Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ilk dəfə Dubayda 'Global Village' yarmarkasında iştirak edəcək

Azərbaycan ilk dəfə Dubayda 'Global Village' yarmarkasında iştirak edəcək
Sakura

Azərbaycan ilk dəfə Dubayda 'Global Village' yarmarkasında iştirak edəcək

Oktyabrın 29-da Dubayda işə başlayacaq XXIV "Global Village" beynəlxalq yarmarkasında Azərbaycan pavilyonu da olacaq.

"Report" Ərəb KİV-inə istinadən xəbər verir ki, Azərbaycan yarmarkaya ilk dəfə qatılacaq.

Ümumilikdə, yarmarkada 78 ölkə, 3500 ticarət nöqtəsi və 60-dan çox attraksion və oyun olacaq. Yarmarka 2020-ci il aprelin 4-dək davam edəcək. Mövsüm ərzində 40 mindən çox şou keçiriləcək.

Müxtəlif ölkələri təmsil edən "Global Village" pavilyonları konkret ölkənin mədəni xüsusiyyətlərini və milli rəngarəngliyini əks etdirən bənzərsiz üslubda quraşdırılır. Pavilyonlarda satılan malların çeşidi çox genişdir. Burada kosmetika, suvenirlər, geyimlər, dəri və ağac məhsulları, ədviyyatlar və daha çox şey tapmaq olar.

Qeyd edək ki, "Global Village" BƏƏ-də hər il 1,6 milyon kvadratmetr ərazidə yerləşən "Dubailand" əyləncə parkında təşkil olunan beynəlxalq və çox genişmiqyaslı yarmarkadır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR