Dərc edildi: Baxış sayı: 482
Azərbaycan Fransa ilə birgə hərbi gəmilər istehsal edəcək
"Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul katerləri istehsal etməyi nəzərdə tutur".
Bunu “Report”a Fransanın “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirib.
O deyib ki, hazırda bu məsələyə dair hərtərəfli danışıqlar aparılır: “OPV-90 tipli hərbi gözətçi gəmiləri bütövlüklə Azərbaaycanda istehsal olunacaq. Burada söhbət ayrı-ayrı parçaları gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. Həmin gəmi su üzərində dayanıqlı olub Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək”.
OPV-90 gəmisinin həmçinin gəmivuran raketlər sistemilə təchiz olunduğu, iki 5-10 tonluq helikopteri qəbul edə bildiyi də qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət