Slimfit
  1. İDMAN

Azərbaycan futbolu tarixində rekord vurulub

Azərbaycan futbolu tarixində rekord vurulub
Sakura

Azərbaycan futbolu tarixində rekord vurulub

Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda İrlandiyanın “Dandolk” klubunu 3:0 hesabı ilə məğlub edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan klublarının 2019/20 mövsümündə keçirilən avrokubok oyunlarında 3-cü böyükhesablı qələbəsidir.

“Qarabağ” mövsümdə ilk dəfə belə uğura imza atıbsa, digər iki darmadağına ölkənin ən köklü klubu “Neftçi” imza atıb. “Ağ-qaralar” Moldovanın “Speranta” klubunu hər iki matçda böyük hesabla yenib – 3:0, 6:0.

Bununla da Azərbaycan futbolu tarixində yeni rekord qeydə alınıb. Təmsilçilərimiz tarixdə ilk dəfə mövsümə üç belə qələbə qazanıblar.

İndiyədək ən yaxşı halda mövsümdə iki darmadağın qeydə alınıb. Buna 5 dəfə təsadüf olunub. 2011/12, 2012/13, 2015/16, 2016/17 və 2017/18 mövsümlərində komandalarımız iki dəfə rəqibini 3 və ya daha çox top fərqilə yenib.

Bu, həm də “Qarabağ”ın avrokuboklarda 10-cu böyükhesablı qələbəsidir. Ağdamlılar bu göstəricidə Azərbaycan rekordçusudur.

Ümumilikdə isə “Dandolk” üzərində qələbə Azərbaycan klublarının 17-ci belə uğuru olub. “Qarabağ”ın 10 qələbəsindən başqa “Neftçi” 3, “Keşlə” 2, “Şəmkir” və “Qəbələ” 1 dəfə bunu bacarıblar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR