Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan gənclərinin VIII Forumunun Naxçıvan toplantısı keçirilib

Azərbaycan gənclərinin VIII Forumunun Naxçıvan toplantısı keçirilib
Sakura

Azərbaycan gənclərinin VIII Forumunun Naxçıvan toplantısı keçirilib

 Naxçıvanın Dövlət Musiqili Dram Teatrında Azərbaycan gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib.

Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Rəsmi hissədən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin heykəli önünə gül qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. 

Daha sonra forum başlayıb. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və digər rəsmilər iştirak ediblər. 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyi bir dönəmdə keçirilən və Naxçıvanın 8 rayonundan ümumilikdə 360-dan çox gəncin qatıldığı forumun şüarı: “Cümhuriyyət varisləri- Azərbaycanın gələcəyi” adlanırıb.

A.Rəhimov Azərbaycan gənclərinin birinci forumunun ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini və bu forumda gənclərin ölkənin həyatına etinzasız olmamalarının, fəal çalışmalarının əsas çağırış olduğunu bildirib. Daha sonra nazir Azərbaycan gənclərinin VIII Forumuna hazırlığından, ən fəal gənclərin bu toplantılarda bir araya gəlib fikir mübadiləsi aparmalarından, ümumilikdə görülən işlərin mühüm tərəflərindən söz açıb. A.Rəhimov bildirib ki, oktyabr ayı ərzində gənclərin müxtəlif maraqları, problemləri, ölkənin inkişafında rolu, eləcə də Dayanıqlı İnkişaf Məqsədləri və Strateji Yol Xəritələrinin icrasında iştirakı geniş müzakirə edilir və burada 2 mln 700 min Azərbaycan gəncinin çoxsaylı nümayəndəsi iştirak edir: “Vətənpərvərlik xalqına, köklərə inam, onlara bağlılıq, xalqa, Vətənə hörmət və məhəbbət, onların müdafiəsi üçün hazırlıq, və praktiki hərəkətdir. Mən rayonlarda vətənpərvərlik sahəsində aparılan işləri qeyd etmək istəyirəm. AXC-nin 100 illiyi ərəfəsində yalnız rayon idarələrimiz 450 tədbir keçirib”.

A.Rəhimov, çıxışında nazirliyin həyata keçirdiyi “Tarixin canlı səhifələri”, "Virtual Qarabağ", "Mən Azərbaycanlıyam" televiziya proqramı,"Şahin" hərbi-idman oyunları, "Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" və digər bu kimi layihələr haqqında məlumat verib. O deyib ki, vətəndaşlıq və vətənpərvərlik insanın daxili hissləridir: "Onu adi vaxtda "görmək" və yaxud "ölçmək" mümkün deyil. Lakin hər birimiz bütün həyat boyu vətəndaş olmağımızı ən adi işlərdə təsdiqləyirik. İşə münasibətdə, ailədə və cəmiyyətdə davranışla, seçkilərdə iştirakla, sosial şəbəkələrdə yazı yazdıqda, yazılanı bəyənib, bəyənmədikdə, könüllü olaraq layihələrə qoşulduqda".

Forumun rəsmi hissəsindən sonra Bakıda keçiriləcək Azərbaycan Gənclərinin VIII ci Forumunda iştirak edəcək nümayəndə heyətinin adları və konfrnasın qərar hissəsi oxunub. 

Rəsmi hissədən sonra iştirakçılara Naxçıvan Dövlət Rəqs və Mahnı ansamblının kollektivi konsert proqramı təqdim edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR