Dərc edildi: Baxış sayı: 642
Azərbaycan manatının effektiv məzənnələri azalıb
Bu ilin iyunun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 78,4 bənd təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 5 bənd çox, ötən il iyunun 1-i ilə müqayisədə isə 4,2 bənd çoxdur.
Mayın sonuna milli valyutanın real effektiv məzənnəsi isə 106,3 bənd təşkil edib. Bu aylıq müqayisədə 1,1 bənd az, ilin əvvəlinə nisbətən 7,3 bənd, illik müqayisədə isə 5,6 bənd çoxdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət