Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir
Sakura

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Türkiyədə səfərdədir

 Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər Ankaradakı Heydər Əliyev Parkında ulu öndərin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.

Səfər davam edir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR