Slimfit
  1. HƏRB

Azərbaycan əsgəri Rusiya istehsalı zirehli gödəkçə geyinəcək

Azərbaycan əsgəri Rusiya istehsalı zirehli gödəkçə geyinəcək
Sakura

Azərbaycan əsgəri Rusiya istehsalı zirehli gödəkçə geyinəcək

“ADEX-2018” sərgisi ziyarətçilərində böyük maraq doğuran məhsullardan biri də Rusiyanın “Armokom” müəssisəsinin stendi olub.

Oxu.Az-a açıqlama verən müəssisənin marketinq bölməsinin sədri Roman Samofalovun sözlərinə görə, “Armokom” bu ildən etibarən Azərbaycan müdafiə bazarına girmək niyyətindədir. 

“Armokom” - bu şirkət fəaliyyət göstərdiyi 25 ildən artıq vaxt ərzində heç vaxt keyfiyyətsiz məhsul istehsal etməyib və tədarük müddətini pozmayıb. 

Onun sözlərinə görə, “Armokom” şirkəti Rusiya Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi kimi güc strukturlarına məhsullar satır. 

“Bizim XXI əsr əsgərlərini təchiz edən müasir proqramımız var. Hazırda biz zirehli dəbilqə və zirehli gökçələr kimi yeni məhsullarımızla Azərbaycan bazarına çıxmağı planlaşdırırıq”, - Samofalov qeyd edib. 

ADEX - genişmiqyaslı tədbir regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biridir. Bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayişidir. 

Azərbaycan, Belarus Respublikası, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr “ADEX 2018” sərgisində öz milli qrupları ilə çıxış edirlər.  Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib.

Belə ki, 2016-cı illə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30% daha böyükdür. Həmçinin, iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR