Azərbaycan internet yayımına görə MDB və Cənubi Qafqaz respublikaları arasında birinci yerdədir
Azərbaycan internet yayımına görə MDB və Cənubi Qafqaz respublikaları arasında birinci yerdədir.
Beynəlxalq Telekommunikasiya İttifaqı dünyada internetin yayımı ilə bağlı bir sıra ölkələrdə “State of Broadband Report 2018” sorğusu keçirib.
Sorğunun nəticələrinə görə, MDB ölkələri arasında internetin ən çox əhatə olunduğu ölkə Azərbaycandır – 79 faiz. İkinci yerdə 76,4 faizlə Qazaxıstan, üçüncü yerdə 76 faizlə Rusiya dayanır. Gürcüstanda isə bu rəqəm 60,4 faizdir.
Keçmiş sovet ölkələri sırasında isə Estoniya 88 faizlə liderdir. Qurumun sorğularına əsasən internetin ən çox yayıldığı ölkələr sırasında Lixtenşteyn 98,1 faizlə birinci yerdədir. Sonrakı yerləri 98 faizlə Küveyt, İslandiya bölüşürlər. Norveç, İsveç, İsveçrə, Bəhreyn, Britaniya, Cənubi Koreya və Hollandiya ilk onluqda qərarlaşıb.
Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqı telekommunikasiya sahəsində 193 ölkəni əhatə edir və onun bu ölkələrdə 800 şirkət və kompaniyası var.
Mənbə: Azərtac.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət