Dərc edildi: Baxış sayı: 232
Azərbaycan klubuna futbolçunun atasına görə xəbərdarlıq edildi
"Zirə" klubuna futbolçunun atasına görə xəbərdarlıq edilib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Bildirilib ki, buna U-16 Liqasında keçirilən "Zirə" - "Mübariz" oyunu bitdikdən sonra meydan sahiblərinin futbolçusu Heydərəli Cavadlının atasının meydana çıxaraq baş hakimi təhqir etməsi səbəb olub.
Sentyabrın 12-də keçirilən görüşdə yaşananlara görə AFFA "Zirə"yə xəbərdarlıq edib. Futbolçu isə 88-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqədən sonra meydandan qovulduğu üçün 1 oyun cəza alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət