Dərc edildi: Baxış sayı: 440
Azərbaycan, İran və Türkiyə arasında Üçtərəfli Biznes Forum yaradıla bilər
Azərbaycan, İran və Türkiyə arasında Üçtərəfli Biznes Forum yaradıla bilər.
"Report"un məlumatına görə, bu barədə oktyabrın 30-da Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin VI üçtərəfli görüşünün İstanbul Bəyannaməsi qeyd olunub.
Sənəddə vurğulanıb ki, tərəflər üç ölkənin biznes dairələri arasında yeni imkanların yaradılması və iqtisadi və ticarət münasibətlərinin daha da gücləndirilməsi üçün Üçtərəfli Biznes Forumun yaradılmasını təşviq ediblər, kiçik və orta sahibkarlar arasında iqtisadi və kommersiya əməkdaşlığının daha da yaxşılaşdırılmasını dəstəkləyiblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət