Dərc edildi: Baxış sayı: 480
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda növbəti dəfə finala vəsiqə qazanıb
Azərbaycan gimnastı Marina Nekrasova Bakıda keçirilən Dünya Kubokunda növbəti dəfə finala vəsiqə qazanıb.
"Report" xəbər verir ki, idmançı təsnifat mərhələsində gimnastika tiri yarışlarında 12,566 xalla 6-cı olub. Bu isə ona martın 17-də keçiriləcək finalda iştirak imkanı verib. Nekrasova dayaqla tullanma yarışlarının martın 16-da keçiriləcək finalında da iştirak edəcək.
Daha öncə Murad Ağarzayev sərbəst hərəkətlərdə, Nikita Simonov isə halqalarla yarışda finala vəsiqə qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət