Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan ərazisindən tapılan qədim heyvan sümükləri - fil, kərgədan, nəhəng kaftar...

Azərbaycan ərazisindən tapılan qədim heyvan sümükləri - fil, kərgədan, nəhəng kaftar...
Sakura

Azərbaycan ərazisindən tapılan qədim heyvan sümükləri - fil, kərgədan, nəhəng kaftar...

Azərbaycanda yaşı 9,5 - 10 milyon il olan fil sümükləri tapılıb. Bu nəhəng heyvanların böyük əksəriyyəti Eldar düzənliyində və Bozdağ ərazisində aşkar olunub.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib.

O qeyd edib ki, 2001-ci ildə Mingəçevirdə Bozdağın ətəyində aparılan qazıntılar zamanı filin alt çənə sümüyü tapılıb. Keçən il isə yenə həmin ərazidən troqonteri filinin kəllə sümüyü aşkarlanıb. Son iki ildə muzeyin əməkdaşları tərəfindən Balakənin Katex polimetal, Gədəbəyin Uğur, Köhnə Gədəbəy və Qədir filiz, eləcə də Daşkəsənin alunit və kobalt yataqlarından aşkar etdikləri geoloji və paleontoloji nümunələr də muzeyin eksponatları sırasına daxil edilib. Hazırda alimlər Mingəçevir ərazisindən tapdıqları fil kəlləsinin skleti üzərində elmi-tədqiqat işi aparırlar. Bu növ filin dünyanın heç bir ölkəsində aşkar olunmadığının ehtimal edildiyini deyən muzey direktoru əlavə edib ki, Azərbaycan ərazisində Cənub fili sümükləri də tapılıb.

Bundan başqa, Azərbaycanda Kür çayı ətrafında kərgədan sümükləri da aşkar olunub və yaşı 9,5 milyon ildir. Bu sümüklər arasında kərgədanın alt çənəsi də var. Binəqədi rayonu ərazisində tapılan kərgədan qalıqları isə ABŞ-ın Kaliforniya ştatında aşkar edilən eksponatlarla oxşardır. Binəqədi faunası nəinki Cənubi Qafqaz faunasının tarixi, hətta bütün Qafqazın, Ön Asiyanın və MDB-nin Avropa hissəsinin paleofaunasına aid mürəkkəb problemlərin həlli üçün böyük əhəmiyyətə malikdir. Alimin sözlərinə görə, Binəqədi ərazisində tapılan kərgədanın nəsli 40-45 min il bundan əvvəl kəsilib.

Yalançı dişli quş da nadir tapıntılar arasındadır. Belə eksponatlar sırasında ölkəmizin şimal bölgəsindən tapılmış sarmat dövrünə aid heyvan qalıqları da mövcuddur. Muzeyin maraq doğuran eksponatları içərisində müasir heyvanlardan kenquru, şir, at, zebra və ayı skeletləri də diqqət çəkir.

Muzeydə saxlanılan eksponatlar arasında Eldar düzənliyində aşkarlanan, yaşı 1,5 milyon il olan nəhəng kaftar, öküz qalıqları da var.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR