Dərc edildi: Baxış sayı: 554
Azərbaycan Fransada keçirilən beynəlxalq investisiya forumunda iştirak edəcək
Fransanın Kann şəhərində bu ilin martın 10-13-də beynəlxalq investisiya forumu “MIPIM-2020” keçiriləcək.
“Report” xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Neft Fondunun (SOFAZ) nümayəndə heyəti təmsil edəcək.
Məlumata görə, tədbirdə dünyanın 100 ölkəsindən əmlak, pərakəndə satış, səhiyyə, idman, logistika və sənaye sektorunda fəaliyyət göstərən 6 380 investor və 600 rəsmi şəxs iştirak edəcək.
Qeyd edək ki, dünyada ən çox sayda inkişaf layihəsinə və kapital mənbələrinə birbaşa çıxış təklif edən “MIPIM” forumu 1989-cu ildən keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət