Azərbaycan idmançıları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər
Ötən il gimnastika növləri üzrə keçirilmiş dünya çempionatlarının nəticələrinə əsasən, Azərbaycan idmançıları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan dünya çempionatının nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Belçikanın Antverpen şəhərində keçirilən dünya çempionatında fərqlənən akrobatlarımız mükafatlandırılıblar. Bundan başqa, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, idman gimnastikası üzrə mötəbər yarışda (Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən təltif edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət