Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan- Gürcüstan sərhədində gücləndirilimiş iş rejimi tətbiq edilib

Azərbaycan- Gürcüstan sərhədində gücləndirilimiş iş rejimi tətbiq edilib
Sakura

Azərbaycan- Gürcüstan sərhədində gücləndirilimiş iş rejimi tətbiq edilib

Gürcüstanda qeydə alınan "donuz qripi" virusu ilə əlaqədar Azərbaycanın gömrük keçid-məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyat vasitələri Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən dezinfeksiya olunduqdan sonra ölkəyə buraxılır. Hərarəti olan vətəndaşlar isə tibb məntəqələrinə yönləndirilir.

Xezerxeber.az məlumatına görə, xususi geyimlərdən istifadə olunmaqla ölkəyə gələn avtomobillər dezinfeksiya olunur, şübhəli şəxslər xüsusi aparatlarla müəyyən edilir.

 

Gürcüstanda yayılan "A-H1N1"- "donuz qripi" virusu təhlükəsi ilə əlaqədər "Sınıq Körpü" gömrük sərhəd- buraxılış məntəqəsində profilaktik tədbirlər həyata keçirilir.

 

Dövlət Gömrük Komitəsinin əməkdaşları xüsusi qoruyucu geyimlərdən istifadə etməklə nəqliyyat vasitələrini, xüsusilə də şinləri müxtəlif kimyəvi maddələrlə dezinfeksiya edirlər.

Bundan sonra avtomobillər yaşıl xəttə daxil ola bilirlər.

 

Aparılan profilaktik tədbirləri vətəndaşlar və turistlər məmnuniyyətlə qarşılayır.

 

İstər "donuz qripi", istərsə də "quş qripi"nin əsas əlamətləri qızdırma simptomudur. Buna görə də bütün sərhəd-keçid məntəqələri artıq bir neçə ildir ki, lazımi termoqurğularla təchiz olunub. Hərarəti olan şəxslər bu cihazların köməkliyi ilə müəyyən edilir.

 

Dövlət Gömrük Komitəsi əməkdaşları dezinfeksiya işləri ilə əlaqədar digər qurumlarla da əməkdaşlıq edir.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR