Dərc edildi: Baxış sayı: 569
Azərbaycan güləşçiləri Avropa çempionatına xaricdə hazırlaşır
Sərbəst güləş üzrə Azərbaycan yığması ölkə xaricində növbəti təlim-məşq toplanışına start verib.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli apreldə Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə Rusiyanın Mahaçqala şəhərinə yollanıb.
Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 20 güləşçidən ibarət heyət qonşu ölkədə fiziki, taktiki-texniki hazırlıq üzərində çalışacaq.
Qeyd edək ki, martın 5-dən start götürən hazırlıq prosesi martın 19-dək davam edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət