Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycan" jurnalının yeni ildə ilk sayı artıq satışda

"Azərbaycan" jurnalının yeni ildə ilk sayı artıq satışda
Sakura

"Azərbaycan" jurnalının yeni ildə ilk sayı artıq satışda

“Azərbaycan ədəbiyyatı Azərbaycan xalqının mənəviyyatını müdafiə edən şah əsər, “Azərbaycan” jurnalı isə, bu mənəvi müdafiənin avtoreferatıdır”.

Trend-in məlumatına görə, Vaqif Bəhmənli “Mədəniyyət tariximizdən” rubrikasında təqdim olunan düşüncələrini bu cümlələrlə başlayıb, jurnalın 96 illik yolunu belə yekunlaşdırır ki, “Azərbaycan”ı araşdırma institutuna ehtiyac var.

“20 Yanvar – tariximizin qan yaddaşı” rubrikasında İsmayıl İmanzadənin etüdləri yer alıb.

”Nəsimi İli”ni jurnal Firudin Qurbansoyun “Hürufiliyin mənbəyi və təzahürü” məqaləsi ilə başlayır.

Əhməd Ağaoğlunun “Altmış yeddi il sonra” adlı xatirələri ilk dəfə “Azərbaycan”da dərc olunur. Yazını redaksiyaya Vilayət Quliyev təqdim edib. Müəllif “Böyük yolun yolçusu” ön sözündə 150 illik yubileyi ərəfəsində bu böyük türkçünü daha yaxından tanıdır.

Qabriel Qarsia Markesin “Nağıllar üçün yaşa” əsərindən bir hissə orijinaldan tərcümə kimi də diqqət çəkir. Əsəri ispancadan Aynur Quliyeva çevirib.

Unudulmaz Aydın Məmmədovu İntiqam Qasımzadə yad edir.Bu iki dostun gənclik illərinin yadigarı olan yazışmalarını həyəcansız oxumaq olmur.

“Ədəbi söhbətlər” rubrikasında tənqidçi Nərgiz Cabbarlı bu dəfə professor Nizaməddin Şəmsizadə ilə həmsöhbətdir.

Günel Natiq “Ədəbi talelər”də Çarlz Dikkensdən söz açır.

Poeziyasevərlər bu sayda Balayar Sadiq, Ağa Səfa, Gülnarə Cəmaləddin, Orxan Səffari, Əbülfət Mədətoğlu və Tapdıq Yolçunun yeni şeirlərini oxuya biləcəklər.

Nəsr bölməsində Murad Köhnəqala rəngli povestini təqdim edir: ”Zamanın üst küçəsi”.

“Kitablar, rəylər” rubrikasında Vaqif Yusifli Fəridə Səfiyevanın “Bir ömrün iziylə” kitabından söz açır. Kitab Heydər Hüseynovun həyatı ilə bağlı indiyədək məlum olmayan faktların zənginliyi ilə qiymətlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR