Dərc edildi: Baxış sayı: 521
Azərbaycan gimnastı Bakıdakı Avropa çempionatında finala vəsiqə qazanıb
Azərbaycan gimnastı Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında ikinci dəfə finala vəsiqə qazanıb.
“Report” xəbər verir ki, milli idmançı yarışın 3-cü günündə gürzlərlə hərəkətdə 20.800 xalla 6-cı olub və finala adlayıb. Azərbaycanın digər təmsilçisi Veronika Hudis isə 18.800 xalla 20-ci olub.
Qeyd edək ki, Ağamirova ikinci yarış günündə haqla ilə hərəkətdə də finala vəsiqə qazanıb. Həlledici çıxışlar mayın 19-da olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət