Slimfit
  1. İDMAN

Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar

Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar
Sakura

Azərbaycan karateçiləri Xorvatiyada 10 medal qazanıblar

Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları Xorvatiyanın Samobor şəhərində keçirilən Qran Pridə 10 medal qazanıb.

Report” xəbər verir ki, əldə olunmuş mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Katada Roman Heydərov 18 - 20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Ceyhun İsmayılov 16-17 yaşlılar arasında birinci yeri tutub.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18 - 20 yaşlı gənclər, +84 kq) gümüş medala yiyələnib. Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (16 - 18 yaşlı gənclər, 48 kq), Tural Yaqubov (16 - 18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (18 - 20 yaşlı gənclər, 60 kq) və Emil Güləhmədov isə (18 - 20 yaşlı gənclər, 84 kq) bürünc mükafata layiq görülüblər.

Qeyd edək ki, Qran Pridə 23 ölkədən 1621 karateçi mübarizə aparıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları 8 - 10 fevralda Danimarkanın Olborq şəhərində keçiriləcək Avropa çempionata gözləyir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR