Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası tərəfindən işgüzar səhər yeməyi təşkil edilib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası tərəfindən işgüzar səhər yeməyi təşkil edilib
Sakura

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası tərəfindən işgüzar səhər yeməyi təşkil edilib

Fevralın 20-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası tərəfindən "Hyatt Regency Baku" mehmanxanasının iclas və konfrans mərkəzində Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin müzakirəsi məqsədilə işgüzar səhər yeməyi təşkil edilib.

Tədbirin əvvəlində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru xanım Nərminə Səfərova və İdarə heyətinin sədri xanım Teybə Quliyeva açılış edərək, qonaqları salamlayıblar və işgüzar əlaqələrin inkişaf etdirilməsi, eləcə də vacib yenilikləri bölüşmək məqsədilə belə tədbirlərin keçirilməsinin zəruri olduğunu vurğulayıblar.

İlk olaraq, Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru xanım Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə dair müfəssəl təqdimatla çıxış edib. Təqdimat zamanı Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə kölgə iqtisadiyyatının qarşısının alınması, gəlirlərin və əmək bazarının şəffaflaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi, vergi güzəştlərinin iqtisadi səmərəliliyinin yüksəldilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, habelə kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli vergi mühitinin yaradılması olduğu qeyd edilib. Təqdimatın sonunda iştirakçıların vergi sistemi ilə bağlı təklifləri, habelə sahibkarlıq subyektlərinin qarşılaşdığı əsas problemlər və onları narahat edən məsələlər dinlənilib.

Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşe söz alaraq, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının bu tədbir çərçivəsində çox vacib mövzuya toxunduğunu qeyd edib və ölkəmizin vergi qanunvericiliyi sahəsində son dövrlər həyata keçirilən islahatları yüksək qiymətləndirib.

 

Daha sonra "Paşa Bank"ın Kiçik və orta sahibkarlıq üzrə bankçılıq departamentinin direktoru Aleksandr Qalofko təchizat zəncirinin maliyyələşdirilməsi mövzusunda təqdimat ilə çıxış edib.

Sonda interaktiv sual-cavab sessiyası keçirilib.

Tədbirdə Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv olan şirkətlərin və onun əməkdaşlıq etdiyi qurumların nümayəndələr, Fransanın Azərbaycandakı səfiri xanım Aurelia Buşe və səfirliyinin əməkdaşları iştirak edib.

Tədbirin təşkilinə "Societe Generale" və "Alstom" şirkətləri sponsorluq etmişdir.

Mənbə: Trend

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR