Azərbaycan firavan ölkələr siyahısında 99-cu yerdədir
Oxu.Az xəbər verir ki, “Tərəqqi indeksi” (Prosperity Index) Britaniyanın “Legatum Institute” mərkəzi tərəfindən doqquz kateqoriyadan ibarət müxtəlif göstəricilər üzərində qurulub.
Onlar ictimaiyyətin həyatının müxtəlif aspektlərini və rifah parametrlərini özündə əks etdirib: iqtisadiyyat, idaretmə, təhsil, tibb, təhlükəsizlik, şəxsi azadlıqlar, sosial kapital, ekologiya və sahibkarlıq.
Araşdırmaların nəticəsinə uyğun olaraq, Azərbaycan 2018-ci ildə 99-cu yerdə Kambocca və Moldovanın arasında yerləşib.
Azərbaycan ən yaxşı göstərici təhsil sahəsində olub. Bu göstəricidə Azərbaycan 52-ci mövqedə qərarlaşıb. Təhlükəsizlik göstəricisi üzrə 59-cu, təhsil və biznesin inkişafı üzrə 69-cu yeri tutub.
Ölkənin iqtisadiyyatı səviyyəsinə görə 83-cü yerdə qərarlaşıb.
Ölkəmizdə ən pis göstərici ekoloji vəziyyətlə bağlıdır ki, Azərbaycan bu siyahıda 139-cu yeri, daha sonra sosial kapital üzrə 137-ci, dövlət idarəetməsi üzrə 119-cu, şəxsi azadlıqlarla bağlı 112-ci yeri tutub.
Qeyd edək ki, siyahıda ilk beş yerdə Norveç, Yeni Zelandiya, Finlandiya, İsveçrə və Danimarka qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət