Dərc edildi: Baxış sayı: 498
Azərbaycan Gürcüstanın Dmanisi rayonuna ərzaq yardımı etdi
Azərbaycanın Gürcüstandakı səfirliyi azərbaycanlıların yığcam yaşadıqları Dmanisi rayonunda yaşayan 100 aztəminatlı ailəyə ərzaq yardımı edib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, ərzaq bağlamaları Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənovun iştirakı ilə Dmanisi rayonunun icra başçısı Giorgi Tatuaşviliyə təqdim olunub.
Rayon rəhbəri və Kvemo Kartli qubernatoru Şota Rexviaşvili sosial aksiyaya görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.
Qeyd edək ki, bundan öncə Azərbaycan səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyinin maliyyə dəstəyi ilə Gürcüstanın bir sıra bölgələrinə 1 300 sosial təminatsız ailə üçün nəzərdə tutulan ərzaq yardımı təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət