Slimfit
  1. İDMAN

Azərbaycan gimnastika komandasının üzvü: Beş ən yaxşı kollektiv arasında olmaq qürurvericidir

Azərbaycan gimnastika komandasının üzvü: Beş ən yaxşı kollektiv arasında olmaq qürurvericidir
Sakura

Azərbaycan gimnastika komandasının üzvü: Beş ən yaxşı kollektiv arasında olmaq qürurvericidir

"Tarixə nəticə qazandıq".

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki,  bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında beşinci yeri tutaraq tarixi nəticə əldə edən bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.

O, Olimpiya Oyunları kimi mötəbər yarışda iştirak etdikləri üçün xoşbəxt olduğunu bildirib: "Sonadək mübarizə apardıq. Gücümüzə inanırdıq. Biz çox əla komandayıq. Bu ölkəni təmsil etmək böyük məsuliyyət tələb edir. Beş ən güclü kollektiv arasında olmaq qürurvericidir. Sosial mediada bizə dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk. Onun bizim üçün etdikləri çox önəmlidir. Bununla yanaşı, xalqımıza minnətdaram. Onların sayəsində tarixə nəticə qazandıq".

Komandanın digər üzvü Zeynəb Hümmətov da yarışda əsas hədəflərinin verilən tapşırıqları dəqiq yerinə yetirmək olduğunu bildirib: "Çox yaxşı komandamız var. Artıq ilk beş kollektiv arasında yer almaqla hər kəsə güclü olduğumuzu sübut etdik. Belə davam etsək, Azərbaycana tarixi medal gətirə bilərik. Bundan sonra özümüzü gələcək yarışlara hazırlayacağıq".

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunan Azərbaycan 7 medal qazanıb. Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar. Ölkəmiz medal sıralamasında Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR