Dərc edildi: Baxış sayı: 519
Azərbaycan gimnastı bədii gimnastika üzrə Dünya Kubokunda finala çıxıb
Bakıda Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda halqa ilə hərəkətlərdə finalçılar müəyyənləşib.
Trend-in məlumatına görə, Azərbaycan gimnastı Zöhrə Ağamirova 19.800 xalla bədii gimnastika üzrə Dünya Kubokunda halqa ilə hərəkətlərdə finala çıxıb.
Həmçinin Dina Averina (Rusiya 22.600 xal), Linoy Aşarm (İsrail, 21.200 xal), Katrin Taseva (Bolqarıstan, 20.150 xal), Vlada Nikolçenko (Ukrayna, 20.050 xal), Nikol Zelikman (İsrail, 19.900 xal), Laura Zenq (ABŞ, 19.850 xal) və Anastasiya Salos (Belarus, 19.750 xal) da finala vəsiqə qazanıblar.
Digər gimnastımız Veronika Hudis 15.650 xalla finala keçə bilməyib.
Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət