Slimfit
  1. İDMAN

Azərbaycan güləşçilərindən ilk gündə iki medal

Azərbaycan güləşçilərindən ilk gündə iki medal
Sakura

Azərbaycan güləşçilərindən ilk gündə iki medal

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turnirinə start verilib. Matc.az xəbər verir ki, ilk yarış günündə qadınlar arasında 3 çəkidə medalçılar müəyyənləşib. 
 
Yığmamızın üzvlərindən Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanıb. Alyona Kolesnik (57 kq) isə 5-ci yerlə kifayətlənib.
 
Sərbəst güləşçilərin yarışında isə 5 çəkidə mübarizəyə start verilib. Təmsilçilərimizdən Əli Rəhimzadə (65 kq) adını finala yazdırıb. Əfqan Xaşalovla (57 kq) Cəbrayıl Həsənov (86 kq) bürünc medal uğrunda güləşəcək. Pərviz İbrahimov (57 kq), Turan Bayramov (65 kq), Ağahüseyn Musafayev (70 kq) və Osman Nurməhəmmədov (86 kq) isə təsəlliverici görüşlərə çıxacaq. 
 
Qeyd edək ki, sərbəst güləşdə 57, 65, 70, 86 və 97 kq-da medalçılar sabah bəlli olacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR