Dərc edildi: Baxış sayı: 506
Azərbaycan-Macarıstan matçı 1 dəqiqəlik sükutla başlayacaq
Azərbaycan millisinin iyunun 8-də Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
"Report"un məlumatına görə, bu barədə UEFA sabiq prezidenti Lennart Yuhanssonun vəfatı ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycanın U-21 yığmasının iyunun 6-da səfərdə Lixtenşteynlə keçirəcəyi AVRO-2021-in seçmə oyununda da mərhum yad ediləcək.
Sayqı duruşu UEFA Millətlər Liqasının bütün qarşılaşmalarına, bu həftə keçiriləcək AVRO-2020-nin təsnifat matçlarına və 21 yaşadək futbolçular arasında seçmə mərhələ oyunlarında yerinə yetiriləcək.
Qeyd edək ki, Lennart Yuhansson 89 yaşında dünyasını dəyişib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət