Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ilə Monqolustan arasında viza tələblərinin sadələşdirilməsinə dair Saziş imzalanıb

Azərbaycan ilə Monqolustan arasında viza tələblərinin sadələşdirilməsinə dair Saziş imzalanıb
Sakura

Azərbaycan ilə Monqolustan arasında viza tələblərinin sadələşdirilməsinə dair Saziş imzalanıb

“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalanıb.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 28-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşündə imzalanıb.

Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR