Slimfit
  1. İDMAN

Azərbaycan klubları futbolçularını dəyişib - Rəsmi

Azərbaycan klubları futbolçularını dəyişib - Rəsmi
Sakura

Azərbaycan klubları futbolçularını dəyişib - Rəsmi

 "Sumqayıt" klubu dövrələrarası fasilədə ikinci transferini gerçəkləşdirib. 

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Zirə"dən ayrılan Adil Nağıyevi heyətinə qatıb. 23 yaşlı müdafiəçi ilə 1.5 illik müqavilə imzalanıb. Nağıyev yeni komandasında 5 nömrəli formanı geyinəcək. 

"Zirə" isə "Sumqayıt"dan ayrılan Bəxtiyar Həsənalızadəni komandaya cəlb edib. O, da Nağıyev kimi 1.5 illik sözləşməyə qol çəkibş. Həsənalızadə yeni komandasında da 14 nömrəli formada çıxış edəcək. 

Qeyd edək ki, "Sumqayıt" daha öncə "Neftçi"dən ayrılan qapıçı Rəşad Əzizlini heyətinə qatıb. Bəxtiyar Həsənalızadə isə "Zirə"nin ilk transferidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR