Dərc edildi: Baxış sayı: 433
Azərbaycan iki ayda AÇG-dən 1 milyard dollar gəlir əldə edib
Azərbaycan bu ilin yanvar-fevral aylarında “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yataqları blokundan 1 005 milyon ABŞ dolları gəlir əldə edib.
“Report” bu barədə Dövlət Neft Fonduna istinadən xəbər verir.
Məlumata görə, 2 ay ərzində “Şahdəniz” təbii qaz yatağından əldə olunan gəlir isə 69 milyon ABŞ dolları təşkil edib. Bununla da, “mavi yanacaq” yatağının istismarından əldə olunan gəlirin (2007-ci ildən bəri) ümumi məbləği 2 805 milyon ABŞ dollarına çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət