Dərc edildi: Baxış sayı: 778
Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya XİN başçılarının görüşü Buxarestdə keçiriləcək
Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya xarici işlər nazirlərinin görüşü martın 4-də Buxarestdə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rumıniyanın Avropa İttifaqıŞurasındakı sədrliyinə həsr olunmuş tədbirdə bildirib.
Nazir müavininin sözlərinə görə, görüş "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsinə həsr olunacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Aşqabadda "Xəzər dənizi - Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə dördtərəfli ekspert görüşü keçirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət