Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir"

"Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir"
Sakura

"Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir"

Azərbaycan hökuməti bütün sahələrdə inkişafı təşviq edir. SİA-nın verdiyi məlumata görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi" plenar sessiyasında çıxışı zamanı deyib.

Azərbaycanda Yüksək Texnologiyalar Parkının fəaliyyət göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdıran E.Vəlizadə əlavə edib ki, hazırda Azərbaycan kosmosu fəth edən ölkələrdən biridir: "Bu, inkişafda olan ölkə üçün çox gözəl nəticədir".

Azərbaycanda əhalinin internetə əlçatanlığı imkanlarının ildən-ilə artdığını söyləyən nazir müavini hesab edir ki, Azərbaycanda innovativ inkişaf və yeni investisiyaların cəlbi innovativ layihələrin həyata keçirilməsinə imkan verir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR