Slimfit
  1. AVTO VƏ MOTO

Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək

Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək
Sakura

Azərbaycan-İran avtomobilləri Moskvada beynəlxalq sərgidə nümayiş etdiriləcək

"Xəzər" Azərbaycan-İran birgə zavodunun avtomobilləri avqustun 31-dən sentyabrın 9-dək "Moskva Beynəlxalq Avtomobil salonu" sərgisində təqdim olunacaq.

Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər.

Qeyd olunub ki, sərgi Ümumdünya Avtomobil İstehsalçıları Assosiasiyasının (OICA) dəstəyi ilə keçiriləcək.

Sərgidə şirkət Neftçala sənaye məhəlləsində yerləşən zavodda buraxılan "Khazar LD" və "Khazar SD" modellərini nümayiş etdirəcək.

 

“AzərMaş”dan bildiriblər ki, bu, məqsədi Rusiya bazarını müasir və keyfiyyətli avtomobillərlə təmin etmək olan iri tədbirdir:

"Öz növbəmizdə, biz Azərbaycan istehsallı avtomobillərin iri Rusiya bazarındakı potensial alıcıların marağına səbəb olacağına ümid edirik".

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək. Avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR