Dərc edildi: Baxış sayı: 1381
Azərbaycan - Ermənistan sərhədində vəziyyət yenidən gərginləşdi: İki erməni hərbçi yaralandı - RƏSMİ
“Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyət stabil gərgin olaraq qalır. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfindən atıcı silahlardan istifadə olunmaqla atəşkəs rejimi pozulur”.
Ens.az xəbər verir ki,bununla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
“Düşmənin ön xətdə fəallığının qarşısı bölmələrimiz tərəfindən alınır. Görülən qabaqlayıcı tədbirlər nəticəsində Ermənistan ordusunun iki hərbi qulluqçusu ağır yaralanıb”.
Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Ağdam və Tovuz istiqamətlərində düşmənin 2 PUA-sı da məhv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət