Dərc edildi: Baxış sayı: 594
Azərbaycan ilə Meksika turizm sahəsində əməkdaşlığı artıracaq
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Turizm Agntliyinin sədri Fuad Nağıyev və Azərbaycan Turizm Kollegiyasının Baş icraçı direktoru Florian Zenqstşmid ilə görüşüb.
“Report” səfirliyə istinadən xəbər verir ki, tərəflər iki ölkə arasında turizm sektorundakı əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Azərbaycan qarşı tərəfin aidiyyatı qurumları ilə təmaslar qurmaqda maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycandakı mövcud turizm infrastrukturunun ölkəyə xarici turistlərin cəlb olunması və sözügedən sektorun inkişafı üçün şərait yaratdığı vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət