Slimfit
  1. CƏMİYYƏT

Azərbaycan elminə AĞIR İTKİ

Azərbaycan elminə AĞIR İTKİ
Sakura

Azərbaycan elminə AĞIR İTKİ

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutuna ağır itki üz verib.

Ens.az Ölkə.az-a istinadən xəbər verir ki,  bu gün İnstitutun Su Mikrobiologiyası Laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent, İnstitutun Həmkarlar Təşkilatının sədri Anar Teyyub oğlu Hüseynov qəfil vəfat edib.

 

Anar Hüseynov 1979-cu il iyunun 24-də Beyləqan rayonu Kəbirli kəndində anadan olub. 1996-2000-ci illərdə BDU-nun biologiya fakültəsinə təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin universitetin "Mikrobiologiya və virusologiya" ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2002-ci ildə magistr pilləsini də fərqlənmə diplomu ilə bitirmişdir.
2003-cü ildə BDU-da "Mikrobiologiya" ixtisası üzrə doktoranturaya daxil olaraq, 2006-cı ildə bitirmiş və dissertasiya işini uğurla müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2007-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunda kiçik elmi işçi kimi fəaliyyətə başlayan alim Anar Hüseynov 2016-cı ildən laboratoriya müdiri və həmçinin AMEA Mikrobiologiya İnstitutunun Həmkarlar Komitəsinin sədri vəzifələrinə seçilərək ömrünün sonuna qədər bu vəzifələri layiqincə yerinə yetirib.

Elm xadimi işlədiyi müddət ərzində Xəzər dənizinin və çay sularının, bulaqların mikrobiosenozunun ekoloji vəziyyətinin dəyişilmə dinamikası haqqında kifayət qədər faktiki material toplamış, suyun və qruntun avtoxton mikrobiotasının tərkibi və yayılması qanunauyğunluqlarını müəyyən edərək, bu sahədə tanınmış mütəxəsis kimi özünü təsdiq etmişdir.

A.Hüseynov yerli və xarici nəşrlərdə dərc edilən 100-dən çox elmi məqalə, tezis və konfrans materialların müəllifi olub.
Kadr hazırlığında, institutun ictimai fəaliyyətində səmərəli fəaliyyət göstərib. Təssüf ki, qəfil ölüm onun elmi və ictimai fəaliyyətinə son qoydu.

Allah rəhmət eləsin!

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR