Slimfit
  1. İQTİSADİYYAT

“Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə

“Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə
Sakura

“Azərbaycan Hava Yolları” 1,5 milyard manat zərərdə

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2017-ci ili 41,568 milyon manat zərərlə başa vurub.

Report” aviaşirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016-cı ilə nisbətən 83,7% azdır.

Bununla belə, qurumun yığılmış zərəri 3% də artaraq 1 433,579 milyon manata çatıb.

2017-ci ildə AZAL-ın əməliyyat gəlirləri 879,904 milyon manat (2016-cı illə müqayisədə 27,9% çox), əməliyyat xərcləri 883,184 milyon manat (25,05% çox), maliyyə xərcləri 91,636 milyon manat (33,2% çox), valyuta məzənnələrinin dəyişməsindən gəlirləri isə 53,348 milyon manat (2016-cı ildə zərər olub) təşkil edib.

2018-ci il yanvarın 1-nə AZAL-ın aktivləri 2 129,027 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 1,2% azdır. Bunun 1 864,432 milyon manatı əmlak və avadanlıqlardır. Bu isə illik müqayisədə 1,4% çoxdur.

Hesabat dövründə aviaşirkətin öhdəlikləri 12,4% artaraq 2 634,027 milyon manata, balans kapitalının çatışmazlığı isə 2,7 dəfə artaraq 505 milyon manata çatıb.

Xatırladaq ki, AZAL 1992-ci ildə yaradılıb, ölkənin milli aviadaşıyıcısıdır. Səhmləri 100% dövlətə məxsus aviaşirkətin nizamnamə kapitalı 823,974 milyon manatdır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR