Dərc edildi: Baxış sayı: 537
Azərbaycan klubları Millətlər Liqasına görə vəsait alacaq
AVRO-2020 ilə bağlı milli assosiasiyalara ödənilməsi nəzərdə tutulan 200 milyon avronun 70 milyonu seçmə mərhələ və Millətlər Liqasının oyunları üçün yığmaya futbolçu göndərən klublar arasında bölüşdürüləcək.
"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsinin təsdiqldiyi ödəniş bölgüsü mexanizminə əsasən, yerdə qalan 130 milyon avro futbolçuları Avropa çempionatının final mərhələsində iştirak edəcək klubların hesabına köçürüləcək.
UEFA-ya üzv 55 milli assosiasiyadan ümumilikdə 676 klub seçmə mərhələ oyunlarında və 2018 - 2020-ci illər aralığında Millətlər Liqasındakı iştiraka görə 3 200 avrodan 630 000 avroyadək vəsait əldə edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət