Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ilə İndoneziya arasında ticarət razılaşması bu il imzalanacaq

Azərbaycan ilə İndoneziya arasında ticarət razılaşması bu il imzalanacaq
Sakura

Azərbaycan ilə İndoneziya arasında ticarət razılaşması bu il imzalanacaq

“Azərbaycan üçün ticarət əlaqələrinin genişləndirilməsində təkcə Avropa ölkələrinə deyil, həmçinin Asiya ölkələrinə nəzər salmağın vaxtıdır”.

Bu barədə “Report”a açıqlamasında İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani bildirib.

Onun sözlərinə görə, Asiyada bir sıra iqtisadi cəhətdən böyük ölkələr yerləşir: “İndoneziya Asiyada güclü iqtisadiyyata malik ölkədir, Azərbaycan isə Cənubi Qafqazda lider ölkədir”.

Səfir Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb.

O əlavə edib ki, Azərbaycan və İndoneziya arasında ticarət razılaşmasının bu il imzalanması gözlənilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) bu il elan etmişdi ki, Azərbaycan üçün Asiya bazarları prioritetdir. Çin, eləcə də Cənubi Koreya, İndoneziya, Yaponiya, Vyetnam gələcək üçün önəmli bazarlardır. Bu il bu bazarlara ixrac tədbirlərinin təşkili edilməsi nəzərdə tutulur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR