Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir

Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir
Sakura

Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkədir

Ötən il Azərbaycan Gürcüstandan ən çox yeni avtomobil idxal edən ölkələr arasında birinci yeri tutub.

Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Galt & Taggart” maliyyə və investisiya şirkətinin Gürcüstanın Avto Biznes sektoru üzrə araşdırmasında bildirilib.

Qonşu ölkədən ixrac olunan yeni avtomobillərin 71%-i Azərbaycan, 14,9% Ermənistan, 6,4%-i isə BƏƏ-nin payına düşüb.

2018-ci ildə Gürcüstandan ümumi dəyəri 409 mln. dollar olan avtomobil idxal olunub ki, bunun da 47%-i və ya 190 mln. dolları Azərbaycanın payına düşüb.

Ötən il qonşu ölkənin ixrac etdiyi nəqliyyat vasitələrinin orta dəyərinə gəlincə, ən bahalı avtomobilləri BƏƏ (56,3 min dollar), ən ucuz avtomobilləri isə Ermənistan (3 500 dollar) alıb. Azərbaycan isə bu siyahıda ikinci yeri tutub. Gürcüstandan Azərbaycana idxal olunan avtomobillərin orta dəyəri 14,6 min dollar təşkil edib.

Gürcüstandan ən çox ixrac olunan avtomobil markaları arasında birinci yeri “Toyota” (2 878) tutub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq, “Lexus” (677) və “Audi” (130) qərarlaşıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR