Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır
Sakura

Azərbaycan Gürcüstanın ən iri investoru olaraq qalır

 Bu ilin I yarısında Azərbaycan Gürcüstan iqtisadiyyatına 136,5 mln. dollar həcmində investisiya yatırıb.

“Report”un yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin ilkin hesabatında qeyd olunub.

Hesabata əsasən, cari ilin I rübündə Azərbaycan qonşu ölkəyə 56 mln. dollar, II rübündə isə 80,5 mln. dollar investisiya qoyub. Bu göstərici ilə bu ilin I yarısında Azərbaycan Gürcüstanın ən iri investoru olub.

Gürcüstana ən çox investisiya yatırmış ölkələrin ilk üçlüyündə Azərbaycandan sonra Çexiya (77,9 mln. dollar) və Niderland (97,8 mln. dollar) yer alıb.

Qonşu ölkənin iqtisadiyyatına bu ilin I yarısında yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 676,2 mln. dollar təşkil edib. İnvestisiyaların böyük hissəsi energetika (117,7 mln. dollar), nəqliyyat və rabitə (87,2 mln. dollar) və maliyyə (174,9 mln. dollar) sektorlarına yatırılıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR