Slimfit
  1. İDMAN

Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək

Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək
Sakura

Azərbaycan Kubokunun 9-cu sahibi müəyyənləşəcək

“Sumqayıt” Azərbaycan Kuboku tarixinə finala yüksələn 17-ci komanda kimi düşüb. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunadək keçirilmiş 25 finalda 16 komanda iştirak edib. Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 10 dəfə. “Qarabağ” 9, “Xəzər Lənkəran” və “Keşlə” hərəyə 5 dəfə finalda meydana çıxıb.

“Qarabağ”ı iki oyunun nəticəsinə görə (1:0, 1:2) məğlub edərək yarımfinal səddini adlayan “Qəbələ” isə 4-cü dəfə bu nailiyyətə imza atıb və “Kəpəz”ə çatıb. “Bakı” 3, “Kür-Nur”la “Şəmkir” hərəyə 2 dəfə finalda oynayıbsa, digər komandalar - “İnşaatçı” (Bakı), “İnşaatçı” (Sabirabad), “Şəfa”, “Xəzər” (Lənkəran), “Karvan”, “Xəzri” və “MKT-Araz” bir dəfə həlledici qarşılaşmada iştirak hüququ qazanıb. 

İlk dəfə finala yüksələn “Sumqayıt” kimi 4-cü dəfə həlledici görüşə vəsiqə qazanan “Qəbələ” də heç vaxt kuboku qazanmayıb. Bu isə o deməkdir ki, turnirin yeni qalibi olacaq. İndiyədək 8 komanda titula yiyələndiyindən bu klub kubokun 9-cu sahibi kimi tarixə düşəcək. “Neftçi” və “Qarabağ” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”la “Bakı” hərəyə 3, Bakı “İnşaatçı”sı, “Şəfa” və “Keşlə” hərəyə bir dəfə mükafatı başı üzərinə qaldırıb.

Peyman Babayi isə “Sumqayıt” klubunun tarixinə düşüb. O, 2010-cu ildə yaranan komandanın heyətində rəsmi görüşdə ilk "het-trik" müəllifi adına yiyələnib. Cənubi azərbaycanlı legioner buna Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə səfərdəki cavab matçında (3:3) nail olub.

Qeyd edək ki, Babayi Azərbaycan Kubokunda mövsümün ilk het-trikinə imza atıb. Turnirdə bunu bacaran sonuncu futbolçu Filip Ozobiç olmuşdu. “Qəbələ”də çıxış etdiyi vaxt “Mil-Muğan”a (8:0) üç qol vuran xorvatiyalı yarımmüdafiəçi 518 gün əvvəl - 2017-ci il noyabrın 29-da fərqlənmişdi.

Tarix qalib Finalçı hesab
1992 “İnşaatçı” (Bakı) “Kür” (Mingəçevir) 2:1, əlavə vaxtda
1993 “Qarabağ” (Ağdam) “İnşaatçı” (Sabirabad) 1:0, əlavə vaxtda
1993/94 “Kəpəz” (Gəncə) “Xəzər” (Lənkəran) 2:0
1994/95 “Neftçi” (Bakı) “Kür” (Mingəçevir) 1:0
1995/96 “Neftçi” (Bakı) “Qarabağ” (Ağdam) 3:0
1996/97 “Kəpəz” (Gəncə) “Xəzri” (Bakı) 1:0
1997/98 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:0
1998/99 “Neftçi” (Bakı) “Şəmkir” 0:0, pen 5:3
1999/2000 “Kəpəz” (Gəncə) “Qarabağ” (Ağdam) 2:1
2000/01 “Şəfa” (Bakı) “Neftçi” (Bakı) 2:1
2001/02 yarımçıq qalıb    
2002/03 keçirilməyib    
2003/04 “Neftçi” (Bakı) “Şəmkir” 1:0, əlavə vaxtda
2004/05 “Bakı” “İnter” (Bakı) 2:1, əlavə vaxtda
2005/06 “Qarabağ” (Ağdam) “Karvan” (Yevlax) 2:1
2006/07 “Xəzər-Lənkəran” “MKT-Araz” (İmişli) 1:0
2007/08 “Xəzər-Lənkəran” “İnter” (Bakı) 2:0, əlavə vaxtda
2008/09 “Qarabağ” (Ağdam) "İnter" Bakı 1:0
2009/10 “Bakı” “Xəzər-Lənkəran” 2:1, əlavə vaxtda
2010/11 “Xəzər-Lənkəran” “İnter” (Bakı) 1:1, pen 4:2
2011/12 “Bakı” “Neftçi” (Bakı) 2:0
2012/13 “Neftçi” (Bakı) “Xəzər-Lənkəran” 0:0, pen 5:3
2013/14 “Neftçi” (Bakı) "Qəbələ" 1:1, pen.3:2
2014/15 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) 3:1
2015/16 “Qarabağ” (Ağdam) “Neftçi” (Bakı) 1:0, əlavə vaxtda
2016/17 “Qarabağ” (Ağdam) "Qəbələ" 2:0
2017/18 "Keşlə" (Bakı) "Qəbələ" 1:0
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR