Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü - RƏSMİ

Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü - RƏSMİ
Sakura

Azərbaycan mahnısının mənimsənilməsi nəzarətə götürüldü - RƏSMİ

Əqli Mülkiyyət Agentliyi Fereydoun Asraei adlı iranlı müğənninin azərbaycanlı müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun repertuarından olan “Küçələrə su səpmişəm" xalq mahnısını fars dilində ifa edərək "Dooset daram" adı altında fars mahnısı kimi təqdim etməsini nəzarətə götürüb. 

Ens.az xəbər verir ki, bunu "Report"a Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib.  

Onun sözlərinə görə, məsələ agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun xüsusi nəzarətindədir: “Bununla bağlı müvafiq bölməyə tapşırıq verilib. Məsələ tam ciddi araşdırılır. Araşdırma başa çatdıqdan sonra ictimaiyyətə geniş açıqlama veriləcək”.

Xatırladaq ki, Rəşid Behbudov Fondu İran telekanallarının “Küçələrə su səpmişəm"i fars mahnısı kimi təqdim edilərək mənimsənilməsi barədə məlumat yayıb: "Mahnı kürd dilində subtitrlərlə "YouTube" kanalına yerləşdirilib. Rəşid Behbudovun repertuarında ən gözəl xalq mahnılarımızdan olan "Küçələrə su səpmişəm" mahnısını müdafiə etmək hər birimizin borcudur. Sizi bu haqsızlıqlara son qoymaqda bizə dəstək olmağa çağırırıq”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR