Dərc edildi: Baxış sayı: 684
Azərbaycan klubu daha bir futbolçu ilə müqaviləni yeniləmədi
“Sabah” klubu üçüncü futbolçusu ilə yollarını ayırıb.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, müqavilə müddəti bitən müdafiəçi Məqsəd İsayevlə yeni anlaşmaya ehtiyac duyulmayıb.
Xatırladaq ki, Məqsəd İsayev 2018-ci ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə Təhsil Nazirliyinin komandasında 42 oyun keçirib, bir qol vurub.
Qeyd edək ki, “Sabah” daha əvvəl Vadim Abdullayev və Kərim Diniyevlə yollarını ayırmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət