxmayaraq, yalnız Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdir.

 1983-cü ildə ildə Çingiz Mustafayev Azərbaycan dilində ilk rep janrlı mahnı olan "Dünənki keçdi"i səsləndirib. 1993-cü ildə Anar Nağılbazın “Kasıbların mahnısı” adlı mahnısı və kütləyə təqdim olunan albomu Azərbaycanda repə marağı artırmışdır. 2000-ci illərdə Elşad Xose, Uran və Hüseyn Dərya kimi repçilər böyük uğur əldə etmişdir.

Rəqs

Xançobanı

Azərbaycan ərazisində milli rəqs incəsənətinin ortaya çıxması və formalaşması uzun əsrlər boyu davam edib. "Qodu-qodu", "kosa-kosa" və "Xıdır İlyas" kimi kütləvi icra edilən mərasim rəqslərinin tarixi qədim dövrlərə gedib çıxır. Orta əsrlər dövründə bu mərasim rəqslərindən milli rəqslərin müxtəlif şəkilləri formalaşıb. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin saraylarında bacarıqlı rəqs ansamblları var idi. "Turacı" rəqsiylə bağlı əfsanəyə görə Qarabağ xanı Nəcəfqulunun rəqqası xanın oğlunun toyunda rəqs sənətinin çox incə, çox gözəl möcüzələrini nümayiş etdirərkən bu mənzərəyə heyran qalmış xan ucadan demişdir:"Sən lap turac kimi oynayırsan." O vaxtdan bəri həmin rəqqasın oynadığı rəqs "Turacı" adlandırılmışdır. XIX əsr rus etnoqrafı İvan Şopen öz əsərində "mirzəyi" və güvəng kimi qadın rəqslərini təsvir edirdi. XIX əsrin sonlarına qədər Şamaxıda əyləncə qruplarında işləyən rəqqasələr — Şamaxı rəqqasələriolmuşdur. Bu qruplar Hindistanda, xüsusilə Böyük Moğol İmperiyasıdövründə Hindistan zadəganlarına xidmət etmiş təvaiflərə bənzər şəkildə işləyirdilər.

1920-ci ildə respublikada Sovet hakimiyyətinin qurulmasından sonra milli rəqslər yeni insanın mənəvi dünyası, ideologiyası və əmək fəaliyyətini əks etdirən yeni mövzular əldə etdi. “Pambıqçıların rəqsi”, “məhsul rəqsi”, “balıqçıların rəqsi”, “kosmik rəqs” kimi yeni rəqslər ortaya çıxdı. "Mirzəyi", "Uzundərə" kimi qədim qadın rəqslərini qorumaq istəyiylə yanaşı həmçinin yeni rəqslər ortaya çıxdı. "Azərbaycan milli rəqsləri" məcmuəsinə görə Dağlıq Qarabağ ərazisindəki Uzundərə adlı ərazi ilə bağlı "Uzundərə" rəqsi azərbaycanlılarla sıx qonşuluqda yaşamağın nəticəsi olaraq Qarabağ erməniləri arasında da yayıldı. Bəzi Azərbaycan rəqslərinin adı Azərbaycanda mövcud olmuş tayfalar və ellərlər bağlıdır. Məsələn, "tərəkəmə" rəqsi azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələrlə, "Xançobanı" rəqsi isə Şamaxı xanlığını idarə etmiş Xançobanlı eli ilə bağlıdır.

Mövzu baxımından Azərbaycan rəqsləri müxtəlifdir, əmək (“çobanı”), mərasim (dini mərasimlə bağlı, təqvimlə bağlı, toyla bağlı), məişət (“mirzəyi”, “turacı”), qəhrəmanlıqla bağlı — hərbi (“cəngi”), xorovod-oyun (“yallı”, “halay”) və s. növləri var. Ən məşhur rəqslər “tərəkəmə” (köçərilərin rəqsi), “qıtqılıda”, toylarda və yalnız qadınların iştirak etdiyi məclislərdə icra edilən “innabı”, “ceyran balası”, “yallı”dır. Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarət olur. Birinci hissə sürətli, dairə üzrə olur. İkinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), korpus qəti və vüqarlı tərzdə dik tutulur. Üçüncü hissədə yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Rəqslər Azərbaycan milli musiqi alətlərinin müşayiətilə icra edilir: zurnaçılar triosu (iki zurna və bir nağara), sazandarlar triosu (tar, kamança, dəf) və s. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir.

Qadınlar tərəfindən təqdim edilən rəqslər yavaş, lirik ("turacı", "uzundərə" və s.) və ya sevincli-qızğın ("tərəkəmə" və s.), kişilər tərəfindən təqdim edilən rəqslər isə təntənəli-əzəmətli ("mirzəyi" — müdriklik rəqsi, yaşlılar tərəfindən icra edilir, və s.), hərarətli-sürətli ("qaytağı", "əsgərani" və s.) olur. Rəqs melodiyasının xarakterik musiqi həcmi (6/8) həm müxtəlifliyi, həm də ritmik fiqurların kəskinliyi ilə xarakterizə olunur (punktir ritmlər, sinkopalar). Qadınların ifa etdiyi rəqsin inkişafı geyimdən çox asılıdır. Rəqqasənin yubkasının uzunluğu ayaz hərəkətlərinin rəvanlığını təyin edir, onun bütün diqqəti isə qolun və bədənin yuxarı hissəsinin (çiyinlər, baş, üz mimikası və s.) texnikasındadır. Kişilərin rəqsində isə ayaq texnikası önəmli rol oynayır. Çəkisi az olan rəqqas barmaqlarının üzərində dayana bilir (“qazağı” rəqsində olduğu kimi).

Balet

"Leyli və Məcnun" baleti. Məcnun rolunda Gülağası Mirzəyev

Azərbaycanda müasir peşəkar balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. XX əsrin əvvəllərində Bakı teatrlarında səhnəyə qoyulan milli operalarda və musiqili komediyalarda xoreoqrafik nömrələr icra edilirdi. Bu dövrdə həmçinin Qu gölü və Jizel kimi klassik baletlərdən səhnələr ifa edilirdi.

İlk Azərbaycan baleti 1940-cı ildə səhnələşdirilən Əfrasiyab Bədəlbəylinin "Qız qalası"dır. Süjet xətti məşhur "Qız qalası" əfsanəsinə əsaslanan balet üçün "Heyratı" və "Mənsuriyyə" muğamlarından istifadə edilmişdir.

1952-ci ildə isə Qara Qarayevin "Yeddi gözəl" baletinin səhnəyə qoyulması Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuşdur. Bu əsərlə birlikdə Qara Qarayevin "İldırımlı yollarla" baleti Azərbaycanın teatr sənətinin dünyada şöhrət tapması işinə xidmət etmişdir. Həmin ildə Soltan Hacıbəyov müasir insanların həyatından bəhs edən "Gülşən" baletini yazmışdır. Arif Məlikovun 1961-ci ildə yazdığı "Məhəbbət əfsanəsi" baleti nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin opera teatrlarının repertuarında möhkəm yer tutmuşdur. 1968-ci ildə Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında yazılmış “Qaraca qız” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Bu balet həm də uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 2000-ci illərdə balet janrı Xəyyam Mirzəzadənin "Ağlar və qaralar", Aqşin Əlizadənin "Qafqaza səyahət", Polad Bülbüloğlunun "Eşq və ölüm" və s. yeni əsərlərlə zənginləşmişdir.

 

Teatr

Miniatur by Mir Mohsun Nevvab.jpgFolk performance Kos-Kosa.jpg

Şəbih (solda) və kos-kosa tamaşaları (Rəssamlar Mir Möhsün Nəvvab və Əzim Əzimzadə)

Azərbaycan teatr incəsənətinin mənşəyi qədim xalq şənlikləri və oynamalarına gedib çıxır. Azərbaycan xalq oyunlarında(Gizlən qaç), oyun mahnılarında (kəpənək, bənövşə), toy mərasimlərində (nişan, duvaq qapma, toy), bayramlarda (Novruz – yazın gəlməsi, kevsec – qışa hazırlıq) teatr fəaliyyətinin müxtəlif formaları ortaya çıxır. Məhərrəm ayında icra edilən Şəbih tamaşaları meydan tamaşalarının bir növü olmaqla birlikdə həm formaca, həm də mənaca dini xarakter daşıyır və bir misteriya tamaşası olaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır.

Kişilərin kollektiv şəkildə icra etdiyi yallı rəqsi, təlxəklərin, kəndirbazların, muxraduzd və muxrabazların performansı, dərvişlərin, ilan oynadanların tamaşası teatr tamaşalarının ilkin forması idi. “Kosa-kosa”, “Qaravəlli”, “Şah Səlim”, “Keçəl Pəhləvan”, “Ceyran xanım”, “Maral oyunu”, “Xan-xan”, “Tapdıq çoban”, “Tənbəl qardaş” kimi səhnələşdirilmiş epizodların da Azərbaycan teatrının formalaşmasında mühim əhəmiyyəti var. İran Azərbaycanında isə Novruz bayramının və yazın gəlməyini müjdələmək üçün oynanılan "təkə" oyunu məşhurdur.

Milli Azərbaycan teatrı XIX əsrin ikinci yarısında ilk Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun əsərləri əsasında yaranıb. İlk peşəkar teatr performansı 23 mart 1873-cü ildə göstərilib. Performansın təşəbbüsçüləri realnı məktəbi pedaqoqu Həsən bəy Zərdabi və həmin məktəbin şagirdi Nəcəf bəy Vəzirov idi. Məktəbin şagirdləri Axundovun 1851-ci ildə yazdığı[344] “Sərgüzəşti-vəziri-xani-Lənkəran” pyesini oynayırdılar. 17 aprel 1873-cü ildə Axundovun digər komediyası — "Hacı Qara" nümayiş edildi. 1892-ci ildən başlayaraq Şuşada Axundovun komediyalarının da daxil olduğu həvəskar tamaşalar göstərilirdi.

Abbas Mirzə Şərifzadənin ifasında Hüseyn Cavidin "Şeyx Sənan"ı

1892-ci ildə həmçinin Haşım bəy Vəzirovun “Evlənmək su içmək deyil” tamaşası da həvəskarlar tərəfindən ifa edildi. Ancaq bu tamaşa mövhumatçı düşüncədə olanlar tərəfindən dağıdıldı, aktyorlar arxa qapıdan qaçmalı oldular. Müsəlman ruhanilər ədəbiyyat və teatrı yaramaz iş hesab edir, keçirilən tamaşalara mane olmağa çalışırdılar. 1896-cı ildə Şuşada Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” tragediyası ifa edildi. 1904-cü ildə Uilyam Şekspirin “Otella” tamaşası həvəskarlar tərəfindən ifa edildi. Əsəri tərcümə edən və Otello rolunun ifaçısı Haşım bəy Vəzirov idi. XIX əsrin axırına qədər Nuxa, Gəncə, Şamaxı, Naxçıvan kimi şəhərlərdə azərbaycanca tamaşalar ifa edilirdi. Teatr tamaşalarını təşkil edənlər Axundov məktəbinin davamçısı olan Nəcəf bəy və Haşım bəy Vəzirovlar, Nəriman Nərimanov, Əbdürrəhim bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov idi. 1888-ci ildə Bakıda Sultan Məcid Qənizadə və Nəriman Nərimanovun iştirakı ilə teatr truppası quruldu. 1897-ci ildə ilk peşəkar kollektiv — “Müsəlman dramatik truppası” quruldu. Bu dövrdə Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyovun "Bəxtsiz cavan", “Ağa Məhəmməd şah Qacar”, "Pəri-cadu", Nəriman Nərimanovun “Nadir şah” pyesləri feodal cəmiyyətinin adətlərini, mülkədar-kapitalist sistemin qəddarlığını, cəhalətpərəstliyi və dini fanatizmi ifşa edirdi.

Teatrın insanlar arasında populyarlığı və Azərbaycan milli musiqi alətlərinin inkişafı teatr incəsənətinin yeni növünün — musiqili teatrın yaranmasına gətirib çıxartdı. 1897-1898-ci illərdə Şuşada və 1901-1902-ci illərdə Bakıda Məhəmməd Füzulinin "Leyli və Məcnun" və Əlişir Nəvai "Fərhad və Şirin" poemalarının birpərdəli səhnə şəkilləri göstərilmişdir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operası ilə Azərbaycan peşəkar musiqi teatrının əsasını qoymuşdur. Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Müslüm Maqomayev, Məşədi Cəmil Əmirov, Mirmahmud Kazımovski kimi musiqiçilərin bəstələdiyi opera və musiqili komediyalar Azərbaycanın musiqili teatrının ilkin repertuarını təşkil etmişdir.

1919-cu ildə Bakıda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, 1922-ci ildə Tiflisdə Azərbaycan Teatrı, 1928-ci ildə İrəvanda Azərbaycan Teatrı yaradıldı. Dövlət dram teatrından SSRİ xalq artistləri olan Mirzəağa Əliyev, Sidqi Ruhulla, Adil İsgəndərov, Mərziyyə Davudova, Hökumə Qurbanova, Azərbaycan SSR-in xalq artistləri Fatma Qədri, Nəsibə Zeynalova, əməkdar artistlər Ülvi Rəcəb, Konstantin Adamov, Aleksandr Alleqrov çıxdı. Həmçinin teatr dekorativ incəsənəti inkişaf etdi (R. Mustafayev, S. Şərifzadə, N. Fətullayev, K. Kazımzadə).

Kinematoqraf

"Babək" filminin afişası

Azərbaycan kinemotoqrafiyasının əsası 2 avqust 1898-ci ildə qoyulmuşdur. Rus əsilli fotoqraf Aleksandr Mixayloviç Mişon Azərbaycanda "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" və "Bibiheybətdə neft fontanı yanğını" kimi qısametrajlı sənədli filmlər çəkmişdir. 1916-cı ildə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı tammetrajlı bədii filmi, 1917-ci ildə Üzeyir Hacıbəyovun"Arşın mal alan" operettasıəsasında kinokomediyasıçəkilmişdir. 1923-cü ildə təsis olunan Azərbaycan Dövlət Foto-Kino İdarəsi müxtəlif adlar daşısa da, 1961-ci ildən etibarən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adını alır. 20-ci illərdə Azərbaycan kinosunun mövzuları cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı idi. 1929-cu il də Amo Bek-Nazarovun rejissorluğu ilə çəkilmiş "Sevil" filmi Azərbaycan qadınını real şəkildə təsvir edirdi. Bu dövrdə həmçinin Bakıdakı yaşayışı, neft sənayesini təsvir edən filmlər çəkilirdi. 30-cu illərin əvvəllərində məişət və tarixi-inqilabi mövzulu filmlər istehsal edilirdi.

1936-cı ildə Boris Barnetin rejissorluğuyla ilk Azərbaycan səsli filmi olan "Mavi dənizin sahilində" çəkilmişdir. Böyük Vətən müharibəsidövründə (1941–1945) müharibə qəhrəmanlarına aid "Vətən oğlu" və "Bəxtiyar" qısametrajlı bədii filmləri, "Sualtı qayıq T-9" və "Bir ailə" tammetrajlı bədii filmləri çəkilmişdir. "Arşın mal alan" operettasınin1945-ci il ekranizasiyası 136 ölkədə göstərilir və 86 dilə tərcümə edilir. Yalnız SSRİ-də 16 milyondan çox izləyici toplayan filmin yaradıcı kollektivi Stalin mükafatı ilə təltif edilir. 40-cı illərin sonu—50-ci illərin əvvəllərində "Fətəli xan" və "Bakının işıqları" kimi bədii-sənədli və publisistik filmlər çəkilmişdir. 1951-ci ildə "Sovet Azərbaycanı" filmi Kann kinofestivalında "Qısa Film Münsiflər heyəti Xüsusi Mükafatı"nı qazanıb.

1950-ci illərin sonu — 1960-cı illərin əvvəllərində "Qızmar günəş altında", "Onun böyük ürəyi", "Ögey ana", "Onu bağışlamaq olarmı?", "Böyük dayaq", "Telefonçu qız" kimi fərqli peşə sahiblərinin əməyini əks etdirən filmlər çoxluq təşkil etmişdir. 60-cı illərin əvvəllərində Koroğlu dastanının əsasında çəkilmiş eyniadlı film və Məhəmməd Füzulinin Leyli və Məcnun əsəri əsasında çəkilmiş "Məhəbbət dastanı" filmi ilə Azərbaycan kimetoqrafında rəngli filmlərin istehsalı genişlənir.

Arşın mal alan filmindən sonra "Görüş", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", 1965-ci il "Arşın mal alan" ekranizasiyası, "Qaynana" kimi filmlərlə musiqili komediya janrı Azərbaycan kinematoqrafında üstünlük təşkil etmişdir. 70-ci illərdə "Nəsimi", "Dədə Qorqud", "Babək" kimi tarixi mövzulu filmlər çəkilmişdir. 70-ci illərin sonu—80-ci illərdə İkinci Dünya müharibəsi ilə bağlı "Bizim Cəbiş müəllim", "Şərikli çörək" kimi filmlər çəkilmişdir. 80-ci illərdə Azərbaycan kinosunda mənəviyyat və əxlaq mövzusu önə çıxmışdır. Bu dövrdə "Park", "Özgə ömür", "Ölsəm, bağışla", "Gümüşü furqon", "Babamızın babasının babası", "Bağ mövsümü", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" kimi filmlər işıq üzü görmüşdür.

Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra, 1990-cı illərdə Azərbaycan filmlərinin sayı digər dövrlərlə müqayisədə azalır. Ancaq bu dövrdə "Yarasa" və "Özgə vaxt" kimi önəmli mövzulara həsr edilmiş filmlər də çəkilmişdir. Müstəqillik dövründə Heydər Əliyevin həyatından bəhs edən sənədli filmlər çəkilmişdir. Bunlardan biri də Vaqif Mustafayevin çoxseriyalı "Heydər Əliyev" filmidir. Bu dövrdə üstünlük verilən digər bir mövzu isə vətənpərvərlik olmuşdur. "Ağ atlı oğlan", "Ümid", "Fəryad", "Arxada qalmış gələcək", "Yalan" kimi filmlər bu mövzud çəkilmiş örnəklərdir. 2007-ci ildən başlayaraq "Qafqaz", "Qala", "Sahə", "Buta", "Çölçü", "Nabat", "Nar bağı" kimi Azərbaycan filmləri ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilmiş və heç biri namizəd ola bilməmişdir. 2007-ci ildən başlayaraq "Üç qız", "40-cı qapı", "Qardaşımdan yaxşısı yox idi", "Nabat", "Qırmızı bağ" filmləri "MDB və Baltik ölkələrinin ən yaxşı xarici filmi" üzrə Nika mükafatına namizəd olmuş, yalnız Rüstəm İbrahimbəyovun "Kabusun gözüylə" filmi bu mükafatı qazanmışdır.

 

Animasiya

Pıspısa xanım və Siçan bəy

1933-cü ildə "Azərbaycanfilm" studiosu "Lökbatan" və "Neft simfoniyası" filmlərində texniki animasiyadan istifadə etməsi ilə Azərbaycanda animasıyanın əsası qoyuldu. 1935-ci ildə "Abbasın bədbəxtliyi" adlı ilk Azərbaycan cizgi film çəkildi. 28 fevral 1969-cu ildə eyniadlı Azərbaycan xalq nağılına əsaslanmış "Cırtdan" cizgi filmiistehsal edildi. 1970-ci illərdə "Ayı və siçan", "Tülkü həccə gedir", "Bulud niyə ağlayır?", "Göyçək Fatma", "Pıspısa xanım və Siçan bəy", "Kirpi balası və alma" kimi 20-dən çox animasiya filmi çəkildi.

1980-ci ildə "Yaz oyunları", "Cücələrim", "Sən belə cımbılısan", "Nar ağacının nağılı", "Xrizantema yarpağı", "Çətin məsələ" kimi animasiya filmləri istehsal edildi. Ancaq cizgi filmlərinin keyfiyyəti əvvəlki kimi deyildi. Şəxsi profesionallığın aşağı olması və texniki avadanlığın, xüsusi boyaların çatışmazlığı bunun əsas səbəblərindən idi.

90-cı illərdə "Bir dəfə", "İthaf", "Oda", "Kitabi Dədə Qorqud. Səkrəyin dastanı", "Karvan", "Dəniz səyahəti" kimi cizgi filmləri "Azanfilm" tərəfindən çəkilmişdir. 2008-ci ildə Azərbaycan animasiyasının 75 illiyi qeyd edilmişdir.

Adət-ənənə

Ailə

Azərbaycan ailəsi. XX əsrin əvvəlləri

XX əsrin əvvəllərinə qədər azərbaycanlılar arasında patriarxal ailə quruluşu xarakterik idi. Ailənin başçısı arvadın cehizi istisna olmaqla ailənin bütün daşınar və daşınmaz əmlakının sahibi idi. Ailə başçısının vəziyyəti olmayanda mülk şəriətə uyğun bölünürdü. Məsələn, oğlan övladı qız övladına çatan mülkün iki qatını alırdı. Ailə başçısının dul arvadı bütün mülkün səkkizdə birini və şəxsi əşyalarını alırdı.

İnqilabdan əvvəl Azərbaycanda ağsaqqallar kənd həyatında və ayrı-ayrı ailələrin həyatında məsləhətçi və vasitəçi kimi önəmli rol oynayırdı. Gənclərin və uşaqların, həmçinin qadınların (ağbirçəklər istisna olmaqla) bu və ya digər məsələnin müzakirəsində iştirak etmək hüququ yox idi. Ailə münasibətlərində kiçik həmişə böyüyə tabe olurdu. Hal-hazırda da yaşlılara hörmət azərbaycanlıların ailəvi və ictimai həyatının bir elementidir.

İnqiliabdan əvvəl Azərbaycan ailəsində kişinin rolu qadınınkından daha üstün idi. Qız ata evində öz anasına və ya nənəsinə tabe idi. Gəlin isə evdəki yaşca daha böyük ev sahibəsinə (qayınana və ya böyük qayının arvadı) tabe idi. Təzə evlənənlər ərin ailəsinin evində yaşayanda gəlin ailədəki kişilərdən çəkinməli, ailənin yaşlı üzvlərinin oturduğu otağa daxil olmamalı idi. Ucadan danışmaq və ya gülmək ədəbsizlik sayılırdı.

Uşaqlara baxmaq tamamilə ananın məsuliyyətində idi. Ailədə oğlan uşağının yeri qızınkından fərqli idi. 6-7 yaşına çatan oğlan uşağının tərbiyəsi ilə baba, ata və böyük qardaş məşğul olurdu. Uşaqların dini tərbiyəsi də eyni yaşdan başlayırdı.

Sovet dövründə Azərbaycan ailəsində böyük dəyişiklər baş verdi. Yeni həyat şəraiti ailə həyatında dəyişikliklərə səbəb oldu. Patrixal qalıqlar demək olar ki, tamamilə yox edildi. Qadınlar kənd təsərrüfatında, sənayedə, inşaatda, mədəniyyət idarələrində və başqa yerlərdə kişilərlər bərəbər işləyirdilər. Uşaqların tərbiyəsi də bu dövrdə dəyişdi. Oğlan və qız uşaqları eyni şərtlərlə yetişdirilirdi. Uşaqların tərbiyəsində ailə ilə bərabər uşaq bağçaları, məktəblər və internatlar vasitəsilə cəmiyyət də iştirak edirdi.

 

Toy

Toy. Reyhan Topçubaşova

Azərbaycanda nigah bağlanması aşağıdakı mərhələlərdən ibarətdir: 1) ilkin razılıq — bəlgə, valideynlərin razılaşmasından sonra elçilərin ipək şal və şirni verməsi; 2) nişan, bəyin ailəsinin gəlinə bəzək, geyim üçün parça, gəlinin ailəsinin isə şirniyyat verməsi; 3) toyun özü, evlilik hədiyyələrinin — toy xonçasının gətirilməsi. Adaxlanmağa yaxın oğlan qıza bahalı ipək parçalar, mərmər, qızıl döş və başa taxılan bəzək əşyaları verir. Bəyin qohumları hədiyyələri qırmızı örtüklə örtünmüş məcməyilərə yığırlar.

Keçmişdə evlilik üçün cavanların fikri çox nadir hallarda soruşulurdu (hətta qız qaçırmaq adəti var idi). Oğlanın evlənəcəyi qızı anası və bacısı seçirdi: əgər ailənin digər üzvləri də razılaşsa, oğlanın qohumları əvvəl qızın anası ilə, daha sonra elçilər qızın atası ilə görüşürdü. Elçilər özləri ilə bir və ya iki hörmətli ağsaqqal gətirirdilər. Razılıq əldə ediləndən sonra gəlin üçün nə qədər mehr və başlıq ödəniləcəyi müzakirə edilirdi. Mehr və başlıq nişan günü gətirilirdi. Bundan başqa bəy toydan əvvəl gəlini görə bilməzdi. Ancaq daha sonra bu adət yoxa çıxdı.

Toydan bir gün əvvəl kəbin kəsilir. Kəbinkəsdirmə mərasimində molla və hər iki tərəfdən bir şahid iştirak edir. Toyun ilk günündə bəyin evində toy qonaqlığı verilir. Toyun ikinci günündə qonaqlara bozbaş və plov verilir. Musiqi və şənlik günboyu davam edir. Üçüncü gün toy şənliyində demək olar ki, bütün kənd sakinləri iştirak edir. Eyni gün bəyi məşəllərlə, musiqi və atəş atmaqla gəlini gətirməyə yola salırlar. Gəlini bəy evinə gətirməzdən bir neçə saat əvvəl gəlinin qohumları cehizin tamamlanmasında iştirak edir. Şənlik və rəqsdən sonra gəlin bəy evinə aparılır. Gəlinin cehizi də bəy evinə aparılır. Toydan bir neçə gün sonra bəyin ailəsi qonaqlıq keçirir. Bundan sonra gəlin öz otağından çıxa bilir.

Toy şənliklərinin ənənələrinin bir çoxu bu gün də icra edilir: nişan, gəlinə münasibət, gəlinin geydirilməsi adəti. Toy geyimlərinin çoxu ənənələrdən kənara çıxır, toya hazırlıq müddəti qısalır, toy adətlərində yeni elementlər ortaya çıxır.

 

Milli geyim

Azərbaycan qızları milli geyimdə

Azərbaycanda geyim ənənəsi təbii-coğrafi vəziyyətin müxtəlifliyi və sosial-iqtisadi həyat və mədəniyyətin inkişafında tarixi dövrlərlə bağlı qeyri-müntəzəmlik nəticəsində öz orijinallığını qoruyub saxlamışdır. Geyim ölkənin müəyyən ərazisindəki iqtisadi-mədəni inkişafın xüsusiyyətlərini əks etdirir. XX əsrdə iqtisadi-mədəni həyatda baş verən dəyişikliklərə görə Azərbaycanın milli qadın, kişi və uşaq geyimləri fabrik geyimləri ilə əvəz olunmuşdur. XIX əsrdə geniş yayılmış geyim üslubları, uşaq paltarları və bəzəklərilə əlaqədar inamlar da əhəmiyyətini itirmişdir.

Azərbaycan kişi geyimləri altda köynək və dizlik, üstdə şalvar və arxalıqdır. Arxalıq kəmər və ya qurşaqla bağlanır. Arxalığın üzərindən çuxa, soyuq dağətəyi rayonlarda isə qoyun dərisindən kürk və yapıncıgeyilir. Gen şalvarlar evdə hazırlanmış yun materialdan tikilirdi. Arxalığın üzərindən cavanlar piləklərlə bəzənmiş, gümüşdən və ya dəridən düzəldilmiş kəmər geyirdi. Çuxanın üç növü var idi: büzmələrlə, büküşlərlə və büzmə və büküşlərin kombinasiyası ilə. Çuxanın sinəsi açıq idi; bəzən sinənin tərəflərində patronlar üçün yuvalar — vəznələr yerləşirdi. Kənd yerlərində çox uzun (yerə qədər), yalançı qolların sonuna doğru daralan kürklər geyilirdi. Sakinlər burun hissəsi yuxarı qalxan, dəridən tikilmiş başmaqlar — çarıqlar geyirdilər, boğaz hissəsi uzun və qısa olan çəkmələr — məst yayılmışdı. Demək olar ki, bütün kişilərin bığı və saqqalı var idi. Kişilər papağın altında ağ parçadan, naxışlı araxçın geyərdilər.

XIX əsrin sonu — XX əsrin əvvəlində Azərbaycan qadın paltarı alt və üst paltardan və həmçinin çadradan ibarət olurdu. Geyimdə ərazilərlə bağlı fərqlər ümumi milli geyim görünüşündə heç bir dəyişiklik olmadan ayrı-ayrı detallardan ibarət idi. Alt qadın paltarları dar köynəklər, müxtəlif fasonlu yubkalar (şəltə, cüt tuman) və tumanlar idi (darbalaq və cütbalaq). Üst qadın paltarları üst köynəklər, qısa paltarlar — əsasən Azərbaycanın cənub-qərbi rayonlarında yayılmış və qərb rayonlarında güləcə kimi bilinən arxalıq, Abşeronda isə don idi. Gəncəbasar, Şirvan, Bakı, Qərb bölgəsi və Şəki rayonu ərazilərində iki qabaq (döş), bir arxa (kürək) və iki qoldan ibarət ləbbadə tikilirdi. Arxalığının üzərində dəri və ya mərmərdən tikilmiş kəmər geyilirdi. Varlı ailədən olan qadınlar qızıl və ya gümüş kəmər geyirdilər. Ayağa üzərində xalça ornamentlərinə bənzər naxış ornamentləri olan, açıq müxtəlifrəngli corab geyilirdi. Evdən çıxanda corabın üzərindən çarıq geyilirdi. Varlı ailədən olan qadınların boynunda arpa formasında uzunsov muncuqlardan boyunbağı olurdu. Hörüklərin arxadakı ləçəklərini gizlətmək üçün qadınlar zərxaradan tikilmiş ensiz örtükdən — çutqudan istifadə edirdilər. Qadın baş geyimi dairəvi yastı hissədən və halqadan ibarət alçaq papaq idi. Papağın üzərindən kiçik ipəkdən düzəldilmiş yaylıq — kəlağayıbağlayırdılar. Saçlara, ovuclara və dırnaqlara xına çəkilirdi.

Azyaşlı qız uşaqlarının geyimi qadınların geyiminin təkrarı olsa da, oğlan uşaqlarının geyimi kişilərinkindən fərqlənirdi. Oğlan uşağı şalvarları “bağlı”, “aşırmalı” və “finka” kimi üç növü var idi. Qız uşaqlarının geyimləri parlaq rəngli olurdu. Həmçinin uşaqları bədnəzərdən, şər qüvvələrdən sehrbaz tilsimindən qorumaq üçün muncuqlar, üçkünc dualar, tısbağa kürəyi və dağadağan çiliyi kimi bəzəklərdən istifadə edilirdi.

 

Kulinariya

Şəki halvası

Əsas ingredientlərin süd, ət, un, tərəvəz olduğu Azərbaycan milli yeməkləri və onların hazırlanma və yeyilmə üsulları müxtəlifdir. Keçmişdə qida coğrafi şəraitə və sosial statusa görə də fərqlənirdi. Azərbaycanlıların qidasında çörək önəmli rol oynayır. Kənd ərazilərində dəmirdən düzəldilmiş, azca qabarıq olan sac üzərində bişirilir. Çörəyi təndirdə bişirmək rayonlarda, həmçinin Azərbaycanın mərkəzi şəhərlərində geniş yayılıb. Təndirlərdə çörəkdən başqa lavaş da pişirilir. Azərbaycanda lülə kabab lavaşla birlikdə təqdim edilir. Həmçinin Azərbaycan plovu hazırlanarkan lavaşdan istifadə edilir. Sabirabad rayonunda toydan sonra gəlin evə gələndə qaynana gəlinin çiyninə lavaş atır. Novxanıda yasdan sonra külçə ilə bəzən içinə halva qoyulmuş lavaş verilir. Yaz və yay aylarında içərisinə ət və göyərti qoyularaq qatlanan xəmir xörəyi – qutab hazırlanır. Digər xəmir xörəklərinə xəşil, xəngəl, sülfüllü, əriştə aşı, börə, müərssə, umac, qovut, qındı, düşbərə, gürzə, Qaşıqxingəlini misal çəkmək olar.

Ət yeməkləri müxtəlifdir. Ən çox sevilən ət qoyun ətidir. Təzə qoyun və mal ətindən basdırma, ondan isə tikə kabab hazırlanır. Ən çox yayılmış ət yeməkləri piti və bozbaşdır. İranika ensiklopediyasına görə bozbaş İran yeməyi abgustə səbzinin Azərbaycan türk dilindəki adıdır və bu türk mənşəli ad yemək bişiriləndə aldığı rəngə görə verilib. Düyü və ədviyyat əlavə edilmiş çəkilmiş ət kələmin (kələm dolması) və ya şor və təmiz üzüm yarpağının (yarpaq dolması) içərisində bükülür və ya badımcan, bibər və pomidorun içərisinə doldurulur (badımcan dolması, pomidor dolması, bibər dolması). Xırda doğranmış qoyun əti soğan və ədviyyatla qarışdırılaraq lülə kababhazırlanır.

Azərbaycanda Mərci plov, Paxla plov, Südlü plov, Kükü plov kimi 50-yə yaxın plov növü var. Quş ətindən hazırlanan ən çox yayılmış yemək çığırtmadır. Azərbaycan mətbəxində plovu dənə şəklində (plov, çəkmə, südlü sıyıq, şilə və s.) və kirkirədə üyüdərək işlədilir. Şorba, küftə, dovğa içərisinə də qatılan düyü Lənkəranda çörəyin yerinə istifadə edilirdi. Burada düyünün unundan və yarmasından “çanquru” və “lökü” adlı çörəklər hazırlanırdı.

Üzüm şirəsi, tut və qarpızdan doşab, zoğal, alça, gavalıdan turş kütlə — turşlavaş hazırlanır. Qızardılmış ət və balığın sousunda nar şirəsi — narşərab istifadə olunur. Şirniyyatlara 10 növü olan halva, şəkərbura, şorqoğalı, paxlava, şəkərçörəyi, dürmə, külçə, tıxma, qurbiy, bamiyə, nişasta-tərək, təndir çöçəsi, mütəkkə və s. daxildir. Şəki halvası, Şamaxı mütəkkəsi, Zaqatala və Bakı qurabiyəsi, Qarabağ kətəsi, Bakı, Gəncə, Naxçıvanın təndir çöçəsi, Lənkəran külçəsi, Quba-Xaçmaz qozçörəyi, Ordubad qozlu dürməsi, Lənkəran çanqurisi, Quba tıxması, Muğan qəliti kimi şirniyyatlar isə Azərbaycanın müxtəlif ərazilərinə aid şirniyyat növləridir.

 

İçki

Azərbaycanda çay içmək geniş yayılıb və çay qonaqpərvərliyin və qonağa göstərilən hörmətin rəmzi hesab edilir. Əsas yeməkdən qabaq süfrəyə çayın gətirilməsi ənənədir. Azərbaycanda istifadə edilən çay uzun dövrlər boyunca Çindən gəlib. Azərbaycanda istehsal edilən çay əsasən yaşıldır, ancaq qara çay (Çin klasifikasiyasına görə qırmızı çay) da kifayət qədər geniş yayılıb Azərbaycanda istənilən yaşayış yerində çayxana var. Ancaq Orta Asiyadan fərqli olaraq çayxanalarda nahar etmək olmur, çayın yanında yalnız konfet və şirniyyat verilir. Çayxanalar ancaq kişilər tərəfindən işlədilir. Burada onlar baş verən hadisələri müzakirə edir, qəzet oxuyur, nərd oynayırlar.

Tarixən Azərbaycanın Qarabağ bölgəsində tut arağı istehsal edilmişdir. Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra da əhəmiyyətini saxlayan tut arağının müalicəvi əhəmiyyəti Azərbaycan əhalisi tərəfindən irəli sürülürdü. Sovet dövründə Rusiya Sovet Federativ Sosialist Respublikasının Ali Soveti evdə spirtli içki düzəldilməsini qadağan etdi. XX əsrin sonu — XXI əsrin əvvəllərində tut arağının sənaye istehsalının artması ilə bu içki əvvəllər istehlak edildiyi ölkələrdən başqa yerlərə də ixrac edildi.

 

İdman

Azərbaycanın ilk Olimpiya çempionu Nazim Hüseynovunxatirəsinə buraxılmış poçt markası.

Azərbaycan idman ənənəsi zəngindir. Burada güləş, şahmat, nərd və digər idman oyunları yayılmışdır. Atla oynanılan oyunlar isə xüsusilə populyardır. Bunlara papaq oyunu, qız-qov, sür-papaq və çovqanı misal çəkmək olar. Qız-qov oyununda 400 metr məsafə boyunca atlı oğlan öz rəqibi ilə yarışır. Əgər oğlan qıza çata bilsə onu qucaqlamaq və öpmək şansı əldə edir. Geri qayıdanda isə qız oğlana çata bilsə, onu qamçının ağır zərbələrilə cəzalandırır. Papaq oyununun isə məzəli xarakteri var: biri qadın olan beş iştirakçı digər iştirakçıların başından papağı götürməyə çalışır. Ancaq qızın papağını götürməyə icazə verilmir. Sür-papaq oyunu isə basketbola oxşayır: iki komanda xəz papaqla oynayırlar və meydançanın uclarında halqası olan iki uzun ağac var. Oyunun məqsədi papağı rəqibin halqasından daha çox keçirməkdir. Yerə düşən papaq isə yalnız atdan düşmədən götürülməlidir. Azərbaycanda geniş yayılmış oyunlardan biri olan çovqanda iki komanda atüstündə ağac vasitəsilə topu qarşı komandanın qapısından keçirməyə çalışır. Azərbaycanlı atlıların ağacı çobanların yarlığını xatırladır. Azərbaycan at oyunlarında Qarabağ atı və Dilbaz atı kimi yerli atlar xüsusilə istifadə olunub. Azərbaycanda çovqan idmanın milli növü hesab edilir. Nərd də Azərbaycan mədəniyyətində önəmli rol oynayır. Oyun Azərbaycanda çox populyardır və yerli camaat tərəfindən oynanılır. Azərbaycan ekspertləri tərəfindən nərdin müxtəlif növləri yaradılmışdır.

Güləş Azərbaycanda qədim dövrlərdən yayılmış ənənəvi idman növü olmuşdur. Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü olduğundan sonra, Olimpiya oyunlarında güləş üzrə 14 medal qazanmışdır. Azərbaycanın ən uğurlu güləşçiləri Namiq Abdullayev, Toğrul Əsgərov, Rövşən Bayramov, Şərif Şərifov, Mariya Stadnik, Cəbrayıl Həsənov, Rəsul Çunayev və Fərid Mansurovdur.

Futbol Azərbaycanda ən sevimli idman növüdür. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası qeydiyyatından keçən 9122 nəfərlə ölkədəki ən böyük idman assosiasiyadır. Azərbaycan milli futbol yığması ölkə futbol klubları ilə müqayisədə beynəlxalq arenada nisbətən zəif cıxış nümayiş etdirir. Azərbaycanın ən uğurlu futbol klubları Neftçi Bakı, Qəbələ və Qarabağdır. 2012-ci ildə Neftçi Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmış ilk klub oldu. 2014-cü ildə “Qarabağ” Azərbaycan futbolu tarixində avrokuboklarda qrup mərhələsinə ikinci vəsiqə qazanmış klub oldu. Bundan əlavə, “Qarabağ” yarışın əsas mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Azərbaycanda voleybol həmişə ən böyük rəğbət bəslənilən idman növü olmuşdur və Voleybol üzrə Azərbaycan Superliqası dünyanın ən güclü qadın liqalarından biri sayılır. Son illərdə Rabitə Bakı, Azərreyl Bakı, İqtisadçı Bakı və Lokomotiv Bakı Avropa kuboklarında böyük uğur əldə etmişlər. Azərbaycanın ən uğurlu voleybolçuları Valeriya Korotenko, Oksana Parxomenko, İnessa Qorxmaz, Natalya Məmmədova, Alla Həsənova və Polina Rəhimovadır.

Azərbaycan dünya şahmatında güclü ölkələrdən biridir. Ölkədə bir çox beynəlxalq şahmat turnirləri və müsabiqələr keçirilib, 2009, 2013 və 2017-ci illərdə isə Azərbaycanın kişilərdən ibarət şahmat yığması Avropa çempionu olmuşdur. Ölkənin şahmat məktəblərinin görkəmli şahmatçılarından olan Şəhriyar Məmmədyarov Teymur Rəcəbov, Vüqar Həşimov, Rauf Məmmədov, Vladimir Makoqonov və Harri Kasparov dünya şahmatına böyük təsir etmiş və böyük uğurlara nail olmuşlar.

Digər tanınmış Azərbaycan idmançıları, cüdoçular Elnur Məmmədli, Elmar Qasımov, Rüstəm Orucov, Mövlud Mirəliyev, Elxan Məmmədov, karateçi Rəfael Ağayev, ağırlıqqaldıran Nizami Paşayev, boksçular Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov, Şahin İmranov, Ağası Məmmədov, paralimpiyaçı İlham Zəkiyev, kikboksçular Eduard Məmmədov, Zabit Səmədov və qaydasız döyüş üzrə güləşçi Azad Əsgərovdur.

Ölkə bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 42-ci Şahmat Olimpiyadası, FİFA U-17 Qadınlararası Dünya Çempionatı və 2015 Avropa Oyunlarının ev sahibi olmuşdur. Ölkədə keçirilən ən əhəmiyyətli illik idman turnirləri Baku Cup və Tur de Azərbaycan beynəlxalq veloturudur. Azərbaycanda Bakı Şəhər Halqasıyerləşir və 2016-ci ildə Azərbaycan ilk dəfə “Formula 1” Qran Prisinə ev sahibliyi edir.

 

Dövlət bayramları və xüsusi günlər

Naxçıvanda Xızır Nəbi bayramının keçirilməsi

Azərbaycanda Yeni il bayramı (1 və 2 yanvar), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə Günü (9 may), Respublika Günü (28 may), Azərbaycan xalqının milli qurtuluş günü (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü (26 iyun), Milli müstəqillik günü(18 oktyabr), Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü (9 noyabr), Konstitusiya Günü (12 noyabr), Milli Dirçəliş Günü (17 noyabr), Dünya azərbaycanlılarının həmrəyliyi günü (31 dekabr), Novruz bayramı (beş gün), Qurban bayramı və Ramazan bayramı (iki gün) qeyd edilir. Müstəqillik günü, Milli Dirçəliş Günü və Konstitusiya Günü istisna olmaqla bayram günləri iş günü hesab edilmir. 2006-cı ildən bəri bayram günləri həftə sonuna düşəndə növbəti gün iş günü hesab edilmir.

Azərbaycanda ən çox sevilən bayramlardan biri Novruzdur. Bayram təqribən bir həftə çəkir. İnsanlar təbiətin oyanmasını simvolizə edən gecə-gündüzün bərabərliyini qeyd edirlər. Bayram günlərində keçirilən şənliklərdə kəndirbazlar öz hünərlərini göstərir, "kos-kosa" oyunu daxil olmaqla tamaşalar göstərilir. Axşamlar isə insanlar küçələrdə od qalayır və üzərindən tullanıb deyirlər: "Ağırlığım, uğurluğum tökülsün oda, odda yansın." Novruz bayramının son çərşənbə axşamında uşaqlar qonşu qapılarını döyür, papaqlarının qapının qarşısına qoyub gizlənirlər; ev sahibi isə bu papaqları bayram şirniyyatlarıyla doldurmalıdır. Bayram günləri evlərdə plov, şəkərbura, paxlava, qoğalhazırlayırlar. Bayramda həmçinin yumurta döyüşdürür və səməni cücərdirlər. Süfrəyə isə şamlarla bəzədilmiş bayram xonçası qoyulur. Hər kəs bayramı mütləq öz evində, ailəsi ilə birlikdə keçirməlidir. Azərbaycanda keçmişdə Böyük Çillə ilə Kiçik Çillə arasında Xızır bayramı keçirilirdi. Bayramın adı müxtəlif yerlərdə Xızır Nəbi və ya Xızır İlyas olaraq bilinir. Bayramın adətlərinə "Xızır payı"nın toplanması, Xızırla bağlı müxtəlif nəğmələrin oxunması daxildir.

Azərbaycanda hər il nar yığımı vaxtı Nar bayramı keçirilir. Bayram günlərində bağçılar Azərbaycanda nar istehsalının mərkəzi hesab edilən Göyçay şəhərində keçirilən sərgidə narın müxtəlif növlərini, ondan hazırlanan şirəni və mürəbbəni nümayiş etdirirlər. 2000-ci ildən bəri Bakı şəhərində Heydər Əliyevin xatirəsinə həsr edilmiş Gül bayramı keçirilir. Bayram Heydər Əliyevin doğulduğu gün olan 10 mayda başlayır və bir neçə gün davam edir. Ənənəyə uyğun olaraq, bayram ərzində Mərkəzi Bankın qarşısındakı Heydər Əliyev parkında ölkəyə ixrac edilən nadir güllərdən ibarət rəngbərəng kompozisiyalar nümayiş etdirilir.

Azərbaycanda dövlət səviyyəsində qeyd edilən dini bayramlar Qurban bayramı və otuz günlük orucdan sonra qeyd edilən Ramazan bayramıdır. Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir. Azərbaycanda ölkə əhalisinin böyük hissəsini təşkil edən şiə müsəlmanları tərəfindən qeyri-rəsmi olaraq İmam Hüseynin680-ci ildə Kərbəlada şəhid edildiyi Aşura günü qeyd edilir. Bu zaman hüzn mərasimləri keçirilir.

20 yanvar tarixi Azərbaycanda “Ümumxalq hüzn günü” kimi qeyd edilir. Bu gündə insanlar 1990-cı il, 19 yanvardan 20-ə keçən gecədə baş vermiş Qara Yanvar faciəsində Azərbaycan Azadlıq mübarizəsiniyatırtmaq üçün sovet ordusu hissələri tərəfindən öldürülən insanların xatirəsini qeyd edirlər. Bu hadisəni qeyd etmək üçün minlərlə insan qurbanların dəfn edildiyi Şəhidlər Xiyabanına gedir, qəbrlərin üzərinə qərənfil qoyurlar. Azərbaycana rəsmi səfərə gələn şəxslər həmçinin Şəhidlər Xiyabanını ziyarət edirlər. Azərbaycan Milli Məclisi 26 fevral tarixini Azərbaycanda Xocalı soyqırımı günü olaraq elan edib. Hər 26 fevral, saat 17.00-da bir dəqiqəlik sükutla Azərbaycanda bu soyqırımın qurbanlarının xatirəsi qeyd edilir.1998-ci ildən başlayaraq Azərbaycanda 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü olaraq qeyd edilir. 1918-ci ilin bu tarixində Bakı və Bakı quberniyasında baş verən qanlı hadisələrinəticəsində bir çox azərbaycanlı həyatını itirmişdir.

 

Elm

Selimnameh by Shukri Bitlisi6.pngPage from TÄ°bbi Nebivi by Muhammad Bargushadi.jpgAsrar al-Malakut.png

Soldan sağa: Şükri Bitlisinin "Səlimnamə" (XVI əsr), Məhəmməd Bərgüşadinin "Tibbi Nəbivi" (orta əsrlərin sonu) və Abbasqulu ağa Bakıxanovun “Göylərin sirri” (1840) əsəri

Orta əsrlərin sonlarında yaşamış Məhəmməd Bərgüşadın “Tibbi Nəbivi” əsəri azərbaycanca yazılmış ilk təbabət kitabıdır. 1712-ci ildə isə Məhəmməd Yusif Şirvani azərbaycan dilində “Tibbnamə” əsərini yazır. XVII-XVIII əsrlərdə tibb və farmakologiya ilə bağlı digər Azərbaycan alimlərinə misal olaraq Murtuza Qulu Şamlu, Əbülhəsən Marağayi, Həsən İbn Rza Şirvani, Hacı Sülеyman İrəvanimisal göstərilə bilər. XIX əsrdə Şuşada yaşamış Mirzə Məmmədqulu Təbib Azərbaycanda cərrahlıq elminin əsasını qoymuşdur.

1841-ci ildə Abbasqulu ağa Bakıxanovun yazdığı Gülüstani-İrəm əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsası qoyulmuşdur. XIX əsrdə tarixlə bağlı yazılmış digər əsərlərə "Qarabağnamələr", İsgəndər bəy Hacınskinin "Qubalı Fətəli xanın həyatı", Hacı Seyid Əbdülhəmid, Kərim ağa Fateh və Mustafa ağa Şuxinin Şəki xanlığı tarixinə aid əsərlərini misal çəkmək olar. Mövsüm bəy Xanlarov1880-1890-cı illərdə Almaniyanın Strasburq Universitetində oxuyur və Avropa təhsilinə sahib ilk azərbaycanlı kimyaçı olur.

Aleksey Çernyayevski və Səfərəli bəy Vəlibəyov tərəfindən hazırlanmış "Vətən dili" kitabı 1882-1920-ci illər ərzində Azərbaycan uşaqlarının baş dərs vəsaiti olmuşdur. İvan Krılovun Həsənəli xan Qaradaği tərəfindən tərcümə edilmiş şeirləri də bu kitaba daxil olmuşdur. 1901-ci ildə Bakıda Azərbaycanda və Qafqazda, həmçinin Rusiya imperiyasında və müsəlman Şərqində ilk dünyəvi qız məktəbi olan olan Aleksandra imperator rus-müsəlman qız məktəbi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açılmışdır.

1920-ci illərin əvvəllərində AXC hökuməti təqribən 100 nəfər tələbəniQərbi Avropa, Türkiyə və Rusiya universitetlərində təhsil almağa göndərmişdir. AXC-in digər bir önəmli fəaliyyəti 1919-cu ildə Azərbaycanda müasir üslublu ilk universitetin, Bakı Dövlət Universitetinin qurulması idi.

Şamaxı Astrofizika Rəsədxanası

SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə SSRİ Elmlər Akademiyasının Azərbaycandakı filialının nəzdində Azərbaycan Milli Elmlər Akademiyasınaçevrilmışdır. Bu vaxt akademiyanın 4 bölməsi, 16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3 muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə, Xankəndi və Qubadaelmi bazaları var idi. Həmin il Azərbaycan EA-na 15 həqiqi üzv seçilmişdir. Onun ilk heyətinə Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Aleksandr Qrossheym, Sadıq Dadaşov, İosif Yesman, Mirəsədulla Mirqasımov, Şamil Əzizbəyov, Ələşrəf Əlizadə, Mustafa Topçubaşov, Mikayıl Hüseynov, Heydər Hüseynov və İvan Şirokoqorov daxil idi. 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident seçilmişdir. Sonrakı illərdə Yusif Məmmədəliyev (1947–1950, 1958–1961), Musa Əliyev (1950–1958), Zahid Xəlilov (1961–1967), Rüstəm İsmayılov (1967–1970), Həsən Abdullayev (1970–1983), Eldar Salayev (1983–1997), Fəraməz Maqsudov (1997–2000), Mahmud Kərimov (2001–2013) Akademiyanın prezidenti olmuşdur. 1960-cı ildə Şamaxı Astrofizika Rəsədxanası qurulmuşdur. Rəsədxanın işçilərinin yaşaması üçün qurulan yaşayış məntəqəsi rəsədxananın qurulmasında önəmli rol oynayan Yusif Məmmədəliyevin şərəfinə adlandırılmışdır.

7 fevral 2013-cü ildə Azərbaycanın ilk rabitə peyki olan Azerspace-1Fransız Qvineyasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən "Ariane-5" daşıyıcı raketi ilə buraxılmışdır. Peykin əhatə dairəsinə Asiya və Afrikanın önəmli bir hissəsi və Avropa daxildir.

 

Fəlsəfə

 Kəmalüddövlə məktubları.pngƏsrimizin səyavuşu in Turkish.jpg

Mirzə Fətəli Axundovun "Kəmalüddövlə məktubları" (1865) və Məhəmməd Əmin Rəsulzadənin "Əsrimizin Siyavuşu" (1920) əsəri

XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə qatılması ilə ölkənin qərbləşməsini istəyən maarifpərvərlik ideologiyası yarandı. Abbasqulu ağa BakıxanovAzərbaycan maarifçiliyinin aid fəlsəfi görüşlərini "Əxlaqın tərbiyələnməsi", "Nəsihətlər kitabı” , "İşıqların yerləşdiyi yer" , "Camalın aynası" və s. əsərlərində təqdim edirdi. Azərbaycan maarifçiliyində fəlsəfi fikirlərin yayılmasına töhfə verən digər şəxslər isə Mirzə Şəfi Vazeh və Seyid Əzim Şirvanidir. Maarifpərvərlər ölkənin Avropadan geri qalmasını və dini cəhalətpərəstliyi tənqid edirdi. Bunlardan biri olan Mirzə Fətəli Axundov öz fəlsəfi fikirlərini "Kəmalüddövlə məktubları", "Mollayi-Ruminin və onun təsnifinin babında", "Həkimi-ingilis Yuma cavab", "Yek kəlmə haqqında" kimi əsərlərində bəyan edirdi. O, "Kəmalüddövlə məktubları" əsərində İslamın əsaslarını, despotik feodal dövləti, İranda hökm sürən aristokratik təbəqəni tənqid edir. XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikrində İslam ideoloqu Cəmaləddin Əfqaninin irsi önəmli rol oynamışdır.

1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətininfəlsəfəsinin yaradıcılarından biri olan Əli bəy Hüseynzadə "Milli Azərbaycan", "İslam bölgəsi miqyasında intibah" və "Turan" konsepsiyalarına görə təqiblərə məruz qalmışdır. O, türk xalqlarının inkişafında Şərq və Qərb mədəniyyətinin sintezini vacib hesab edir, türkçülüyün, islamçılığın və avropalaşmanın labüdlüyünü irəli sürürdü. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadə milli müstəqil Azərbaycan ideyası və dövlət konsepsiyasının banilərindən biridir.[431]

1920-ci ildə Azərbaycanın Qırmızı Ordu tərəfindən işğalından sonramarksizmin tədqiqinin və tədrisinin aparıldığı dialektik və tarixi materializm kafedrası açıldı. Bu dövrdə fəlsəfənin Azərbaycan Milli Elmlər Akademiyasının himayəsində institualizasiyası baş verdi, Qərb fəlsəfəsinə aid əsərlərin azərbaycan dilinə tərcüməsi və Azərbaycan fəlsəfəsinin tədqiqi və sistemləşdirilməsi təmin edildi və Rene Dekart, Benedikt Spinoza, Tomas Hobbs, Con Lokk və Georq Vilhelm Fridrix Hegelin fəlsəfi görüşləri tədqiq edildi. Əddin Şakirzadənin Qədim Yunanıstan filosofu Epikürə həsr edilmiş əsəri məşhur idi. Bu dövrdə Azərbaycanın İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi görkəmli mütəfəkkirlərinin fəlsəfi görüşləri ilə bağlı tədqiqatlar aparıldı. SSRİ-in son dövlərində paniranizmlə rəqabət aparan türkçülük ideologiyası populyarlıq qazandı. Bundan başqa Zakir Məmmədovun (1936–2008) Azərbaycan fəlsəfəsinin sistemləşdirilməsi və tədqiq edilməsində böyük rolu olmuşdur.

 

Mətbuat

Ekinci.jpgTitle of the magazine Woman of the East.png

"Əkinçi" qəzeti və "Şərq qadını" jurnalı

1828-ci ildən Tiflisdə çap edilməyə başlanılan, rus dilindəki "Tiflisskiy vedomosti" qəzetinin 1832-ci ildə Azərbaycan dilində, "Tiflis əxbarı" adlı əlavəsi çıxmışdır. 1841-ci ildə işıq üzü görən "Zaqafqazskiy vestnik" qəzetinin Azərbaycan dilindəki əlavəsinin adı "Qafqazın bu tərəfinin xəbəri" idi. Bu iki qəzetlərlə Abbasqulu ağa Bakıxanov və Mirzə Fətəli Axundovun əlaqəsi olsa da, onları Azərbaycan mətbuatının bönövrəsi hesab etmək olmaz. Azərbaycan dilində çap edilən ilk qəzet və bütün Rusiya imperiyasında türkcə çap edilən ilk qəzet ”Əkinçi” qəzetidir, 22 iyul 1875-ci ildə Həsən bəy Zərdabininbaş redaktorluğuyla işıq üzü görmüşdür. ”Əkinçi” qəzetinin bağlanmasından iki il sonra Səid Ünsizadənin redaktorluğuyla "Ziya" qəzeti çıxmışdır. Firudin bəy Köçərli 1906-cı ildə yazdığı məqaləsində bu qəzetin dini motivli olduğunu qeyd edirdi. 1883-cü ildə Cəlal Ünsizadənin təsis etdiyi "Kəşkül" qəzeti İslamda fanatizmi tənqid edirdi. "Ziya" və "Kəşkül" qəzetləri Azəri şivəsini İstanbul türkçəsinə yaxınlaşdırmaq istədikləri üçün çar hökuməti tərəfindən təqiblərə məruz qalırdılar.

Kəşkül qəzeti bağlandıqdan sonra 14 il ərzində Azərbaycan dilində heç bir qəzet çıxarılmasına icazə verilmədi. Bu dövrdə bir çox Azərbaycan ziyalısı Azərbaycan dilində qəzet çıxartmağa cəhd göstərmiş, ancaq nailiyyət edə bilməmişdilər. Nəriman Nərimanov və Məhəmməd Əmin Rəsulzadə kimi şəxsləri özündə toplayan "Hümmət" təşkilatı nəşriyyatla məşğul olmuş, 1904-cü ilin oktyabrında Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etdirmişdir. Bu Azərbaycan mətbuatında ilk sosial-demokrat qəzet idi. 1906-cı ilin noyabrından Əli bəy Hüseynzadənin baş redaktorluğuyla çıxmağa başlayan "Füyuzat" isə turançılıq ideologiyasının daşıyıcısı idi.

1906-cı ilin aprelin 7-də Cəlil Məmmədquluzadənin baş redaktorluğuyla “Molla Nəsrəddin” jurnalı çıxmışdır. Cəhalətə və fanatizmə qarşı mübarizə aparan bu jurnal öz fikrini oxuyucuya sadə danışıq tərzində təqdim edirdi. Müxtəlif dövrlərdə Tiflisdə, Təbrizdə və Bakıda çıxarılan jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İosif Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

Gültəkin Cabbarlı Azərbaycan Televiziyasıefirində. 1956-cı il

AXC hökuməti dövründə gizli şəkildə çıxardılan "Kommunist" qəzetiAzərbaycanda sovet hökuməti qurulandan sonra leqal şəkildə fəaliyyətini davam etdirmişdir. 1923-cü ildən Ayna Sultanovanın redaktorluğu ilə fəaliyyət göstərən "Şərq qadını" jurnalının məqsədi Azərbaycan qadınlarının ictimai-siyasi həyata alışdırmaq idi. Daha sonra adı "Azərbaycan qadını" olaraq dəyişdirilən bu jurnal "Literaturnıy Azerbaydjan" və "Azərbaycan neft sənayesi" jurnalları ilə birlikdə Azərbaycanda yüksək tirajla buraxılan jurnallardandır.

Azərbaycan radiosu 6 noyabr 1926-cı ildə yaradılmışdır. İlk azərbaycanlı diktorlar İsmayıl Əlibəyov və Raya İmanzadə idi. 1931-ci ildə Azərbaycan Radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi "Radioteatr" yaradılır. 1932-ci ildə Bakı radiosunun musiqi rəhbəri təyin edilən Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olur. Azərbaycan radiosunda azərbaycan dili ilə birlikdə türk, fars, ərəb və digər dillərdə verilişlər yayımlanırdı. İlk dəfə 1956-cı ildə futbol oyunu radionun diktoru Sabutay Quliyev tərəfindən azərbaycan dilində şərh olunur. 1994-cü ildə fəaliyyətə başlayan ANS ÇM radiostansiyası Azərbaycanda ilk özəl radiodur.

Azərbaycan Televiziyası 14 fevral 1956-cı ildə yaradılmışdır. İlk veriliş günü ekrana Nəcibə Məlikova çıxmış və "Bəxtiyar" filmi göstərilmişdir. İlk diktorlar Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəxşan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov idi. Televiziya tamaşalarına misal olaraq "Ötən ilin son gecəsi", "Qatarda", Səni axtarıram", "Kökdən düşmüş piano", "Evləri köndələn yar", "Ordan-burdan", "Yaşıl eynəkli adam", "Sən həmişə mənimləsən", "Bala-başa bəla!", "Yarımştat" göstərilə bilər. 1991-ci ildə Vahid Mustafayev, Seyfulla Mustafayev və Mir Şahin tərəfindən yaradılan ANS TV nəinki Azərbaycanda, bütün SSRİ-də isə ilk özəl televiziya kanalıdır.

 

Din

 

Müqəddəs Varfolomeyin nəşinin qalıqlarının saxlandığı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı

Xristianlıqdan əvvəlki dövrlərdə alban tayfalariarasında müxtəlif səma cisimlərinə, yunan tanrı və tanrıçalarına, həmçinin oda sitayiş olmuşdur. Strabonun verdiyi məlumata görə Qafqaz Albaniyasında Zevs, Helios və Selenaylaeyniləşdirilən tanrılara ibadət edilirdi.Azərbaycan ərazisindəki köhnə paqan məbədlərinə misal olaraq İberiya sərhədinə yaxın yerləşən Ay məbədini, İçərişəhərdəki Bazar meydanını, islamdan əvvəlki adətlərin icra edildiyi Divanxananı göstərmək olar.

Azərbaycan ərazisində zərdüştlük eramızdan əvvəl birinci minillikdə yayılmağa başlamışdır. Hal-hazırda zərdüştlük dini, mədəniyyəti və ənənələri Azərbaycanda hörmətlə qarşılanır. Azərbaycanda zərdüşlüyün izlərinə Azərbaycanın adını, Novruz bayramının qeyd edilməsini və tarixən Qafqazda zərdüştlüyün mərkəzi olmuş Atəşgahməbədini misal göstərmək olar.

Yerli xristian əhalisinə görə Həvari Varfolomey Bakı şəhərində, Qız qalası yaxınlığında yerləşən ərazidə b.e. 71-ci ildə çarmıxa çəkilmişdir. V əsrdən 1830-cu ilə qədər Cənubi Qafqaz ərazisində Alban Həvari Kilsəsi mövcud olmuşdur, hal-hazırda isə alban-udin xristian icması mövcuddur. Sasanilər dövründən başlayaraq Azərbaycan ərazisində Nestorian kilsəsinin Arran, Beyləqan və Azərbaycan yepiskopluqları fəaliyyət göstərmişdir. Atropatena ərazisində Suriya Ortodoks Kilsəsinin Azərbaycan yepiskopluğu da mövcud olmuşdur. Səfəvilər dövründən başlayaraq Naxçıvanda Roma-Katolik Kilsəsininarxiyepiskopluğu var idi, indi isə Bakıda Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi fəaliyyət göstərir. Azərbaycanda protestantlığın yayılması XIX əsrdə alman koloniyalarının yaranması ilə başlamışdır. Hal-hazırda Azərbaycandakı xristianların böyük bir hissəsi rus və gürcü ortodoksvə erməni qriqoriandır.

Musa əl-Kazımın qızı Həkimə xanımın basdırıldığı Bibiheybət məscidi

Arxeoloji qazıntılar nəticəsində Bakı yaxınlığında tapılmış yaşayış məskəni iudaizmin hələ VII əsrdən Azərbaycanda yayıldığını göstərir. Hülakülərin dövründə güclənən dini tolerantlıq nəticəsində Azərbaycan yəhudilərin köçməsi üçün cəzbedici yerə çevrilmişdi. 1896-cı ildə Bakıda ilk sinaqoq təşkil edilmişdir. Hal-hazırda Bakıda Aşkenazi yəhudilərinin sinaqoqu və Dağ yəhudilərinin sinaqoqları fəaliyyət göstərir.

VII-VIII əsrlərdə Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf edir, məscidlər, mədrəsələr, türbələr tikilir. Bunlara misal olaraq Qafqazda ən qədim məscidlərdən biri olan Şamaxı cümə məscidini və yeddinci şiə imamı Musa əl-Kazımın qızı Həkimə xanımın məzarı üzərində tikilmiş Bibiheybət məscidi misal göstərilə bilər. XVI əsrdə Səfəvilər hakimiyyətə gəlməsi ilə Azərbaycan əhalisinin böyük bir hissəsi sünnilikdən şiəliyə keçməyə məcbur edilir. XIX əsrin əvvəllərində Zaqafqaziyanın Rusiya imperiyasınaqatılmasından sonra bölgədəki şiələrə başçılıq etmək üçün şeyxülislam vəzifəsi təsis edilmişdir. Hal-hazırda Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyət dairəsi Azərbaycan, Gürcüstan və Rusiya Federasiyasının Şimali Qafqazdakı bəzi subyektlərinin ərazilərini əhatə edir.

Babizm tərəfdarları hələ 1850-ci ildən əvvəl Naxçıvanda formalaşmağa başlamışdır.XX əsrin əvvəllərində Azərbaycanda mərkəzi Bakı olan bəhailiyin tərəfdarları getdikcə artmış, bir neçə Bəhai Yerli Ruhani Şuraları yaradılmışdır. Musa Nağıyev kimi bir çox tanınmış azərbaycanlı bu icmanın üzv olmuşdur. Naxçıvani ailəsi, xüsusilə Əli Əkbər Naxçıvani bəhailiyin Azərbaycanda yayılmasında böyük rol oynamışdır.

Sovet dövründə müxtəlif dinin nümayəndələri bu və ya digər şəkildə təzyiqlərə məruz qalmışdır. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının qanununa görə hər kəsin öz dinini seçmək və ona etiqad etmək hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasına görə din dövlətdən ayrıdır. Azərbaycan ən az dindar olan ölkələr arasında 13-cü yerdədir.

 

Turizm

Şahdağ Qış-Yay Turizm Kompleksi

Turizm Azərbaycan iqtisadiyyatının önəmli bir hissəsini təşkil edir. 1980-ci illərdə ölkə məşhur turizm yeri idi. Ancaq SSRİ-in dağılmasından və Dağlıq Qarabağ müharibəsindən sonra turizm iqtisadiyyatı və turizm mərkəzi kimi Azərbaycanın imici zəiflədi. 2000-ci illərə qədər turizm iqtisadiyyatı güclənməyə başladı və ölkədə turist sayında artış tempi hiss olundu. İndiki dövrdə Azərbaycan dini turizm, kurortlar və sağlamlıq turizmi baxımından populyar məkandır. Azərbaycanın elit turizm məkanı kimi inkişafı Azərbaycan hökumətinin öncəliyidir. Turizmin Azərbaycan iqtisadiyyatının ən gəlir gətirən sahələrindən birinə çevrilməsi ölkənin milli strategiyasıdır. Bu fəaliyyətlər Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycana gələn turistlər üçün Gəncə, Şamaxı, İsmayıllı, Bakı, Şəki, Qax və Qubada yerləşən tarixi məkanlarda ekskursiya turları, Bakı, Nabran, Xudat, Xaçmaz, Lənkəran və Astarada çimərlik turları və Masallı və Naftalanda yerləşən termal sularda müalicə turları təklif edilir. Gəncədə yerləşən mineral sular da istirahət üçün populyar yerdir. Dağ turizminin inkişafı üçün Qəbələdə beşulduzlu oteller şəbəkəsi, Qusarda, Şahdağın ətəyində isə Şahdağ Turizm Mərkəziyaradılmışdır. Azərbaycanın muzeylər, teatrlar və ictimai kitabxanalar kimi mədəni quruluşları Bakıda yerləşir. Onların çoxu İkinci Dünya müharibəsindən sonra tikilib. Şəhərin Azərbaycan incəsənətinə, tarixinə və ədəbiyyatına həsr edilmiş muzeyləri var. Ümumiyyətlə, ölkədə 130-dan çox muzey var.

 

Rəsmi simvollar

 

Azərbaycan bayrağı

Azərbaycan bayrağı üç rəng və ağ rəngli aypara ilə səkkizguşəli ulduzdan ibarətdir. Bayraqda göy rəng türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamçılığı tərənnüm edir. Aypara islamı simvolizə edir. Fətəli xan Xoyskiyə görə, ulduzun guşələrinin sayı əski əlifba ilə yazılan Azərbaycan sözünə işarədir. Bir başqa versiyaya görə, 8 oğuz tayfasının birləşməsi (azərbaycanlılar, osmanlılar, çağataylar, tatarlar, qazaxlar, qıpçaqlar, səlcuqlular və türkmənlər) ulduzun 8 guşəsində əks edilib. ABŞ veksilloloquUitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadədir. 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir.

Azərbaycan gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində Odlar Yurdunusimvolizə edən alov təsviri vardır. 30 yanvar 1920-ci ildə AXC gerb proyektlərinin təqdim edilməsi üçün konkurs haqqında qərar qəbul etmişdir. Azərbaycan gerbi Qızıl Ordu işğalına görə təyin oluna bilməsə də, Bakıda yaşayan gürcü knyazı Şerşavidzenin layihəsi saxlanmışdır. 1991-ci ildə müstəqilliyin qazanılmasından sonra yenidən konkurs elan edilmiş, ancaq heç bir layihə bəyənilmədiyindən orijinal proyektə düzəlişlər edilərək qəbul edilmişdir.

Azərbaycanın İstiqlal Bəyannaməsinin orijinal əlyazması. Azərbaycan Respublikası Dövlət Arxivi

1919-cu ildə Üzeyir Hacıbəyov Əhməd Cavadın sözlərinə Azərbaycan himniniyazmış, himn 27 may 1992-ci ildə rəsmən qəbul edilmişdir. Bəstələndiyi dövrdə “Azərbaycan marşı” adlandırılan bu himn Azərbaycan Xalq Cümhuriyyətinin hərbi məktəblərində ifa edilirdi.

28 may günü Azərbaycanın müstəqilliyinin elan edildiyi gündür. 1918-ci ilin həmin günü Azərbaycan Xalq Cumhuriyyəti Milli ŞurasıTiflisdə Qafqaz Canişin sarayının ikinci mərtəbəsindəki böyük salonda keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmiş və Azərbaycanın 6 bənddən ibarət İstiqlal Bəyannaməsini imzalanmışdır. 1990-cı ildən etibarən 28 may tarixi "Respublika günü" adı ilə dövlət bayramı kimi qeyd edilir.

"Qızıl Ulduz" medalı Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanıdır. Medal üz tərəfində ikiüzlü hamar şüalar olan, səkkizguşəli ulduzdan ibarətdir, sarı qızıldan hazırlanmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycanın Milli Qəhrəmanı" sözləri yazılmışdır. 6 fevral 1998-ci il tarixində "Qızıl Ulduz" medalı 7 iyul 1992-ci ildən Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı olan "Ay-Ulduz" medalını əvəz etmişdir. Bu mükafat Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində göstərilən qəhrəmanlıq və cəsarətə görə verilir.

"Heydər Əliyev" ordeni 28 aprel 2005-ci il tarixindən Azərbaycan Respublikasının ən yüksək dövlət təltifidir. Təsis edildiyi vaxt "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarət olmuşdur. 3 fevral 2014-cü il tarixli dəyişikliklərdən sonra ordenə döş nişanı da əlavə edilmişdir. Ordenin döşə taxılmaq üçün nəzərdə tutulan ulduzu səkkizguşəli olub gümüşdən hazırlanmışdır. Ulduzun guşələri gül ləçəkləri şəklində işlənmişdir. Qılınclı ulduzun guşələrindən dördünün üzərindən keçən iki qılınc gümüşdən hazırlanıb qızıl suyuna çəkilmişdir. Qılıncların hər birinin dəstəyinə brilyant daş bərkidilmişdir. Dalğavari çevrəli lövhənin ortasında dairəvi medalyondakı cilalanmış lövhə üzərində Heydər Əliyevin barelyefı verilmişdir. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına Azərbaycanın tərəqqisinə, əzəmətinin və şöhrətinin artmasına töhfə verən müstəsna xidmətlərinə görə və vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə, Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə, əcnəbilərə isə Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə, Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində və Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə verilir.

"Şah İsmayıl" ordeni Azərbaycan Respublikasının ali hərbi ordenidir, 6 dekabr 1993-cü ildə təsis edilmişdir. Orden düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilmişdir. "Şah İsmayıl" ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərə, görkəmli sərkərdəlik fəaliyyətinə, respublikada fövqəladə halların nəticələrinin araddan qaldırılmasında xüsusi xidmətlərə görə verilir.

 

Azərbaycanda yaşayan xalqların mədəniyyəti

Xilaskar kilsəsi

Azərbaycanda almanların 8 koloniyası mövcud olmuşdur: Yelenendorf, Annenfeld, Georqsfeld, Qrünfeld, Ayxenfeld, Traubenfeld və Yelizavetinka. Yelenendorf səkkiz koloniyanın mənəvi mərkəzi idi. Almanlar Azərbaycanda fəal və yaxşı integrasiya olunmuş cəmiyyət idi. Alman cəmiyyətinin bütü üzvləri azərbaycan dilində səlis danışırdılar. Dolma yeməyi Qafqaz almanları üçün ənənəvi yeməyə çevrilmişdi. Sovet dövründə almanlar da deportasiya siyasəti ilə üzləşdilər. Hal-hazırda Azərbaycanda Almanların Milli-mədəni Cəmiyyəti fəaliyyət göstərir. Məşhur Azərbaycan almanlarına Lorens Kun və Rixard Zorgeni misal göstərmək olar.

Avarlar öz dillərindən başqa azərbaycan dilini də doğma dil səviyyəsində danışırlar. Bakıdakı Avar mədəniyyət mərkəzi avar və azərbaycan dillərində "Avar" qəzetini çap edir. Məşhur Azərbaycan avarlarına Əli Ansuxski və Rəsul Çunayev misal göstərilə bilər.

Azərbaycanda azərbaycanlıların yalnızca İranda yayılmış qaradağlılaristisna olmaqla bütün etnoqrafik qrupları (ayrımlar, əfşarlar, bayatlar, qarapapaqlar, padarlar, şahsevənlər, tərəkəmələr) yaşayır. Bu etnoqrafik qruplar təsərrüfat, mədəniyyət və məişətdə bir çox xüsusiyyətlərinə görə xeyli fərqlənirlər. Azərbaycanlıların bəzi etnoqrafik qrupları XIX əsrin son rübünə qədər mövcud olmuşdur.

Dağıstan və ya Azərbaycanda yaşamasından asılı olmayaraq saxurlar öz dillərindən başqa azərbaycan dilini də bilirlər. Azərbaycanlıların mədəniyyəti saxurların musiqi mədəniyyətinə təsir edib. Hal-hazırda Zaqatalada Saxur Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Saxurların ən məşhur nümayəndələri arasında Abdulla Muxtarov, Abdulla Qarayev, Əhməd İsayev və digərlərinin adları vardır.

Azərbaycanda erməni dilində nəşrlərə "Erməni dünyası" və "Sosial-Demokrat" jurnallarını, "Şəfəqdə" antologiyasını misal göstərmək olar. 1863-1864-cü illərdə Bakıda Erməni Xeyriyyə Cəmiyyəti fəaliyyətə başlamışdır. Məşhur Azərbaycan erməniləri Aleksandr Şirvanzadə, Ovanes Abelyan, Savmel Qriqoryandır.

İngiloylar gürcü dilinin xüsusi dialektini danışırlar. Əlibəyli kəndində Qax Dövlət Gürcü Dram Teatrı fəaliyyət göstərir. Həmçinin gürcü dilində "Şəlalə" qəzeti nəşr edilir. Məşhur nümayəndələri rus və sovet ordusunda xidmət etmiş Anatoli Muradov və Mose Canaşvilidir.

Azərbaycan kürdləri üçün kurmanc dilinin şimal-qərbi ləhcəsi spesifikdir, ancaq ailə içində belə azərbaycan dilində danışırdılar. Azərbaycanlı qadın ilə evlənən kişilər kürd dilini unudur və uşaqlar da həmişə bu dili öyrənə bilmirdi. Azərbaycanda kürdlərə məxsus məscidlər olmadığından azərbaycanlılara aid məscidlər istifadə edilirdi. 1930-cu illərdə Ağcakənd kəndində kukla xalq teatrı (kilim arası) fəaliyyət göstərirdi. Hal-hazırda Azərbaycanda "Ronahi" Kürd Mədəniyyət Mərkəzi və "Kürdün səsi" qəzeti fəaliyyət göstərir. Məşhur Azərbaycan kürdlərinə Müseyib Axundov və Şamil Əsgərov misal göstərilə bilər.

Azərbaycan qaraçıları XIX əsr rus tədqiqatçısı Kerovbe Patkanovun verdiyi məlumatlara görə öz dilləri ilə birlikdə azərbaycan və tat dillərini də danışırdılar. Əsas fəaliyyətləri kişilər tərəfindən düzəldilən və qadınlar tərəfindən satılan səbət, ələk və saqqızdır. Həmçinin Patkanov digər gəlir yerləri olaraq fala baxma və mal-qara oğurluğunu göstərir. Keçmişdə qaraçılar heyvanlarının əhliləşdirilməsi və onlarla birlikdə kütlə qarşısında çıxış etməklə məşğul olurdular. Hal-hazırda onlar rəqs və musiqi fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan ləzgiləri ləzgi dilinin Quba ləhcəsini danışırlar. Azərbaycanda Ləzgi dili və mədəniyyətinin inkişafının əlaqələndirilməsi üçün "Samur" Ləzgi Milli Mərkəzi yaradılıb. Sovet dövründə "Qızıl Qusar" qəzetinin yalnız bir səhifəsi ləzgi dilində çıxarılsa da, indiki dövrdə ləzgi dilində bir neçə qəzet fəaliyyət göstərir. 1998-ci ildə Qusar Dövlət Ləzgi Dram Teatrı yaradılıb. Ləzgilərin etnoqrafik həyatı Azərbaycan mühitinin təsirinə məruz qalıb. Ləzgilər müəyyən dərəcəyə qədər Azərbaycan milli geyimlərini və Azərbaycan mətbəxinə aid yeməkləri mənimsəyiblər. Azərbaycanda ləzgi ədəbiyyatının nümayəndələrinə Ləzgi Nemət, Müzəffər Məlikməmmədov, Sədaqət Kərimova misal göstərilə bilər.

Polyaklar tərəfindən qurulan "Polyak Xeyriyyə Cəmiyyəti" 1903-cü ildə Azərbaycanda kitabxana və məktəb açıb. 1909-cu ildə polyakların mədəni inkişafını təmin etmək məqsədilə "Bakı Polşa Evi" cəmiyyəti açılıb. Stalin dövründə polyakların böyük bir qismi ölkəni tərk etməyə məcbur olub. 1991-ci ildə Polyak mədəniyyət mərkəzi "Polonia" yaradılıb. Məşhur Azərbaycan polyakları Vitold Zqlenitski, Stefan Skşıvan, Mstislav Rostropoviç, Mixail Abramoviç, Süleyman bəy Sulkeviç, İosif Qoslavski, İosif Ploşko, Aleksandr Makovelski, Mstislav Rostropoviçdir.

Azərbaycan rusları öz dillərində fonetika, vurğulu və vurğusuz, uzun və qısa hecaların tələffüz üsulu və leksika baxımından azərbaycan dilinin təsirlərini daşıyırlar. Orta Asiya respublikalarından fərqli olaraq Azərbaycan rusları azərbaycan dilinin öyrənilməsində daha çox maraqlıdır. Bakıda Azərbaycan Dövlət Rus Dram Teatrı və Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Rutullar öz dilləri də daxil olmaqla iki dil danışırlar. Rutulların çoxu üç və ya daha çox dil bilir. Bunların arasında azərbaycan dili xüsusilə qeyd edilməlidir.

Şahdağ xalqları öz dilləri ilə yanaşı azərbaycan dilini də danışırlar. Hal-hazırda Azərbaycanda Buduq Mədəni Mərkəzi və Xınalıq Mədəni Mərkəzi fəaliyyət göstərir.

"Nənələr" ansamblı

Talışlar öz dilləriilə birlikdə azərbaycan dilini də danışırlar. Azərbaycanda talış dilinin Lənkəran, Astara, Lerik və Masallıdialektləri mövcuddur. Talışların mədəniyyəti və məişət həyatı azərbaycanlılara çox yaxındır. Sovet dövründə azərbaycan və talış dillərində "Qırmızı Talış", indi isə "Talışın səsi" çıxarılır. 1970-ci illərdən fəaliyyət göstərən "Nənələr" ansamblı azərbaycan və talış dillərindən 70-ə yaxın xalq mahnısı və bayatı ifaçısıdır. 1990-cı ildə yaradılan Respublika Talış Mədəniyyət Mərkəzinin məqsədi talış tarixi, mədəniyyəti, adət və ənənələrinin tədqiqi, inkişafı və intibahına töhfə verməkdir. Məşhur Azərbaycan talışları 168 yaşadığı iddia edilən Şirəli Müslümov və Zülfüqar Əhmədzadədir.

Tatlar öz dillərindən başqa azərbaycan və rus dillərini də bilirlər. Tarixən bir yerdə yaşayan tatların və azərbaycanlıların mədəniyyətində, təsərrüfat və mədəniyyət həyatında bir çox oxşar cəhətlər nəzərə çarpır.

Azərbaycanda hələ inqilabdan əvvəl tatar dilində qəzet və jurnallar çap edilirdi. Hal-hazırda isə "Tuqan tel" Respublika Tatar Mədəniyyəti Cəmiyyəti fəaliyyət göstərir. Məşhur Azərbaycan tatarlarlarına misal olaraq Xədicə Qayıbova, Mərziyyə Davudova, Zemfira Meftahətdinovanı göstərmək olar.

Udinlər öz dillərindən başqa azərbaycan, rus və gürcü dillərini də bilirlər. Udin dilinin Nic və Oğuz (Vartaşen) dialektləri mövcuddur. Azərbaycanda məşhur udinlər Voroşil Qukasyan, azərbaycan yazıçısı Georgi Avetisoviç Кеçari və sovet ordusunda xidmət etmiş Nikolay Paçkovdur.

Azərbaycan ukraynalılarının yalnız kiçik bir hissəsi ukrayna dili, ənənələri və milli kimliyinə sahib çıxır. 1907-ci ildə T. Şevçenkoadına "Prasvita" Ukrayna cəmiyyəti yaradılıb. Cəmiyyət Azərbaycanda Ukrayna ədəbiyyatı və musiqinin yayılmasında böyük rol oynamışdır. Hal-hazırda isə Azərbaycanda T. Şevçenko adına Ukrayna cəmiyyəti və Azərbaycan Ukrayna Konqresi fəaliyyət göstərir.

XIX əsrin sonlarında Bakı Rusiya imperiyasında sionizminmərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan yəhudilərininsionizm və ya mədəniyyətlə bağlı fəaliyyətlərinə AXC dövründə icazə verilsə də, sovet dövründə qadağan edildi. Hal-hazırda Azərbaycanda yeddi sinaqoq və bir yəhudi məktəbi fəaliyyət göstərir.

Azərbaycan yunanları XIX əsrdə tikinti sahəsində, xüsusilə kilsə tikintisində aktiv idilər. Sovet dövründə Bakıda yunan filantrop cəmiyyətinin səyləri nəticəsində yunan teatrı, kilsəsi, kitabxanası və məktəbi açılmışdı, həmçinin "Embros" futbol klubu fəaliyyət göstərirdi. Ancaq sovet siyasətinin dəyişməsi nəticəsində yunanların Panfiliya Tanailidi daxil olmaqla böyük bir hissəsi həbs, güllələnmə və sürgünə məruz qalıb. 1994-cü ildə açılan Yunan mədəniyyət mərkəzi yunan dili, musiqi və rəqs kursları, Yunanıstan haqqında səs yazıları arxivi və kitabxana, yunan radio və televiziya verilişlərinin təşkili kimi işlərlər məşğuldur. Azərbaycan yunanlarının böyük bir hissəsi pont diliniunudub.

 

Azərbaycan mədəni irsinin qorunması

1918-ci ildə Bakıda soyqırım törədən ermənilər tarixi-memarlıq abidələrinə da ziyan vurmağa çalışırdılar. Bu zaman böyük zədə almış binalara İsmailiyyə sarayı və Şirvanşahlar sarayı daxildir. İsmailiyyə əvvəlcə qarət edilmiş, daha sonra isə yandırılmışdır. Ermənilərin atdığı top mərmiləri Şirvanşahlar sarayı kompleksinə daxil olan Şah məscidinin minarəsini zədələmişdir. Şamaxıda da dinc müsəlman əhaliyə divan tutan ermənilər tərəfindən Şamaxının Cümə məscidi ciddi dərəcədə zədələnmişdir. Bakıda yaşayan şamaxılıların General Uilyam Montqomeri Tomsona verdikləri məlumata görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır." Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdir.

1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonrabolşeviklərin dinə qarşı mübarizəsi başladı. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi, Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi yeni hökumətin hədəfi oldu. Məscid və kilsələrin dağıdılmasından sonra ele eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi.

Shushi039.JPGAqdam -Ağdam Çörək muzeyi.JPG

Yuxarı Gövhər ağa məscidi və Ağdam Çörək Muzeyi

Dağlıq Qarabağ müharibəsi dövründə Şuşadakı Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri və Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymiş, Azərbaycan şairəsi Xurşidbanu Natəvanın eviyandırılmışdır. Ağdamda isə Cümə məscidi istisna olmaqla bütün şəhər dağıdılmışdır. Ağdamın Çörək muzeyi xaraba vəziyyətindədir. Fotoqraf Andrey Qalafeyev 2007-ci ildə Ağdamın Cümə məscidini "mal-qara peyini ilə çirklənmiş" şəkildə təsvir edir.

2000-ci ildə Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhər, 2007-ci ildə Qobustan qaya rəsmlərinin mədəni mənzərəsiYUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilib. 2008-ci ildə Azərbaycan muğamı, 2009-cu ildə Azərbaycan aşıq sənəti, 2010-cu ildə Novruz bayramı, 2011-ci ildə Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti, 2012-ci ildə Azərbaycan tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, 2013-cü ildə Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu, 2014-cü ildə qadın baş örtüyü kəlağayının düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, 2015-ci ildə Lahıc misgərlik sənəti, 2016-cı ildə lavaş bişirmə ənənəsi, 2017-ci ildə kamançanın hazırlanma ustalığı və ifaçılıq sənəti və dolmanın hazırlanması YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. AMEA Əlyazmalar İnstitutunda saxlanılan təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarından üçü — İbn Sinanın "Tibb elminin qanunu" əsəri (II cild), Rüstəm Curcaninin "Nizamşahın ehtiyatları" əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin "Əl-Məqalə əs-Sələsun" əsəri 2005-ci ildə və Füzulinin Azərbaycan dilində divanı 2017-ci ildə Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi "Dünyanın yaddaşı" siyahısına daxil edilib. YUNESCO tərəfindən təhlükə altında hesab edilən Azərbaycan dilləriləzgi, talış, cuhuri, rutul, saxur, buduq, xınalıq, qrız, tat, udin, kilitdir.

Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinə Atəşgah, İçərişəhər (Məhəmməd məscidi, Qız qalası), Şirvanşahlar sarayı (Şirvanşahların yaşayış binası, Divanxana, Şah məscidi, Seyid Yəhya Bakuvinin türbəsi, Şirvanşahların türbəsi, Murad darvazası, Hamam, Key Qubad məscidinin qalıqları), Xəzəryanı müdafiə qurğuları (Böyük Mərdəkan qəsri, Kiçik Mərdəkan qəsri, Ramana qəsri, Nardaran qəsri, Bayıl qəsri, Beşbarmaq səddi, Çıraqqala), Qutlu Musa türbəsi, “Allah-Allah” türbəsi və Nüşabə qalası, Sınıq körpü, Ləkit məbədi, Xınalıq, Gəncəsər monastırı, Xudavəng monastırı, 11 tağlı Xudafərin körpüsü, 15 tağlı Xudafərin körpüsü, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğu, Yusif ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Qarabağlar Tarix Memarlıq Kompleksi, Gülüstan türbəsi, Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğu, Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu və Şəki xan sarayı, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu daxildir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Comərd Qəssabın məzarı və məzarüstü türbəsinin bərpası , Abdulla Şaiqin ev-muzeyinin bərpası, Xəzər rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxana üçün müasir binanın inşası, Mərdəkan Mədəniyyət Sarayının yenidən qurulması, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksininyaradılması , Gəncə qapılarının ilkin şəkildə qurulması, Salyan Dövlət Rəsm Qalereyasının yenidən qurulması , Ağcabədidə Qarabağ Muğam Mərkəzinin inşası , Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası , Ağdaşda Xalq artisti Habil Əliyevin adını daşıyan uşaq musiqi məktəbinin inşası , Bakı Müasir İncəsənət Muzeyinin yaradılması, Xəzər rayonununTürkan və Binə qəsəbələrində yeni mədəniyyət mərkəzlərinin inşası, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin ərazisində Etno-Ekoloji Mərkəzin və Qala Əntiq Əşyalar Muzeyinin yaradılması, Gəncədə Nizami Gəncəvi Muzeyinin inşası, Məhsəti Gəncəvi Mərkəzinin inşası, Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın inşası həyata keçirilmişdir.

 

Azərbaycandan kənarda Azərbaycan mədəniyyəti

İranda azərbaycanlılar farslardan sonra ikinci ən böyük etnik qrupdur. XVI əsrdən azərbaycanlılar İranın siyasi həyatında, XX əsrin əvvəllərində isə İran milliyətçiliyinin formalaşmasında vacib rol oynayıblar. Məşrutə inqilabı dövründə İran azərbaycanlıları öz doğma dillərinin və mədəniyyətlərinin inkişafı üçün mübarizə aparacaq səviyyəyə qalxır, İranda konstitusiyanın qəbulu üçün mübarizə aparırdı. Pəhləvi dövründə isə azərbaycanlılar digər xalqlar kimi mədəniyyət dikriminasiyasına məruz qaldılar. Məhəmməd Rza Pəhləvinin dövründə çıxarılan "Azərbaycan" qəzeti sayəsində ümumi dil, hislər, ənənələr və əraziyə malik xalq kimi İran azərbaycanlıları, onların müstəqillik və milli hərəkat istəyi ifadə edilmişdir. 1995-ci ildə Güney Azərbaycan Milli Oyanış Hərəkatıyaradılmışdır. 2006-cı ildə karikatura jurnalında və 2015-ci ildə televiziya verilişində azərbaycanlıların təhqir edilməsi etiraz aksiyalarına səbəb olmuşdur.

XV əsrin axırlarında artıq Dağıstanın Dərbənd şəhərində Azərbaycan əhalisi formalaşmışdır. Tarixən, Cənubi Dağıstanın əhalisi Azərbaycanın mədəni və davranış normalarına yönlənib, Azərbaycan linqvistik və mədəni mühiti ilə əhatələnib. Dağıstan antropoloqu Maqomedxan Maqomedxanovun fikrincə Azərbaycan dili bölgənin insanlarına maddi qazanc, mədəni ehtiyacların ödənilməsi, həmçinin kreativ və mənəvi ilham verib. Ləzgi, tabasaran, rutul, and ağulşairləri artıq XVII əsrdə azərbaycan dilindən ədəbiyyatda istifadə edirdilər. Bundan başqa Azərbaycan musiqisi Cənubi Dağıstan xalqlarının mədəni inteqrasiyasında böyük rol oynayıb. Musiqi Azərbaycan musiqi alətləri, tar və kamança vasitəsilə ifa edilirdi və muğam Cənubi Dağıstan xalqları arasında məşhurlaşmışdı. Hal-hazırda Dağıstanın dövlət dillərindən biri olan Azərbaycan dilində jurnal və qəzetlər çap edilir, televiziya və radio yayımı aparılır.

Türkiyə ərazisində azərbaycanlılar böyük ehtimalla Səfəvilər dövründə yayılıblar. Anadolu türkcəsinin Ərzurum dialekti, həmçinin Elazığ ili və Ərciş ilçəsindəki türk dialektləri azərbaycan dilinin təsirinə məruz qalıb. XIX əsrin əvvəllərində Şirvandan Amasyaya köçmüş azərbaycanlılar hələ də Azərbaycan mədəni kimliyini və mədəniyyətini saxlayırlar. Azərbaycanlıların həm şimaldan, həm cənubdan Türkiyəyə axını XX əsrdə də davam edib. Azərbaycanlılar mədəniyyət və linqvistik cəhətdən yaxınlığa görə türk cəmiyyətinə yaxşı adaptasiya olsalar da, din, dialekt və tarixi yaddaş və milli şüur baxımından özünüdərk məsələlərinə görə fərqlər hələ də qalır.

 

Toponimlər

İrəvan quberniyasının türk toponimləri ilə zəngin şərq hissəsi. 1896-cı il

XX-XXI əsrlərdə Ermənistan SSR və Ermənistan Respublikası hökuməti ölkədəki türk toponimlərini dəyişdirmişdir. Adların dəyişməsi ermənilərin Ermənistana köçməsi və azərbaycanlıların deportasiyası kimi hadisələrlə bağlı idi. Toponimlərin dəyişdirilməsi metodlarına tamamilə tərcümə etmə, toponimin bir hissəsinin tərcüməsi, linqvistik dəyişiklik və toponimin tamamilə dəyişdirilməsi daxildir. XX əsrin əvvəllərində Ermənistanda 2310 coğrafi addan 2000-i türk mənşəli idi. Toponimlərin böyük miqdarda dəyişməsi 1935-ci il, müharibədən sonrakı illər, 1967-1968-ci illər və 1988-ci ildə baş vermişdir. 1980-ci illərin sonunda Ermənistanda türk mənşəli adı olan 152 Azərbaycan kəndi var idi. Ermənistan Daşınmaz Əmlakın Kadastrı Dövlət Komitəsinin rəhbəri Manuk Vardanyan 2006-cı ildə 53 yaşayış məntəqəsinin adının dəyişdiyini, 2007-ci ildə 21 adın dəyişəcəyini bildirmiş, prosesin ləng getməsini erməni adları tapmağın çətinliyi ilə izah etmişdir. Həmçinin XX-XXI əsrlərdə Ermənistanda 107 hidronimdən 71-i, 315 oronimdən 164-ü adını dəyişib. Bunlardan bəziləri iki sözün birləşməsindən yaranıb, ikinci söz hidronimlər üçün çay, göl, bulaq, su, oronimlər üçün dağ, təpə, qaya kimi türk sözləridir. Azərbaycan tərəfi Ermənistanda türk toponimlərinin dəyişdirilməsini "mədəniyyət teorizmi" və "linqvistik genosid" adlandırır.

Gürcüstanda rayon inzibati bölgüsünə keçildikdən sonra azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsinə başlanmışdır. 1940-50-ci illərdə ilk olaraq rayon mərkəzlərinin adları dəyişdirilmişdir. 1989-92-ci illərdə isə əsasən Bolnisi rayonunu əhatə edən kənd, dağ və çay adları gürcüləşdirilmişdir. Toponimlərin bərpa olunması ilə bağlı çoxsaylı ictimai çağırışlara baxmayaraq problem həll olunmamış qalır. 27 iyun 2005-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasısındakı deputatı R.Hüseynov Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti və sosial problemləri barədə sənəd yaymış və burada Azərbaycan mənşəli toponimlərin bərpası zərurəti də vurğulanmışdır. Sənəd Assambleyada müzakirəyə çıxarılmamış və tövsiyə sənədi olaraq 11 deputat tərəfindən imzalanmışdır.

İranda Pəhləvilər dövründə fars dilində olmayan toponimlər dəyişdirilmişdir; Acıçay Təlxrud, Qaracadağ Arasbaran oldu.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR